Avstraliyanın məşhur ticarət şəbəkəsi iflas təhlükəsi ilə üz-üzədir
Dünya 05 Noyabr 2026, 00:27
1487
Avstraliyanın 188 illik tarixə malik məşhur univermaq şəbəkəsi “David Jones” fəaliyyətini dayandırmaq təhlükəsi ilə qarşılaşıb. Şirkətin rəhbərliyi və sahibi “Anchorage Capital Partners”ın könüllü idarəetməyə keçidlə bağlı qərarını cümə axşamı səhər açıqlaması gözlənilir.
Citypost.az xəbər verir ki, bu barədə Yeni Zelandiyanın 1News telekanalı məlumat yayıb.
Məlumata görə, şirkətin rəhbərliyi noyabrın 4-də axşam saatlarında böhran iclası keçirib. Qərarın verilməsinə əsas səbəblərdən biri ticarət mərkəzlərinin sahibləri ilə icarə məsələsində yaranan fikir ayrılıqlarıdır. “David Jones” sentyabr ayından etibarən icarə haqqını ödəməyib və bu səbəbdən müqavilə öhdəliklərini pozmuş vəziyyətə düşüb.Şirkətin ən böyük icarədarı olan “Scentre Group”un rəhbəri Elliott Rusanow bildirib ki, “Anchorage Capital Partners”a mağazaların fəaliyyətini davam etdirməyə imkan verəcək güzəştli təklif təqdim edilsə də, həmin təklif qəbul olunmayıb. “David Jones” cari ilin ilk doqquz ayında, sentyabrın 30-dək ümumilikdə 45 milyon Avstraliya dolları icarə haqqı ödəyib. Bununla yanaşı, şirkətin mağazaları üzrə ev sahiblərinin sərəncamında 45 milyon Avstraliya dolları məbləğində bank zəmanəti mövcuddur.
Həmçinin oxuyun
Sidneydə yerləşən “Anchorage Capital Partners” 2023-cü ildə 188 illik şirkəti 100 milyon Avstraliya dollarına satın alıb. Halbuki əvvəlki sahibi, Cənubi Afrikanın “Woolworths Holdings Limited” şirkəti 2014-cü ildə “David Jones”u 2,1 milyard dollara əldə etmişdi.
Analitiklərin fikrincə, son illərdə istehlakçı vərdişlərinin dəyişməsi ənənəvi univermaqların mövqeyini zəiflədib. “Amazon” və “Shein” kimi onlayn ticarət platformalarının rəqabəti, eləcə də ixtisaslaşmış mağazaların bazar tələblərinə daha çevik uyğunlaşması bu sahədə təzyiqləri artırıb.
Qeyd edək ki, “David Jones”un hazırda Avstraliyada 38 mağazası fəaliyyət göstərir. Onlardan 17-si “Scentre Group”a məxsus “Westfield” ticarət mərkəzlərində yerləşir. Şirkətin Yeni Zelandiyanın Oklend şəhərində də bir mağazası var.
ABŞ-da ömürlük həbs cəzası çəkən qatil 10 günlük axtarışdan sonra saxlanılıb
ABŞ-da qətl törətməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilmiş 28 yaşlı Ceykob Morli həbsxanadan qaçdıqdan 10 gün sonra Missuri ştatında saxlanılıb.Citypost.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.Məlumata görə, Morli oktyabrın 25-də Tennessi ştatının şimal-qərbində yerləşən “Northwest Correctional Complex” həbsxanasında hasardan keçərək qaçıb. Həmin vaxt həbsxana geyimində olan məhkum yaxınlıqdakı fermadan avtomobil oğurlayaraq ərazini tərk edib. Daha sonra avtomobili İllinoys ştatının Marion şəhəri yaxınlığında qoyaraq piyada hərəkətini davam etdirib.İstintaqın məlumatına əsasən, Morli fermadakı ovçuların vaxtaşırı istifadə etdiyi yardımçı tikilidə bir müddət gizlənib. O, burada pivə içib, yemək hazırlayıb və fermadan başqa bir avtomobil, geyimlər, iki...
06 Noyabr 2026, 00:18
Fransada etiraz aksiyalarına 250 mindən çox insan qatılıb
Bu gün Fransanın bir sıra şəhərlərində maaşların artırılması tələbi ilə keçirilən kütləvi etiraz aksiyalarında 250 mindən çox insan iştirak edib.Citypost.az xəbər verir ki ,bu barədə “Le Figaro” qəzeti Həmkarlar ittifaqlarına istinadən məlumat yayıb.Aksiyaların iştirakçıları maaşların artırılmasını tələb edərək hökuməti konkret addımlar atmağa çağırıblar.Fransanın Ümumi Əmək Konfederasiyasının Baş katibi Sofi Bine Parisdə keçirilən yürüşdən əvvəl hökumətə xəbərdarlıq edib: “Mesajımız belədir: bizi heç nə dayandıra bilməz. Səfərbərliyə yalnız tələblərimizə veriləcək cavab son qoya bilər. Hökumət nə qədər çox gözləsə, bunun bədəli bir o qədər yüksək olacaq”. (Apa)...
05 Noyabr 2026, 20:42
Boris Nemtsovun qızına Rusiyada 4 il həbs cəzası kəsildi
Moskvanın Zamoskvoreçye Rayon Məhkəməsi mərhum siyasətçi Boris Nemtsovun qızı, Rusiyada xarici agent elan olunmuş Janna Nemtsovaya arzuolunmaz təşkilata rəhbərlik etmək ittihamı ilə qiyabi olaraq 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib.Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.Məhkəmənin hökmündə bildirilib ki, Janna Nemtsova ümumi rejimli cəzaçəkmə müəssisəsində 4 il müddətinə azadlıqdan məhrum edilir."Qeyd olunan cəza qiyabi hesab edilsin, cəza müddəti məhkumun Rusiya Federasiyası ərazisində saxlanıldığı və ya ekstradisiya edildiyi andan hesablansın”, – hökmün mətnində qeyd olunub.Məhkəmə, həmçinin Nemtsovaya 8 il müddətinə internet resurslarını idarə etməyi qadağan edib.Məhkəmə iclasında tərəflərin açıqlamalarına əsasən, Janna Nemtsovaya qarşı cinayət işi onun rəhbərlik etdiyi...
05 Noyabr 2026, 18:45
Bu gün Avropada 15 təyyarə bomba xəbərdarlığı alıb
Bu gün Avropada 15 təyyarə reysi bomba xəbərdarlığı alıb.Bu barədə “CBS NEWS” xəbər verir.Bildirilib ki, bütün bomba xəbərdarlıqları yoxlanılıb və onların hamısı saxta çıxıb. (APA)
05 Noyabr 2026, 16:49
Tehranda binaların üstündə zenit qurğuları quraşdırıldı - Foto
ABŞ-ın İrana hücum ehtimalı ilə eyni vaxtda Tehranın müxtəlif bölgələrində hava hücumundan müdafiə sistemləri quraşdırılıb.Citypost.az Axar.az-a istinadən xəbər verir ki, bu haqda yerli sosial media istifadəçiləri paylaşım ediblər.Paylaşımlarda zenit qurğularının çoxmərtəbəli binaların üstündə yerləşdirildiyi bildirilib.Qurğuların SEPAH-a məxsus olduğu və bəzi binaların boşaldıldığı iddia edilir.
05 Noyabr 2026, 14:54
“Türkiyə ilə sərhədlər istənilən an açıla bilər” - Mirzoyan
Ermənistanla Türkiyə arasında dialoq intensiv və səmərəli şəkildə davam edir.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan noyabrın 5-də 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin daimi komissiyalarının birgə iclasında bildirib.Nazir qeyd edib ki, əldə olunan irəliləyişə və müsbət dinamikaya baxmayaraq, Ermənistan-Türkiyə sərhədi hələ də bağlı olaraq qalır.Onun sözlərinə görə, proses artıq o qədər müsbət mərhələyə çatıb ki, sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması istənilən an baş verə bilər.“Diplomatik münasibətlər də daxil olmaqla, sərhədlərin açılması və əlaqələrin qurulması Ermənistan iqtisadiyyatına əhəmiyyətli fayda gətirəcək”, – deyə Mirzoyan vurğulayıb....
05 Noyabr 2026, 13:50