Bizə yazın

Baku

-°C

USD

-

Dünən bank kartlarından 22 min manat oğurlanıb  

Cəmiyyət 23 Aprel 2025, 10:30

32

Aprelin 22-də vətəndaşların bank kartlarından 21 139 manat və 25 dollar oğurlanıb.

DİN-dən CityPost.az-a verilən məlumata görə, vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatların naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Aprelin 22-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 9100, 6100, 2290, 755, 755, 600, 390, 311, 204, 200, 157, 147, 80, 50 manat və 25 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan-Çin Birgə Universiteti yaradıla bilər  

Azərbaycan-Çin Birgə Universiteti yaradıla bilər.CityPost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri Cao Lıci ilə müzakirə edilib.Görüşdə birgə universitetin yaradılması perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

23 Aprel 2025, 15:34

Bu şəxslər elektron xəstəlik vərəqi ala biləcək

Xəstəlik, xəsarət, hamiləlik və doğum səbəbilə əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında pasientlər elektron xəstəlik vərəqindən istifadə edilə bilər.CityPost.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova deyib.O qeyd edib ki, xəstələr vərəqi kağız formada əldə etmək istəsələr, tətbiq üzərindən elektron formanı kağız halında çap etmək mümkündür:"Xəstəlik vərəqinin elektronlaşdırılması xəstəlik vərəqi alma prosesini sürətləndirəcək. Qeyri-iş günlərində də xəstəlik vərəqəsi almaq mümkün olacaq".S. Məhərrəmova bildirilib ki, işəgötürənlər elektron xəstəlik vərəqlərini Əmək və Məşğulluq Altsistemi (ƏMAS - işəgötürənlər və işçilər arasında əmək münasibətlərinin rəqəmsal müstəviyə keçidini təmin edən müasir platforma) üzərindən görəcəklər.Qeyd edək ki, mayın 1-dən elektron xəstəlik vərəqələrinin verilməsi...

23 Aprel 2025, 14:30

Mehriban Əliyeva, Leyla Əliyeva və digər ailə üzvləri Pekində Böyük Xalq Sarayı ilə tanış olublar  

Aprelin 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, qızı Leyla Əliyeva və digər ailə üzvləri Pekində Böyük Xalq Sarayı ilə tanış olublar.CityPost.az xəbər verir ki, Pekinin mərkəzində, Tiananmen meydanının qərb tərəfində yerləşən Böyük Xalq Sarayı Çinin ən yüksək səviyyədə dövlət tədbirlərinin və mərasimlərinin, o cümlədən Çin Kommunist Partiyasının qurultaylarının, ali qanunverici orqan olan Çin Xalq Nümayəndələri Yığıncağının illik iclaslarının keçirildiyi, xarici dövlətlərin rəhbərlərinin rəsmi qarşılanma mərasimlərinin təşkil olunduğu dövlət sarayıdır.Çin Xalq Respublikasının qurulmasının 10-cu ildönümü ilə əlaqədar inşa edilmiş Böyük Xalq Sarayı 1959-cu ildə istifadəyə verilib. Çin xalqının milli birliyinin rəmzi olaraq dizayn edilmiş saray 3 hissədən ibarətdir. Kompleksə Böyük və...

23 Aprel 2025, 14:17

Allahşükür Paşazadə Roma Papasının xatirəsinə açılan başsağlığı kitabını imzalayıb  

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Roma Papasının xatirəsini yad edib.CityPost.az xəbər verir ki, Allahşükür Paşazadə bu gün Müqəddəs Məryəm Ana Kilsəsinə gedərək Roma Papasının xatirəsinə açılan başsağlığı kitabını imzalayıb.Qeyd edək ki, Roma Papası Fransisk aprelin 21-də vəfat edib. Onun dəfn mərasimi aprelin 26-da keçiriləcək.

23 Aprel 2025, 13:56

Sudan qanunsuz istifadəyə görə cərimələr sərtləşdiriləcək  

“Ölkənin aqrar sahəsinin inkişafı bütövlükdə suvarma əkinçiliyinə əsaslanır. 2024-cü ildə suvarma üçün 9 milyard 256 milyon kubmetr su götürülüb, ondan 2 milyard 500 kubmetrə yaxın su itkiyə gedib”.CityPost.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsində "Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər" mövzusunda keçirilən ictimai dinləmədə Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov deyib.O bildirib ki, kənd təsərrüfatı bitkilərinin suvarılmasında çətinliklərlə bağlı addımlar atılır, su bölgüsü cədvəllərində operativ qaydada dəyişikliklər edilir: “Azərbaycanın daxili çayları ayrı-ayrı bölgələr üzrə qeyri-bərabər payanıb. Daşqın sularının yalnız 10-15%-i suvarma üçün istifadə edilə bilir, qalanı çaylara axıdılır....

23 Aprel 2025, 12:55

Bakıya yağış yağacaq - XƏBƏRDARLIQ  

Bakıda və Abşeron yarımadasında aprelin 23-ü axşam, 24-də gecə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.Bu barədə CityPost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.

23 Aprel 2025, 12:49