23 yaşlı Gülarənin qətli ilə bağlı - Yeni detallar
Hadisə 18 Noyabr 2026, 10:25
378
Bakıda gənc rəssam 2003-cü il təvəllüdlü Gülarə Ağa qızı Mehdiyevanın ögey qardaşı tərəfindən qətlə yetirilməsi hadisəsinin bəzi təfərrüatları üzə çıxıb.
Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, hadisədən sonra polis əməkdaşları tərəfindən saxlanılan 2008-ci il təvəllüdlü A.Mehdiyev cinayəti qısqanclıq zəminində törətdiyini iddia edib.
Məlum olub ki, Gülarə ilə Ayxan ata bir, ana ayrı ögey bacı-qardaşdır. Onlar Binəqədi rayonu 9-cu mikrorayon Həmzə Babaşov küçəsindəki evdə yaşayıblar.
Həmçinin oxuyun
Hadisə isə noyabrın 16-sı saat 14:30 radələrində evin mətbəx otağında baş verib. 18 yaşlı oğlan bıçaqla bacısına hücum edərək 3 ağır zərbə endirib. Gülarənin səsinə qonşular gələrək dərhal təcili tbbi yardım çağırıblar. Xəstəxanaya çatdırılsa da, 23 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb
Noyabrın 17-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis tərəfindən təmin olunub.Citypost.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.Axtarışda olduğuna görə ümumilikdə 116, o cümlədən borclu şəxs qismində axtarışda olan 90 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb....
18 Noyabr 2026, 10:23
Sumqayıtda tanınmış markanın anbarından meyit tapıldı
Sumqayıtda anbar ərazisində ölüm hadisəsi baş verib."Unikal" "Teleqraf"a istinadən xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsində, "Embawood" şirkətinə məxsus anbarda qeydə alınıb.Məlumata görə, 50 yaşlı kişinin iş zamanı qəfil halı pisləşib və o, dünyasını dəyişib.Faktla bağlı araşdırma aparılır.
18 Noyabr 2026, 07:30
Bələdiyyə sədri qəfil öldü
Cəlilabad rayonunda bələdiyyə sədri vəfat edib.Citypost.az Report-a istinadən məlumatına görə, Şiləvəngə kənd bələdiyyəsinin sədri Anar Şabıyev qəfil dünyasını dəyişib.Onun ürək tutması nəticəsində vəfat etdiyi bildirilir.
18 Noyabr 2026, 00:43
Ögey qardaşı tərəfindən öldürüldüyü deyilən Gülarənin - Fotoları
Xəbər verdiyimiz kimi, dünən saat 15:00 radələrində Binəqədi rayonu ərazisində 23 yaşlı qadın qətlə yetirilib.Citypost.az “Qafqazinfo” saytına istinadən xəbər verir ki, həmin gənc Gülarə Mehdiyeva adlı xanım olub.O, rəssamlıq fəaliyyəti ilə məşğul olurmuş.Qeyd edək ki, Polisin keçirdiyi tədbirlərlə cinayəti törətməkdə şübhəli olan ögey qardaşı A.Mehdiyev saxlanılaraq istintaqa təhvil verilib.Araşdırma aparılır.
18 Noyabr 2026, 00:25
Birinci kurs tələbəsi dünyasını dəyişdi
AzMİU-nun nəzdində İnşaat Kollecinin tələbəsi vəfat edib.Citypost.az xəbər verir ki, Kollecin "Hidromelarasiya və torpaq mühafizəsi" ixtisası üzrə I kurs tələbəsi Əliyev Mirməcid dünyasını dəyişib.
17 Noyabr 2026, 19:36
Neftçalada quldurluq edən iki nəfər saxlanıldı
Neftçala rayonunda ev sahibinə qarşı quldurluq edilməsi və 11000 manat pulun talanması barədə polisə məlumat daxil olub. Polisin keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Q.Talıbov və N.Muxtarov saxlanılıblar.Citypost.az xəbər verir ki, araşdırmalarla saxlanılan şəxslərin quldurluq faktını qabaqcadan planlaşdırdıqları və əldə etdikləri pul vəsaitlərini aralarında böldükləri müəyyən edilib.Faktla bağlı cinayət işi başlanılıb, Q.Talıbov və N.Muxtarov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib....
17 Noyabr 2026, 15:18