Bizə yazın

Baku

-°C

USD

-

Əliabbas Məhərrəmli: “Müharibənin uzanması İran üçün siyasi imkanlar yaradır”

Siyasət 05 Noyabr 2026, 00:21

1887

İctimai fəal Əliabbas Məhərrəmli ABŞ-da keçirilən seçkilərin nəticələrinin Donald Trampın siyasi fəaliyyətinə və İranla ABŞ-İsrail arasında davam edən müharibəyə mümkün təsirləri barədə açıqlama verib.

Citypost.az xəbər verir ki, Əliabbas Məhərrəmli paylaşımında Respublikaçılar Partiyasının seçkilərdə ciddi məğlubiyyətə uğramasının Trampın qarşıdakı dövrdə siyasi qərarlarını həyata keçirməsini çətinləşdirəcəyini bildirib.

İctimai fəalın sözlərinə görə, Demokratlar Partiyasının Konqresdə və Senatda üstünlük qazanması Trampın, xüsusilə də xarici siyasət sahəsində addımlarına müəyyən maneələr yarada bilər. O hesab edir ki, bu nəticələrə İranla ABŞ və İsrail arasında davam edən müharibə kontekstində də baxmaq lazımdır.

Ə.Məhərrəmli qeyd edib ki, müharibənin uzanması ABŞ və İsrailin qarşılarına qoyduqları məqsədlərə nail ola bilməməsi ilə nəticələnərsə, bu, həmin ölkələr üçün təkcə hərbi deyil, həm də ciddi siyasi problemə çevriləcək.

İctimai fəal diqqətə çatdırıb ki, müharibə siyasətinə qarşı narazılıq həm ABŞ-da, həm də İsraildə müşahidə olunur. Onun fikrincə, İsrail cəmiyyətində Baş nazir Benyamin Netanyahunun müharibə siyasətinə qarşı artan narazılıq hökumət üçün ciddi siyasi siqnaldır. Məhərrəmli ictimai rəyin təxminən yarısının bu siyasəti dəstəkləmədiyini də iddia edib.

O bildirib ki, yaranmış vəziyyət İran üçün müəyyən siyasi imkanlar yaradır. Müharibə uzandıqca ABŞ və İsrailin iqtisadi və siyasi xərcləri artır, daxili narazılıq güclənir, hakimiyyətlərin manevr imkanları isə daralır.

Əliabbas Məhərrəmlinin qənaətinə görə, İranın hərbi qələbə qazanması şərt deyil. ABŞ və İsrailin müharibəni qarşılarına qoyduqları nəticə ilə başa çatdıra bilməməsi belə Tehran üçün müəyyən siyasi üstünlük hesab oluna bilər. Onun fikrincə, müharibələrdə üstünlük yalnız döyüş meydanında deyil, həm də qarşı tərəfin siyasi iradəsinin zəifləməsində özünü göstərir.

Turan

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Azərbaycan, ABŞ və Ermənistanın "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsini həyata keçirmək üçün üçtərəfli texniki qrupları fəaliyyətə başlayıb."Report"un məlumatına görə, bu barədə üç ölkə hökumətlərinin 6 noyabrda dərc olunmuş birgə bəyanatında bildirilib.İşçi qruplarının işə başlaması ilə bağlı görüşdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Brendan Hanrahan, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan iştirak ediblər.Bəyanatda qeyd edilir ki, yeni format üç ölkənin hökumət nümayəndələrini, və texniki mütəxəssislərini regional nəqliyyat əlaqələrini inkişaf etdirmək, uzunmüddətli sabitliyi gücləndirmək və iqtisadi əməkdaşlığı genişləndirmək üçün birgə işləmək üçün bir araya gətirir.Tərəflər...

07 Noyabr 2026, 08:00

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az  xəbər verir ki, məktubda deyilir:“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham ƏliyevəZati-aliləri,Sizi və Azərbaycan xalqını 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edirəm.Bu hadisə uzun illər davam edən münaqişəyə son qoymağa, regionda sülhü, qarşılıqlı anlaşmanı və sabitliyi möhkəmləndirmək üçün etibarlı zəmin yaratmağa imkan vermişdir.Sülhün qurulması istiqamətində aparılan işlərdə Cənubi Qafqazda baş verən mühüm prosesləri nəzərə alaraq, Qafqaz ölkələrinin müdrikliyi və dövlət başçılarının uzaqgörən siyasəti sayəsində bu regionun sülh və sabitlik məkanına çevriləcəyinə inanıram.Zati-aliləri, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə davamlı sülh və tərəqqi arzulayıram”....

06 Noyabr 2026, 21:44

Zaur Şükürov: Azərbaycan xalqı Vətən müharibəsində yumruq kimi birləşdi

44 günlük Vətən müharibəsi boyu ölkəmiz Ali Baş Komandanımızın qətiyyətli, müdrik və uzaqgörən siyasətinin, şəhidlərimizin, qazilərimizin misilsiz qəhrəmanlığının, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığının, müasir texnologiyalardan səmərəli istifadənin, düzgün strateji planlaşdırmanın və əsgər-mülki vətəndaş birliyinin nümunəsini göstərdi.Bu sözləri Milli Məclisin deputatı Zaur Şükürov noyabrın 8-i Zəfər Günü münasibətilə Citypost.az  saytına açıqlamasında bildirib.Deputatın sözlərinə görə, noyabrın 8-də Azərbaycan xalqı tarixinin ən şanlı və qürurverici günlərindən birini böyük fərəh və iftixar hissi ilə qeyd edir: “Şuşa şəhərinin azad edilməsi ilə işğalçı Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur edən qalib Azərbaycan öz gücünü, qüdrətini, cəsarətini, xalq-iqtidar, xalq-ordu birliyini, Vətən, torpaq sevgisini döyüş meydanında sübut etdi”.Z.Şükürov...

06 Noyabr 2026, 20:44

İlham Əliyev: Biz ədaləti, ləyaqətimizi və haqqımızı bərpa etdik

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi.Citypost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşü zamanı deyib. Dövlət başçısı ədaləti bərpa etdiklərini bildirib:"Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq. Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər. Çünki biz ədaləti bərpa etdik, öz ləyaqətimizi bərpa etdik və döyüş meydanında qan tökərək öz haqqımızı bərpa etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Əminəm, onların yaxınları bilirlər ki, onların qanı yerdə qalmayıb. Onların qisası döyüş meydanında alınıb və bu gün onların əziz...

06 Noyabr 2026, 20:22

Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhuanı qəbul edib.XİN-dən Citypost.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, Azərbaycanın çoxtərəfli diplomatiyaya verdiyi töhfələr, habelə qlobal və regional gündəlikdə duran məsələlər müzakirə olunub.Tərəflər Azərbaycanın BMT ilə əməkdaşlıqda fəal rolunu, habelə qlobal çağırışların həllinə töhfə verilməsi istiqamətində addımlarını məmnunluqla qeyd ediblər. Bu çərçivədə, Azərbaycanın Qoşulmama Hərəkatı, COP29, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA), Ümumdünya Şəhərsalma Forumu...

06 Noyabr 2026, 17:21

Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşdü

Litva xarici işlər naziri Kestutis Budris Vilnüsdə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Kestutis Budris sosial media hesabında paylaşım edib."Litva ilə Azərbaycan enerji, ticarət, xalqlararası əlaqələr, eləcə də Cənubi Qafqazda sülh və rifahın təmin edilməsi daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə ardıcıl irəliləyiş əldə edir",- o bildirib.

06 Noyabr 2026, 16:50