Bizə yazın

Baku

-°C

USD

-

Rafiq Əliyevdən Halloween-ə SƏRT ETİRAZ: “Milli dəyərlərimizə uyğun deyil”

Cəmiyyət 05 Noyabr 2026, 08:05

283

Fəlsəfə elmləri doktoru, professor Rafiq Əliyev Halloween bayramının Azərbaycanda yayılması və xüsusilə gənclər arasında maraq doğurması ilə bağlı narahatlığını ifadə edib. O, bu cür ənənələrin milli-mənəvi dəyərlərə, cəmiyyətin dünyagörüşünə və gənc nəslin tərbiyəsinə təsirləri barədə fikirlərini bölüşüb.

Citypost.az xəbər verir ki, professor bu barədə qələmə aldığı “Yad ənənələr və yerli dəyərlər: Halloween Azərbaycanda niyə narahatlıq doğurur?” adlı yazısında qeyd edib ki, son illərdə oktyabr ayının sonlarında Halloween ətrafında müzakirələr daha da intensivləşir. Onun sözlərinə görə, bəzi gənclər və əyləncə məkanları bu günü sadəcə kostyum partiyası və əyləncə fürsəti kimi qəbul etsələr də, cəmiyyətin digər kəsimləri, dini xadimlər və ənənəvi dəyərlərə bağlı insanlar bu tendensiyaya ehtiyatla yanaşırlar.

Rafiq Əliyev bildirib ki, Halloween tarixi baxımdan qədim keltlərin bütpərəst inanclarına, xüsusilə də oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə qeyd edilən Samhain mərasiminə gedib çıxır. Həmin inanclara görə, bu gecə canlılar və ölülər dünyası arasındakı sərhədin aradan qalxdığı, ruhların və fövqəltəbii qüvvələrin sərbəst hərəkət etdiyi düşünülürdü.

Professorun fikrincə, Halloween-in müasir təqdimatında ön plana çıxarılan qorxulu obrazlar, mistik simvollar, cadugər, skelet, vampir və demon təsvirləri Azərbaycanın mənəvi dəyərləri ilə uzlaşmır. O vurğulayıb ki, ölkəmizdə mövcud olan ənənəvi dini dünyagörüşü və mənəvi prinsiplər dünyasını dəyişənlərin xatirəsinə hörmətlə yanaşmağı təşviq etsə də, şər qüvvələrlə bağlı təsvirlərin əyləncə predmetinə çevrilməsini qəbul etmir.

Rafiq  Əliyev Azərbaycanın zəngin mədəni irsə, dərin tarixi ənənələrə, ailə dəyərlərinə və böyüklərə hörmət prinsipinə malik olduğunu xatırladıb. Onun sözlərinə görə, milli bayramlarımızın mahiyyətində sevinc, yenilənmə, təbiətin canlanması və quruculuq kimi müsbət məqamlar dayanır. Bu baxımdan, Halloween-in qorxu və qaranlıq simvolikası üzərində qurulan əyləncə forması kimi təqdim edilməsi cəmiyyətdə haqlı suallar doğurur.

Professor hesab edir ki, kommersiya xarakterli bu cür tədbirlər vasitəsilə Qərb kütləvi mədəniyyətinin müəyyən elementləri cəmiyyətə daxil olur və nəticədə milli kimliyin zəifləməsi riski yaranır. O, xüsusilə uşaqların və yeniyetmələrin belə təsirlərə qarşı daha həssas olduğunu qeyd edərək, onların yaş xüsusiyyətlərini nəzərə almadan qorxu və mistika üzərində qurulan obrazlara cəlb edilməsinin mənfi nəticələr doğura biləcəyini bildirib.

Rafiq  Əliyev qeyd edib ki, Halloween tərəfdarları bu ənənəni qloballaşma, müasirlik və əyləncə ilə əlaqələndirsələr də, əsas müzakirə mövzusu cəmiyyətin öz milli-mənəvi irsinə münasibəti olmalıdır. Onun fikrincə, başqa mədəniyyətlərə aid ənənələri mənimsəyərkən onların mahiyyətinə və daşıdığı mesajlara diqqət yetirmək vacibdir.

Professor vurğulayıb ki, milli kimliyin qorunması, gənc nəslin xeyirxahlıq, quruculuq və öz mədəniyyətinə hörmət ruhunda tərbiyə olunması xüsusi əhəmiyyət daşıyır. Onun qənaətinə görə, milli ənənələrə sahib çıxmaq və yad təsirlərə qarşı düşünülmüş mövqe nümayiş etdirmək cəmiyyətin mənəvi dəyərlərinin qorunmasının əsas şərtlərindəndir.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Paytaxtın bu ərazilərində işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə noyabrın 5-də Yasamal və Nizami Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş işləri aparılacaq.Citypost.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.Bildirilib ki, Yasamalda saat 10:00-dan 13:00-dək Qurban Xəlilov küçəsi, Moskva prospekti və Birinci Alatava yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.Nizami rayonunda Əli Vəliyev küçəsi və Qara Qarayev prospektinin bəzi ərazilərində saat 10:00-dan 14:00-dək enerjinin verilişində fasilə yaranacaq.Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar....

05 Noyabr 2026, 08:00

Ərdoğanın təyyarəsindən Azərbaycan liderinə xüsusi mesaj - Video

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasından səfərdən qayıdarkən təyyarəsi Azərbaycanın hava məkanına daxil olduqdan sonra laynerin pilotu dispetçerlə əlaqə saxlayıb.CİTYpOST.AZ   AZƏRTAC-a istinadən xəbər verir ki, o, dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycan xalqına Prezident Rəcəb Tayyib Ərdoğanın ən səmimi arzuları ilə bağlı mesajını çatdırıb.Mesajda deyilir: "Səfərdən qayıdarkən qardaş Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq, Zati-alinizə cansağlığı və xoşbəxtlik kimi ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.Rəcəb Tayyib ƏrdoğanTürkiyə Respublikasının Prezidenti"....

04 Noyabr 2026, 22:49

Noyabrın 5-i ilə bağlı rəsmi xəbərdarlıq

Noyabrın 5-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Abşeron yarımadasında atmosfer təzyiqinin yüksəlməsi fonunda xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

04 Noyabr 2026, 22:12

Unudulmaz Taleh Həmid

İstedadı şair, jurnalist, publisist, naşir, redaktor, tərcüməçi, dəyərli və unudulmaz tələbə yoldaşımızın vəfatından düz 10 il ötür...CityPost.az  bildirir ki,O yaddaşımızda zəngin, maraqlı ədəbi, publisistik irsi ilə yanaşı,  gülərüz siması, qaynar təbiəti, ətrafındakılara həssas münasibəti ilə də silinməz iz buraxıb.Taleh Həmid Vətəni, onun layiqli övladlarını bütün varlığı ilə sevir və dəyərləndiridi. Heç təsadüfi deyil ki, istiqlal şairi Əhməd Cavad şəxsiyyəti və poeziyasının aşiqi idi.Oğlu Cəlal atası haqqında kədərli, sevincli xatirələrini bizimlə bölüşərkən bu məsələyə də  toxundu, dedi ki, atam Əhməd Cavad haqqında  pyes yazıb, əlyazmasını bir makinaçı xanıma vermişdi. Sonra atam xəstələndi, bir müddət sonra dünyasını dəyişdi. İndi makinaçını da, əlyazmanı...

04 Noyabr 2026, 22:11

SÖZÜN MƏSULİYYƏTİNİ DAŞIYAN ÖMÜR:QULU MƏHƏRƏMLİ -72

Azərbaycan jurnalistikasında elə adlar var ki, onlar təkcə bir soyad, bir imza deyil. Onlar bir məktəbdir, bir dövrdür, bir meyardır. Qulu Məhərrəmli də məhz o adlardan biridir. Onun adını çəkəndə sadəcə bir alim, bir professoru xatırlamırıq. Biz bir dövrün televiziyasını, bir dövrün ziyalı məsuliyyətini xatırlayırıq.EKRANDAN ELMƏ GEDƏN YOLFilologiya elmləri doktoru, jurnalistika üzrə ölkədə ilk elmlər doktoru, professor. Bu titullar Qulu müəllim üçün sadəcə diplom deyil. Bu, onun keçdiyi çətin, lakin şərəfli yolun təsdiqidir. O Azərbaycan Milli Televiziyasında adi redaktordan rəhbər vəzifələrə qədər yüksələn, efirin mətbəxini içindən bilən, sonra isə təcrübəni elmə gətirən nadir ziyalılardandır. O, efirdə sözün çəkisini, məsuliyyətini müəyyən...

04 Noyabr 2026, 21:10

Prezidentdən nazirin qayınatası ilə bağlı SƏRƏNCAM

Xəbər verdiyimiz kimi,Kamran Sultan oğlu İmanov “Şərəf” ordeni ilə təltif edilib.Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.CityPost.az  bildirir ki,Kamran  İmanov   iqtisadiyyat naziri Mikayıl Cabbarovun qayınatasıdır.Belə ki,Mikayıl Cabbarovun həyat yoldaşı Kamran İmanovun qızıdır.Kamran Sultan oğlu İmanov 5 noyabr 1946-cı ildə Bakı şəhərində anadan olub.O, 1964-cü ildə Bakı şəhəri 1 nömrəli orta məktəbi əla qiymətlərlə, 1969-cu ildə isə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.Əmək fəaliyyətinə ali təhsil aldığı institutda başlayan K.İmanov daha sonra Ali və orta ixtisas təhsili Nazirliyinin Elmi-Tədqiqat Hesablama Mərkəzinin direktoru, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun prorektoru və birinci prorektoru vəzifələrində çalışıb.Mütəxəssis müxtəlif illərdə dövlət idarəçiliyində bir sıra məsul vəzifələri icra edib. O,...

04 Noyabr 2026, 19:32