Mədəniyyət naziri Çin səfiri ilə görüşdü
Cəmiyyət 18 Noyabr 2026, 10:20
376
Noyabrın 17-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Lu Mey ilə görüşüb.
Citypost.az xəbər verir ki, səfiri salamlayan nazir Azərbaycan ilə Çin arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini, bu əlaqələrin təməlində hər iki ölkə liderinin qarşılıqlı etimada əsaslanan münasibətlərinin dayandığını vurğulayıb.
Qeyd olunub ki, siyasi və iqtisadi sahələrdə mövcud əməkdaşlıq mədəni əlaqələrin genişləndirilməsi üçün də əlverişli zəmin yaradır.
Görüşdə Azərbaycan-Çin mədəni əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib.
Mədəniyyətin müxtəlif istiqamətləri üzrə əlaqələrin genişləndirilməsi, qarşılıqlı mədəniyyət günlərinin təşkili, mədəni irs, muzey işi və yaradıcı sənayelər sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Həmçinin oxuyun
Səfir Lu Mey səmimi qəbula görə təşəkkürünü bildirərək ölkəsinin Azərbaycanla mədəni əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib.
Görüşdə iki ölkə arasında mədəni əməkdaşlığın daha da dərinləşdirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Ramiz Mehdiyev cəzasından narazıdır - Şikayət verdi
Dövlətçilik əleyhinə və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlərdə təqsirli bilinən Ramiz Mehdiyev 14 il şərti cəza ilə razılaşmır.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, “boz kardinal” Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.Şikayət ərizəsində Ramiz Mehdiyevin cinayət işinə yenidən baxılması, əməllərinə müvafiq hüquqi qiymət verilməklə daha yüngül qərar çıxarılması xahiş edilib.İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Hələlik prosesin nə vaxt keçiriləcəyi bilinmir.Qeyd edək ki, uzun illər Prezident Administrasiyasının rəhbəri kimi mühüm posta rəhbərlik etmiş Ramiz Mehdiyevin cinayət əməlləri ötən il ifşa olunub. DTX onun dövlət çevrilişinə cəhd etməsi ilə bağlı səs yazılarını yayıb.Ötən ay çıxarılan hökmlə Mehdiyev hakimiyyəti zorla ələ...
18 Noyabr 2026, 09:50
Polad Bülbüloğlu AzTV-nin yubileyinə o xanımla gəldi - FOTO
Noyabrın 15-də Heydər Əliyev Sarayında Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının isə 70 illik yubileyi münasibətilə “Yubiley gecəsi” adlı konsert proqramı təşkil olunub.Tədbirdə dövlət və hökumət rəsmiləri, deputatlar, sənət aləminin nümayəndələri və digər şəxslər iştirak ediblər.Citypost.az xəbər verir ki, diqqətçəkən məqamlardan biri Xalq artisti, deputat Polad Bülbüloğlunun tədbirə Əməkdar artist, tanınmış rəqqasə və pedaqoq Eteri Cəfərova ilə birlikdə gəlməsi olub. Onlar yubiley tədbirini yanaşı izləyiblər.Polad müəllimlə Eteri xanımın yubiley tədbidində birgə olması media mənsublarının kamerasından yayınmayıb.Xatırladaq ki, bir neçə ay öncə ölkə mediasının gündəmini Polad Bülbüloğlu ilə Eteri Cəfərovanın evlənmə xəbəri zəbt etmişdi. Həmin vaxt bu xəbər birmənalı şəkildə təkzib olunmamışdı....
18 Noyabr 2026, 09:35
"Eternity-2026” təliminin iştirakçıları Zəfər Parkını ziyarət ediblər
“Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təliminin iştirakçıları Bakı şəhərində Vətən müharibəsində qazanılmış tarixi Qələbənin rəmzi olan Zəfər Parkını ziyarət ediblər.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, gəzinti zamanı qonaqlar Azərbaycan Ordusunun 44 günlük döyüş yolu və parkın memarlıq xüsusiyyətləri ilə yaxından tanış olublar.Bununla yanaşı, ziyarətçilərə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.
18 Noyabr 2026, 09:26
“5-ci kolon hücum əmri alıb” – Kamil Şahverdidən SƏRT İDDİA
Tanınmış jurnalist, Rəşid Behbudov Fondunun rəhbəri Kamil Şahverdi son günlər Türkiyə əleyhinə səsləndirilən fikirlərə münasibət bildirib.Citypost.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Kamil Şahverdi iddia edib ki, son günlər qardaş Türkiyəyə qarşı əsassız fikirlər səsləndirən şəxslərin fəallığı təsadüfi deyil. Onun fikrincə, bu prosesdə Rusiyanın maraqları və təsiri özünü göstərir.Jurnalist bildirib ki, Moskvanı “Qibləgah”, Kremli isə “Kəbə” hesab edən qüvvələr fəallaşıb və Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurmağa çalışırlar.“Görünən odur ki, Moskva 35-40 il ərzində bəslədiyi, yaratdığı hər cür rifahın qarşılığını istəyir. Azərbaycan-Türkiyə münasibətlərinə zərbələr endirmək üçün hamını səfərbər edib”, – deyə Kamil Şahverdi qeyd edib.O, paylaşımında bu şəxsləri...
18 Noyabr 2026, 09:08
Eldar İsmayılov təqaüdə göndərilir
Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir tanınmış hakimi təqaüdə göndərilir."Bakupost"un Oxu.Az-a istinadla əldə etdiyi məlumata görə, hakim Eldar İsmayılov hakimlik fəaliyyətini başa vurur.Bildirilib ki, 19 noyabr 2026-cı il tarixində onun Bakı Ağır Cinayətlər Məhkəməsində sonuncu iş günü olacaq.Qeyd edək ki, Eldar İsmayılov 1993-2011-ci illərdə Milli Təhlükəsizlik Nazirliyində mühüm işlər üzrə baş müstəntiq vəzifəsində çalışıb. O, eyni zamanda, 2010-cu ildən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim kimi fəaliyyət göstərib.O, fəaliyyəti dövründə ictimai rezonans doğuran bir sıra cinayət işləri üzrə məhkəmə araşdırmalarına sədrlik etməsi ilə tanınıb.Qeyd edək ki, 2025-ci il noyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsinin üç hakimi - Novruz Kərimov, Cavid Hüseynov...
18 Noyabr 2026, 08:45
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər
ABŞ Senatı Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə minatəmizləmə və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi proqramlarına 265 milyon dollar ayrılmasını tövsiyə edib.Citypost.az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Senatının saytında dərc olunan 2027-ci maliyyə ili üçün Dövlət Departamentinin maliyyələşdirilməsi haqqında qanun layihəsinə dair izahat qeydində bildirilib.Qeyd olunub ki, Senatın Təxsisatlar Komitəsi Anqola, Azərbaycan, Kamboca, Laos, Şri-Lanka, Ukrayna, Vyetnam, Zimbabve, eləcə də Sakit okean regionunun ada dövlətlərində adi silahların məhv edilməsi, minatəmizləmə və ərazilərin partlamamış hərbi sursatlardan təmizlənməsi proqramlarına azı 265 milyon dollar ayrılmasını tövsiyə edib....
18 Noyabr 2026, 08:20