“WhatsApp” hesablarının ələ keçirilməsi halları artır – istifadəçilərə çağırış
Cəmiyyət 27 Oktyabr 2026, 21:36
423
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "WhatsApp" və "WhatsApp Business" istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı xəbərdarlıq edib.
Citypost.az xəbər verir ki, agentlik mövcud risklərin azaldılması üçün vətəndaşları təxirəsalınmaz təhlükəsizlik tədbirləri görməyə çağırıb.
İstifadəçilərə tətbiqin "Bağlı cihazlar" bölməsini yoxlamaq və tanımadıqları cihazlardan dərhal çıxış etmək tövsiyə olunub. Bildirilib ki, hesab telefonda normal işləsə belə, başqa cihaz vasitəsilə də istifadə oluna bilər.
Bundan əlavə, hesabın təhlükəsizliyini artırmaq üçün iki mərhələli təsdiqləmənin aktivləşdirilməsi və bərpa üçün etibarlı elektron poçt ünvanının əlavə edilməsi tövsiyə edilib.
Agentlik SMS təsdiq kodlarının, cihaz bağlantısı kodlarının və təhlükəsizlik PIN-kodunun heç kimlə paylaşılmamasının vacibliyini vurğulayıb. İstifadəçilərə özlərinin başlatmadığı giriş sorğularını təsdiqləməmək, saxta bildirişlərə və şübhəli QR-kodlara qarşı diqqətli olmaq barədə də xəbərdarlıq edilib.
Həmçinin oxuyun
Qeyd olunub ki, "Hesabınız bağlanacaq", "biznes hesabınızı təsdiqləyin" və ya "dəstək xidməti" adı ilə göndərilən saxta keçidlər vasitəsilə istifadəçilərin hesablarına giriş əldə edilə bilər.
MKA, həmçinin "WhatsApp" və "WhatsApp Business" tətbiqlərinin yalnız rəsmi mağazalardan yüklənməsini, telefon və tətbiqlərin mütəmadi yenilənməsini tövsiyə edib. Biznes hesablarında isə bağlı cihazlara çıxışın yalnız səlahiyyətli əməkdaşlarla məhdudlaşdırılması və işdən ayrılan şəxslərin giriş hüquqlarının dərhal ləğv edilməsi vacib hesab olunub.
Hesaba müdaxilə şübhəsi yarandıqda naməlum cihazlardan çıxış etmək, hesaba giriş itirildikdə isə nömrəni rəsmi tətbiqdə yenidən qeydiyyatdan keçirmək tövsiyə olunur. İstifadəçilərə, həmçinin əlaqələrini onların adından göndərilə biləcək saxta mesajlar və pul tələbləri barədə xəbərdar etmək məsləhət görülüb.
Agentlik xüsusi olaraq vurğulayıb ki, iki mərhələli təsdiqləmənin aktivləşdirilməsi mövcud icazəsiz girişləri avtomatik aradan qaldırmır. Buna görə də hesabla əlaqələndirilmiş cihazların ayrıca yoxlanılması mütləqdir.
SON DƏQİQƏ! Vəzifədən gedir
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovun vəzifəsindən ayrılacağı gözlənilir.CityPost.az oxu.az-a istinadən xəbər verir ki, o, noyabrda vəzifəsindən ayrılacaq.Xatırladaq ki, Pərviz Abubəkirov 2018-ci il iyulun 2-də Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub. O, bundan əvvəl ANS telekanalında "Cinayət işi", İctimai Televiziyada isə "Qanundan kənar" verilişlərinin aparıcısı olub.Qeyd edək ki, məsələ ilə bağlı sorğu ünvanlanıb.
27 Oktyabr 2026, 21:55
Ramiz Mehdiyevin AMEA üzvlüyünə xitam verilir
“Ramiz Mehdiyev törətdiyi əməllərə görə, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlüyündə qala bilməz”.Bunu APA-ya açıqlamasında AMEA-nın prezidenti İsa Həbibbəyli deyib.“Lazımi qərarı verəcəyik. Ən yaxın zamanda AMEA-nın bununla bağlı iclasını çağıracağıq”, - İsa Həbibbəyli qeyd edib.
27 Oktyabr 2026, 21:05
Məhkəmədən Ramiz Mehdiyevlə bağlı QƏRAR
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib. Məhkəmə tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tədbiq edilib.Citypost.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilən prosesdə qərara alınıb.Hökmdə qeyd edilib ki, R. Mehdiyevin mövcud xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti və yaşı nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi qərara alınıb.Qeyd edək ki, Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində 2025-ci ilin oktyabr ayında cinayət işi açılıb.DTX-nin yaydığı məlumata görə, Azərbaycan vətəndaşları - Ramiz Ənvər oğlu Mehdiyev, Abbas...
27 Oktyabr 2026, 20:46
Sönməyən ulduz kimi - Unudulmaz Ələkbər Salahzadənin əziz xatirəsinə...
Atamın arzusu idi ki, jurnalist olum və ya ən azı universitetə daxil olaraq, filoloji təhsil alım. O, bunu çox istəyirdi. Orta məktəbdə ədəbiyyat müəllimi olan atam bu yöndə təhsilimi davam etdirəcəyimə çox inanırdı. Amma məni başqa səmtə çəkib aparan, yönləndirən arzularım vardı. Mən tanınan, sevilən məşhur müğənnilərdən olmaq istəyirdim və bu sahədə musiqi təhsili almaq, konservatoriyada, baş tutmasa İncəsənət Universitetində oxumaq istəyirdim.Bu Universitet haqqında isə doğru-dürüst bir bilgim yox idi. Ora daxil olmaq üçün hansı fənnlərdən imtahan vermək lazım olduğunu bilmirdim. Bildiyim tək şey bu idi: mən İncəsənət Universitetinin məzunu olmalıyam. Atamsa cidd-cəhdlə məni BDU-ya doğru çəkib aparmaq istəyirdi. Deyirdi:...
27 Oktyabr 2026, 20:39
Adil Kərimli Bakıda Tacikistanın mədəniyyət naziri ilə görüşüb
Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 27-də Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen arasında ikitərəfli görüş olub.Bu barədə Citypost.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.Bildirilib ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına görə tacikistanlı həmkarına təşəkkür edən Adil Kərimli iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın ildən-ilə inkişaf etdiyini bildirib. Qarşılıqlı mədəniyyət günlərinin təşkili, beynəlxalq incəsənət layihələrində iştirakın əlaqələrin daha da dərinləşməsinə töhfə verdiyi vurğulanıb.Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib, "Bakı Prosesi"nin qlobal platforma kimi artan əhəmiyyətini vurğulayıb.Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb....
27 Oktyabr 2026, 20:31
Türkiyənin Naxçıvandakı yeni Baş konsulu vəzifəsinin icrasına başlayıb
Türkiyənin Naxçıvandakı yeni Baş konsulu Əli Sevim vəzifəsinin icrasına başlayıb.Citypost.az xəbər verir ki, yeni Baş konsul vəzifəsinin icrasına başlaması münasibətilə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünlə görüşüb.Eyni zamanda, Baş konsul Əli Sevim Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Protokol İdarəsinin rəisi Anar Nəcəflidən ekzekvaturanı (icazə sənədini) təhvil alıb.Əli Sevim, həmçinin, səfir Birol Akgünlə birlikdə XİN-in Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsinin rəisi Gürsəl İsmayılzadə ilə görüşüb....
27 Oktyabr 2026, 20:04