Bizə yazın

Baku

-°C

USD

-

“Bakıdakı bu kilsənin qapıları taybatay açılmalıdır”

Cəmiyyət 12 Noyabr 2026, 11:59

359

“İrəvanda yerləşən Göy Məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adının verilməsini, tədbirdə İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədin iştirakını qətiyyətlə pisləyirəm, özümə borc bilib mövqeyimi bildirmək istəyirəm”.

Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, bunu siyasi elmlər doktoru, professor Vaqif Abdullayev bildirib.

“1915-ci ildə türklərə divan tutan daşnak ordusunda xidmət etmiş, Qaregin Nijdenin “tsexakronizm” ideologiyasını təbliğ edən bir lənətullahın xatirəsini əbədiləşdirmək nə deməkdir?

Məgər bu dini abidə İranın dədə-baba mülküdür ki, hansısa kafirə hədiyyə edə?

İranın heç bir mənəvi haqqı yoxdur ki, XVIII əsrdə İrəvan xanı Hüseynəli xanın inşa etdiyi məscidi, Azərbaycanın tarixi-mədəni irsini özününküləşdirsin. Özününküləşdirmək bir yana, erməniləşdirsin. Məscidlərdə donuz və heyvan saxlayan, ibadət yerlərimizi təhqir edən ermənilərə bu “mükafat”ı verməklə molla rejimi nə demək istəyir?

Göy Məsciddə irsimizə qarşı vandal hərəkətlər fars reşiminin və daşnakların birgə Azərbaycana qarşı növbəti təxribatıdır”, - professor qeyd edib.

O bildirib ki, bu, dünya əhalisinin 25 faizini təşkil edən 2 milyarddan çox müsəlmana qarşı təhqirdir: “Bir qərbi azərbaycanlı olaraq hesab edirəm ki, dünyadakı islam cəmiyyətləri və təşkilatları Tehran mollakratiyasından izahat tələb etməlidirlər.

İSESCO, İƏT qarşısında məsələ qaldırılmalıdır. Göy Məscid Azərbaycan irsidir, əmlakıdır. Azərbaycanın müəqəddəs mənəvi duyğuları ilə heç kimin oynamağa haqqı yoxdur.

Onu da təklif etmək istərdim ki, Bakının mərkəzində yerləşən Erməni kilsəsində xüsusi bir sərgi salonu açılsın, orada erməni vandalların 1905 və 1918-ci illərdə xalqımıza qarşı törətdiyi vəhşilikləri əks etdirən fotostend guşəsi yaradılsın.

Eləcə də, 20 Yanvarda, Birinci və İkinci Qarabağ müharibələrində şəhid edilmiş rus, ukraynalı, udi və digər xristian xalqların ekspoziyası qurulsun, xatirə lövhəsi yaradılsın.

Bakıya gələn xarici turistlər ilk növbədə bura cəlb edilsin və erməni cəlladlar haqqında əsl həqiqətlərin şahidi olsunlar”.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Teymur Musayev Baş nazirin müavini kimi ilk dəfə COP31-də çıxış etdi

Türkiyədə keçirilən COP31 sessiyasında çıxış edən Azərbaycanın Baş nazirinin müavini Teymur Musayev qardaş ölkənin dialoq, konsensus və qərarların icrasına yönəlmiş Sədrliyini yüksək qiymətləndirib.Bu barədə Citypost.az-a Nazirlər Kabinetindən verilən məlumatda bildirilib.Baş nazirin müavini bildirib ki, Azərbaycan da COP29-a sədrliyi dövründə inklüziv prosesin irəliləməsini təmin edib, qəbul olunmuş tarixi Bakı Maliyyə Hədəfi isə qlobal iqlim fəaliyyəti üçün mühüm təməl yaradıb.Ölkəmizin bu istiqamətdəki fəaliyyəti COP29-dan sonra da davam edib. Belə ki, Braziliya ilə birgə 2035-ci ilədək iqlim maliyyələşdirilməsinin illik 1,3 trilyon ABŞ dollarına çatdırılması yollarını müəyyən edən “Bakıdan Belemə 1,3 trilyonluq Yol Xəritəsi” hazırlanıb. Eyni zamanda, COP Sədrlikləri Üçlüyü çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri...

12 Noyabr 2026, 11:34

Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti - Açıqlandı

Ötən gün səhər saatlarında Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində körpünün üzərindən köməkçi yola aşan minik avtomobilinin sürücüsü Vüsal Nəsirlinin vəziyyəti açıqlanıb. TƏBİB-dən Citypost.az-a cavab olaraq bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 19 yaşlı şəxs ötən gün saat 12:00 radələrində Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.Döş qəfəsinin və bud çanağının əziyi diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.Qeyd edək ki, ötən gün Babək prospekti üzərindəki körpüdə “BMW” markalı avtomobil idarəetmədən çıxıb. Körpünün kənarındakı məhəccərə çırpılan nəqliyyat vasitəsi hündürlükdən köməkçi yola aşıb....

12 Noyabr 2026, 11:23

Natiq Əliyevin qızından şikayətçi olan da general imiş 

Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub. Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, Türkərdən şikayət edənlərdən biri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini general-mayor Ceyhun Rzayevdir.Ceyhun Rzayev və digər zərərçəkmişin şikayəti əsasında Türkər şübhəli şəxs qismində tutulub.Məsələ ilə bağlı Türkərin vəkili Hikmət Əliyevlə də əlaqə saxladıq. Vəkilin sözlərinə görə, müdafiə tərəfi olaraq ittihamı qəbul etmirlər və zəruri sübutlarını təqdim edəcəklər: “Hazırda ölkə xaricindəyəm. Amma işdən tam xəbərim var. Onu deyə bilərəm ki, bu, mülki xarakterli bir məsələdir, cinayət faktı yoxdur. Bütün sübutlarımızı istintaq orqanına və məhkəməyə təqdim...

12 Noyabr 2026, 11:08

Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 12 Noyabr – Konstitusiya Günü münasibətilə sosial media hesablarında paylaşım edib.Citypost.az paylaşımı təqdim edir:https://t.co/ZOdmnReC3E— Mehriban Aliyeva (@1VicePresident) November 12, 2026

12 Noyabr 2026, 10:32

Zahid Oruc: “Ev təsərrüfatlarında bütün aktivlərin uçotu vergiyə cəlb etmək məqsədi daşımır”…

2027-ci ilin dövlət büdcəsi layihəsini xalqımızın tarixi Zəfərinin altıncı ildönümü günlərində müzakirə edirik. Vətən müharibəsində Qələbə uzun illər torpaqlarımızın işğalını aradan qaldırmağa yönələn büdcə siyasətindən yeni milli hədəflərə, Azərbaycan iqtisadiyyatı qarşısında inkişaf perspektivlərinə yol açır. 2027-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələrin getdiyi günlərdə noyabrın 6-da Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva Cəbrayıl, Zəngilan və Ağdamda doğma torpaqlarına qayıdan sakinlərlə görüşür, ailələrə yeni evlərinin açarlarını təqdim edir, istehsal müəssisələrinin açılışında iştirak edirdilər.Qlobal təhlükələr şəraitində dövlət büdcəsinin mühüm hərbi və sosial xərclərin artırılması təqdirəlayiqdir. Lakin büdcə müzakirələrinin aparıldığı son bir həftədə informasiya məkanımızda təəssüflər...

12 Noyabr 2026, 09:44

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycanın əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür.Citypost.az xatırladır ki, Konstitusiya 31 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilib.Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi.Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da, müəyyən özünəməxsusluğa malik idi.Azərbaycan müstəqilliyini bərpa etdikdən yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə Prezident Heydər Əliyevin...

12 Noyabr 2026, 08:00