Bizə yazın

Baku

-°C

USD

-

TRAMPIN İRAN PLANI SUAL ALTINDA: İlqar Məmmədovdan diqqətçəkən təhlil

Siyasət 05 Noyabr 2026, 00:32

452

Siyasətçi İlqar Məmmədov ABŞ-da keçirilən parlament seçkilərinin nəticələrinin Donald Trampın gələcək siyasi qərarlarına və İranla bağlı siyasətinə mümkün təsirlərini şərh edib.

Citypost.az xəbər verir ki, İlqar Məmmədov sosial şəbəkə hesabında paylaşım edərək Respublikaçılar Partiyasının seçkilərdə üzləşdiyi məğlubiyyəti diqqətə çatdırıb.

Siyasətçinin fikrincə, ABŞ xalqının seçkilərdə respublikaçılara verdiyi mesaj Trampın İranla bağlı mümkün hərbi addımları fonunda xüsusi əhəmiyyət daşıyır. O, bunu obrazlı şəkildə ifadə edərək Amerika xalqının Trampın partiyasını “nüvə bombası kimi səslə” darmadağın etdiyini bildirib.

İ.Məmmədov Trampın seçkilərdəki nəticəyə qəsdən şərait yaratmış ola biləcəyini də istisna etməyib. Onun ehtimalına görə, ABŞ prezidenti bununla İsrailin Baş naziri Benyamin Netanyahunun təzyiqlərindən qurtulmağa çalışmış ola bilər.

Bununla belə, siyasətçi Demokratlar Partiyasının mövqeyinin gələcəkdə necə dəyişəcəyinin hələ məlum olmadığını vurğulayıb. O qeyd edib ki, demokrat namizədlərin əksəriyyəti seçkiqabağı dövrdə İrana qarşı yeni müharibəyə etiraz etsələr də, seçkidən sonra mövqelərini dəyişə bilərlər.

İlqar Məmmədovun diqqət çəkdiyi digər məqam isə yeni Konqresin fəaliyyətə başlamasına qədər yaranan vaxt intervalıdır. O bildirib ki, yeni Konqres ilk iclasını yanvarın əvvəlində keçirəcək və həmin vaxta qədər Vaşinqtonda siyasi keçid prosesi davam edəcək.

Siyasətçinin fikrincə, bu müddət ərzində Benyamin Netanyahu öz müharibə planlarını həyata keçirmək və ABŞ-ı yeni hərbi qarşıdurmaya cəlb etmək üçün səylərini davam etdirə bilər.

Turan 

Problemlərinizi bizə bildirin

077 323 55 66

Əliabbas Məhərrəmli: “Müharibənin uzanması İran üçün siyasi imkanlar yaradır”

İctimai fəal Əliabbas Məhərrəmli ABŞ-da keçirilən seçkilərin nəticələrinin Donald Trampın siyasi fəaliyyətinə və İranla ABŞ-İsrail arasında davam edən müharibəyə mümkün təsirləri barədə açıqlama verib.Citypost.az xəbər verir ki, Əliabbas Məhərrəmli paylaşımında Respublikaçılar Partiyasının seçkilərdə ciddi məğlubiyyətə uğramasının Trampın qarşıdakı dövrdə siyasi qərarlarını həyata keçirməsini çətinləşdirəcəyini bildirib.İctimai fəalın sözlərinə görə, Demokratlar Partiyasının Konqresdə və Senatda üstünlük qazanması Trampın, xüsusilə də xarici siyasət sahəsində addımlarına müəyyən maneələr yarada bilər. O hesab edir ki, bu nəticələrə İranla ABŞ və İsrail arasında davam edən müharibə kontekstində də baxmaq lazımdır.Ə.Məhərrəmli qeyd edib ki, müharibənin uzanması ABŞ və İsrailin qarşılarına qoyduqları məqsədlərə nail ola bilməməsi ilə nəticələnərsə,...

05 Noyabr 2026, 00:21

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.Citypost.az  xəbər verir ki, məktubda deyilir:"Zati-aliləri.8 Noyabr – Zəfər Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi, daimi sülh, rifah və firavanlıq arzularımı çatdırmaqdan şərəf duyuram.Bu mühüm bayram Azərbaycan xalqının əzmkarlığını, birliyini və qətiyyətini əks etdirməklə yanaşı, sülhün dəyərini, həmçinin insanların sabitlik, təhlükəsizlik və firavan gələcəyə olan arzularını təcəssüm etdirir. Qoy, bu günün ruhu Azərbaycan və onun xalqı üçün yeni nailiyyətlərə ilham verməkdə davam etsin.Mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı anlaşmanı təşviq edən və körpülər quran mötəbər beynəlxalq platforma olan VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak...

04 Noyabr 2026, 18:56

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib 

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.Citypost.az xəbər verir ki, təbrik məktubunda deyilir:“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.Ölkənizin Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram.Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının Hökumətinə və xalqına daha çox tərəqqi və firavanlıq arzulayıram.Zati-alinizə dərin hörmət və ehtiramımı bildirirəm”....

04 Noyabr 2026, 16:20

Asif Əli Zərdari Zəfər Günü münasibətilə Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.Citypsot.az  xəbər verir ki, təbrikdə deyilir:“Zati-aliləri.Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakistan Hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.Bu tarixi hadisə Azərbaycan xalqının öz Vətəninin suverenliyini və ərazi bütövlüyünü bərpa etmək uğrunda göstərdiyi fədakarlığı, əzmkarlığı və birliyi təcəssüm etdirir. Azad edilmiş ərazilərin yenidən qurulması və inkişafı istiqamətində qazanılan mühüm nailiyyətlər Azərbaycanın öz xalqı üçün sülh və rifah dolu gələcəyin təmin edilməsinə qətiyyətlə sadiq olduğunu nümayiş etdirir.Pakistan Azərbaycanla qarşılıqlı etimada, ortaq dəyərlərə və bir-birinə davamlı dəstəyə əsaslanan uzunmüddətli qardaşlıq əlaqələrini yüksək...

04 Noyabr 2026, 16:19

Səudiyyə Ərəbistanı Kralı Prezident İlham Əliyevi təbrik edib

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.Ölkənizin Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.Sizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan Respublikasının Hökumətinə və xalqına daha da sürətli inkişaf və rifah arzulayıram.İki dost ölkəni və xalqı birləşdirən, bütün sahələrdə möhkəmlənməsinə və inkişafına çalışdığımız qardaşlıq münasibətlərinin müstəsna əhəmiyyətə malik olduğunu xüsusi vurğulayıram.Zati-alinizə salamlarımı və ehtiramımı bildirirəm"....

04 Noyabr 2026, 16:18

Tokayevin Rusiya təklifinə Ankara NÖQTƏ QOYDU 

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin “Rusiyanı Türk Dövlətləri Təşkilatına daxil edək” təklifinə Ankara “yox” dedi.Citypost.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.“Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Türk Dövlətləri ilə əlaqələr üzrə sədr müavini Kürşad Zorlu Rusiyanın təşkilata üzvlüyünün mümkün olmadığını belə əsaslandırıb:“Hər hansı dövlətin Türk Dövlətləri Təşkilatına üzvlüyü və ya müşahidəçi statusunda qatılması üçün rəsmi dili türk dillərindən biri olmalıdır. Rusiya bu tələbə cavab vermir”.Kürşad Zorlu Rusiyanın vaxtilə verdiyi bir qərarı da xatırladıb: “1993-cü ildə təsis olunan TÜRKSOY-a Rusiyadan Altay, Tuva, Çuvaş, Başqırdıstan, Yakut və Tatarıstan da qatılmışdılar. Ancaq Rusiya Federasiyasi 2015-ci ildə aldığı qərarla bu bölgələrin TÜRKSOY-dakı...

04 Noyabr 2026, 10:00