Yeni Zelandiyada prostat xərçənginin müalicəsində yeni üsul tətbiq olunacaq
Dünya 05 Noyabr 2026, 00:13
2455
- Yeni Zelandiyanın Gisborne şəhərində prostat xərçənginin müalicəsi üçün MRT nəzarəti altında həyata keçirilən yeni tibbi prosedura başlanılır. Bu üsul Avstraliya və Yeni Zelandiyanı əhatə edən regionda ilk dəfə tətbiq olunur.
Citypost.az xəbər verir ki, bu barədə Yeni Zelandiyanın 1News telekanalı məlumat yayıb.
Məlumata görə, Mātai Tibbi Tədqiqat İnstitutu tərəfindən tətbiq ediləcək metod ultrasəs enerjisindən istifadə etməklə prostat vəzindəki xərçəng toxumasının dəqiq şəkildə qızdırılaraq məhv edilməsini nəzərdə tutur. Prosedur zamanı MRT cihazı həm müalicənin istiqamətləndirilməsi, həm də prosesə nəzarət üçün istifadə olunur. Bununla yalnız hədəflənmiş toxumaya müdaxilə edilməsi təmin edilir.
Yeni müalicə üsulu xərçəngin erkən mərhələdə aşkarlandığı və hələ prostat vəzinin hüdudlarından kənara yayılmadığı xəstələr üçün nəzərdə tutulub. Prosedur ümumi anesteziya altında, MRT aparatının daxilində həyata keçirilir və təxminən 3-4 saat davam edir. Ənənəvi cərrahi əməliyyatdan və ya bir neçə həftəlik şüa terapiyasından fərqli olaraq, xəstələr həmin gün evə buraxılır və əksəriyyəti bir neçə gün ərzində gündəlik fəaliyyətlərinə qayıda bilir. Mātai Tibbi Tədqiqat İnstitutunun aparıcı klinisisti Daniel Cornfeld bildirib ki, bu metod xüsusilə cərrahi əməliyyatdan və şüa terapiyasından yayınmaq istəyən, eyni zamanda sidik saxlama və cinsi funksiyalarını qorumağa çalışan kişilər üçün əlavə seçim yaradır. Onun sözlərinə görə, minimal invaziv yanaşma ənənəvi müalicə üsulları ilə müqayisədə impotensiya və sidik qaçırma hallarının riskini azalda bilər.
Müalicə üsulunu sınaqdan keçirən Barry Leslie prosedurdan sonra ciddi ağrı hiss etmədiyini bildirib. O, may ayında müalicə üçün Avstraliyadan Kanadaya səfər etdiyini və prosedurdan sonrakı iki gün ərzində təxminən 20 min addım atdığını deyib.
Yeni Zelandiya Prostat Xərçəngi Fondunun rəhbəri Peter Dickens də bu yeniliyi müsbət qiymətləndirib. O bildirib ki, ölkədəki kişilərin müalicə imkanları Avstraliya və Böyük Britaniya ilə müqayisədə daha məhduddur. Yeni metodun gələcəkdə yalnız Gisborne sakinləri üçün deyil, ölkənin digər bölgələrində yaşayan xəstələr üçün də əlçatan olması arzu edilir.
Qeyd edək ki, prostat xərçəngi Yeni Zelandiyada kişilər arasında ən çox diaqnoz qoyulan xərçəng növüdür və hər il 4 mindən çox kişidə bu xəstəlik aşkarlanır. Hazırda yeni müalicə üsulu özəl qaydada təqdim olunur. Mātai institutu gələcəkdə xidmətin dövlət səhiyyə sistemi vasitəsilə də əlçatan olmasını hədəfləyir. Health NZ isə metodun klinik effektivliyini
Həmçinin oxuyun
Əli
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyev vəfat edib.APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, ABŞ-dakı səfir Aleksandr Nikitiç Darçiyev 11 noyabrda 66 yaşında qəflətən vəfat edib.Qeyd edək ki, 2014-cü ildən 2021-ci ilə qədər diplomat Rusiyanın Kanadadakı səfiri vəzifəsində çalışıb.2025-ci ilin yazında Vladimir Putin Aleksandr Darçiyevi Rusiyanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri təyin edib.
11 Noyabr 2026, 20:56
Ukrayna və Rusiya azı 1000 hərbi əsirin mübadiləsi barədə razılığa gəlib
Rusiya və Ukrayna Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) üçtərəfli danışıqların ilk gününün yekunlarına əsasən, yaxın vaxtlarda "1000-in 1000-ə" və ya daha çox formulu üzrə genişmiqyaslı əsir mübadiləsi keçirmək barədə razılığa gəliblər."Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə danışıqların gedişi ilə tanış olan mənbə bildirib.Onun sözlərinə görə, görüş zamanı əsas diqqət bütövlükdə Ukrayna və Avropa üçün təhlükəsizlik təminatları məsələlərinə ayrılıb. Rusiyanın özünə təhlükəsizlik təminatlarının verilməsinə dair tələbləri ayrıca müzakirə edilib.Bundan başqa, tərəflər etimad böhranı fonunda Ukraynanın bərpası və yeni Avropa təhlükəsizlik arxitekturasının formalaşdırılması məsələlərinə toxunublar.Ümumilikdə iki gün ərzində danışıqlar təxminən dörd saat davam edib....
11 Noyabr 2026, 17:48
Putin üçün uzunömürlülük axtarışı: 7 min meymun...
Rusiya Prezidenti Vladimir Putinin yaxın dostu Mixail Kovalçukun rəhbərlik etdiyi Kurçatov İnstitutunda yaşlı meymunların unikal kolleksiyası yaradılıb. Alimlər onların köməyi ilə insan ömrünün uzadılması yollarını tapmağa ümid edirlər.Citypost.az Axar.az-a istinadən xəbər verir ki, Kovalçuk bu tədqiqatlar barədə Moskvada keçirilən Kurçatov Genom Forumu çərçivəsində danışıb.“İnstitutun laboratoriyalarında 22 növdən olan 7000-dən çox primat saxlanılır. Yaşlanmanın bütün mərhələlərini izləmək üçün yaşlı meymunlar üzərində analizlər aparırıq. Yaşı 18-dən və 30-dan çox olan fərdləri qiymətləndiririk. Hərtərəfli müayinələr keçiririk: biokimyəvi və struktur analizlər aparır, damarları, beyini – hər şeyi tədqiq edirik. Primatlar bizə ən yaxın nümunədir. Bu, ömrün uzadılmasını tənzimləyən sistemin yaradılması üçün əsasdır”, - o...
11 Noyabr 2026, 17:20
Nvidia rəhbərini casusluqda ittiham olunan çinli qadın Honkonq pasportu ilə Tayvana daxil olub
Nvidia şirkətinin rəhbəri Jensen Huangla münasibətdə olduğu bildirilən və Çinə casusluqda şübhəli bilinən çinli qadının Tayvana Honkonq pasportu ilə daxil olduğu məlum olub.Citypost.az france24.com-a istinadən xəbər verir ki, bu barədə Tayvanın Milli İmmiqrasiya Agentliyi məlumat yayıb.Qurumun rəhbəri Lin Hornq-en bildirib ki, Alis Huangın ölkəyə giriş-çıxış qeydləri mövcuddur və məsələ araşdırılır.Tayvanın daxili işlər naziri Liu Şi-fanq isə qadının ölkəyə daxil olduğunu, lakin hazırda xaricdə olduğunu açıqlayıb. Onun sözlərinə görə, Alis Huangın Tayvana giriş icazəsi ləğv edilib və o, bir daha adaya buraxılmayacaq.Qeyd edək ki, ABŞ rəsmiləri Alis Huangın Çinin kəşfiyyat orqanları ilə əlaqəli olduğunu iddia edirlər. Jensen Huang isə onunla münasibətdə...
11 Noyabr 2026, 09:09
Süni intellekt platformalarında reklamların sayı arta bilər
Onlayn reklam şirkəti Criteo-nun rəhbəri Maykl Komasinski hesab edir ki, gələcəkdə bir çox süni intellekt platforması gəlir əldə etmək məqsədilə reklam sisteminə keçəcək.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, bu barədə Lissabonda keçirilən “Veb Sammit” çərçivəsində AFP-yə açıqlamasında bildirib.Komasinskinin sözlərinə görə, süni intellekt modellərinin hazırlanması və tətbiqi böyük maliyyə vəsaiti tələb etdiyindən şirkətlər gəlir mənbələrini genişləndirməyə çalışırlar.O qeyd edib ki, reklam Google və Meta kimi böyük texnologiya platformalarının əsas gəlir mənbələrindən biridir və süni intellekt sahəsində də bu model geniş yayılacaq.Məlumata görə, OpenAI ChatGPT-də reklamları sınaqdan keçirir, Microsoft-un Copilot platformasında isə reklamlar artıq tətbiq olunur. Perplexity də reklam formatlarını...
11 Noyabr 2026, 09:06
Mişel Uellebekin müsəlmanlarla bağlı fikirləri MƏHKƏMƏLİK OLDU
Fransanın tanınmış yazıçısı Mişel Uellebek müsəlmanlarla bağlı mübahisəli fikirlərinə görə ayrı-seçkilik, nifrət və zorakılığa təhrik şübhəsi ilə rəsmi istintaqa cəlb edilib.Citypost.az france24.com-a istinadən xəbər verir ki, araşdırma 2022-ci ildə “Front Populaire” jurnalında dərc olunan müsahibə ilə bağlıdır.Uellebek həmin müsahibədə müsəlmanları Fransanın təhlükəsizliyi üçün təhdid kimi xarakterizə edib və onların ölkəni tərk etməli olduqlarını bildirib.2023-cü ildə Fransa Məscidləri Birliyi yazıçıya, filosof Mişel Onfraya və jurnalın rəhbərliyinə qarşı şikayət edib.Uellebekin vəkilləri isə onun açıqlamalarında nifrətə və zorakılığa təhrik olmadığını bildirərək, intellektual mübahisələrin məhkəmə müstəvisinə daşınmasını tənqid ediblər.Fransa Məscidləri Birliyinin vəkili isə ifadə azadlığının nifrətə təhriki əsaslandıra bilməyəcəyini vurğulayıb.Turan...
11 Noyabr 2026, 01:25