Bizə yazın

Baku

-°C

USD

-

Kənan Rövşənoğlu: “Din xadimi kimdir? Bu anlayışın hüquqi təsnifatı yoxdur”

Cəmiyyət 19 Noyabr 2026, 08:05

517

Jurnalist Kənan Rövşənoğlu din xadimlərinin dövlət vəzifəsi tutması və seçkili orqanlara seçilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətləri şərh edib.

Citypost.az xəbər verir ki, o,  sosial şəbəkə hesabında etdiyi paylaşımda son günlər bu məsələ ilə bağlı yayılan məlumatların sensasiyalı şəkildə təqdim olunduğunu bildirib. Jurnalistin sözlərinə görə, din xadimlərinin dövlət vəzifəsi tutmasına dair məhdudiyyət dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ-da mövcuddur və Azərbaycanda da bu prinsip əvvəldən tətbiq olunub.

Kənan Rövşənoğlu mövzunun yeni olmadığını diqqətə çatdıraraq 2005-ci il parlament seçkiləri zamanı baş vermiş hadisəni xatırladıb. Həmin vaxt Şeyxülislamın müavini Hacı Mirəziz Seyidzadə deputatlığa namizəd olmaq istəyib, lakin dairə seçki komissiyası onun namizədliyini qeydə almayıb. Bundan sonra məsələ məhkəmə müstəvisinə çıxarılıb.

Jurnalist qeyd edib ki, Hacı Mirəziz Seyidzadə dini vəzifəsindən istefa verdiyini və artıq din xadimi hesab edilməməli olduğunu əsas gətirərək seçkilərdə iştirak etmək hüququna malik olduğunu bildirib. Lakin Mərkəzi Seçki Komissiyası onun din xadimi statusunu davam etdirdiyini əsas gətirərək fərqli mövqe nümayiş etdirib.

Kənan Rövşənoğlunun fikrincə, bu hadisə məsələnin əsas hüquqi problemini üzə çıxarır: “Din xadimi kimdir, nəçidir?”

O bildirib ki, məsələn, ABŞ-da keşiş dini qurumdakı vəzifəsindən istefa verdikdən sonra vətəndaş kimi seçkilərdə iştirak edə bilər. Azərbaycanda isə “din xadimi” anlayışının dəqiq hüquqi təsnifatının olmaması ciddi suallar yaradır.

Jurnalist məscidlərdə fəaliyyət göstərən imam və axundların statusuna da toxunub. Onun sözlərinə görə, 2022-ci ilə qədər bu şəxslər Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin iştirakı ilə, həmin ildən sonra isə Dövlət Komitəsi tərəfindən imtahan yolu ilə seçilərək məscidlərə təyin olunurlar. Həmçinin onların dövlət tərəfindən maliyyə dəstəyi formasında əməkhaqqı aldıqlarını qeyd edib.

Kənan Rövşənoğlu hesab edir ki, dövlət tərəfindən təyin edilən və məsciddə dini vəzifə tutan şəxsin eyni zamanda başqa dövlət vəzifəsi daşıması ilə bağlı məhdudiyyətin məntiqi aydındır. Lakin qanunda söhbətin məhz bu şəxslərdən gedib-getmədiyi və digər kateqoriyaların necə müəyyənləşdirildiyi aydın deyil.

Jurnalist sual edir ki, əgər məhdudiyyət yalnız məsciddə imam və ya axund kimi fəaliyyət göstərən şəxslərə şamil olunmursa, bəs dövlət vəzifəsi tutması qadağan edilən digər din xadimləri kimlərdir? Seyidlər, ilahiyyat təhsili almış şəxslər, yoxsa başqa kateqoriyaya aid insanlar?

O, seyidlərin və ilahiyyat təhsili alan şəxslərin avtomatik olaraq din xadimi hesab edilməsinin doğru olmadığını vurğulayıb. Çünki ilahiyyat təhsili almış çoxsaylı şəxslər dövlət qurumlarında çalışır, eyni zamanda seyid olmaq da özlüyündə dini vəzifə daşımaq demək deyil.

Paylaşımında məsələnin başqa bir hüquqi tərəfinə də diqqət çəkən jurnalist bildirib ki, ilahiyyatçıların müstəqil şəkildə dini fəaliyyət göstərməsi ilə bağlı mövcud məhdudiyyətlər də əlavə suallar doğurur. Onun fikrincə, bu baxımdan hətta məsciddə imamlıq edən şəxslərin hüquqi vəziyyəti ilə bağlı da qeyri-müəyyənliklər mövcuddur.

Kənan Rövşənoğlu hesab edir ki, “din xadimi” anlayışının qanunvericilikdə dəqiq müəyyən edilməməsi hüquqi qeyri-müəyyənlik yaradır və bu vəziyyət gələcəkdə hüquqi manipulyasiyalara şərait aça bilər.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bu ərazilərdə qaz olmayacaq 

Bu gün Qəbələnin bəzi ərazilərində qazın verilişində fasilə olacaq.Citypost.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.Bildirilir ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:30-dan işlər yekunlaşanadək Qəbələ rayonu Yeni qəsəbə, Şəhriyar, F.Rəhimov, A.Səhhət, Z.Əliyeva, Nəsimi, Natəvan, A.Bakıxanov, S.Vurğun, V.Qəhrəmanov, Musabəyova, Nizami, Haqverdiyev, P.Həşimov, İ.B.Qutqaşınlı, H.Əliyev pr, Q.Həmidov, İ.Qayıbov, Şirvani, M.F.Axundov və M.Ə.Sabir küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq....

19 Noyabr 2026, 08:00

Hövsanda su təchizatı ilə bağlı qəza - Bərpa vaxtı açıqlandı

Hövsan qəsəbəsinin bəzi ərazilərində içməli suyun verilməsində müvəqqəti fasilə yaranıb.Citypost.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Su Təchizatı Xidməti məlumat yayıb.Bildirilib ki, fasiləyə səbəb su şəbəkəsinin xəttində baş vermiş qəza olub. Hazırda qəzanın aradan qaldırılması və su təchizatının bərpası istiqamətində intensiv işlər aparılır.Qeyd olunub ki, suyun əvvəlki qrafiklə verilməsi noyabrın 19-da gün ərzində təmin ediləcək.

19 Noyabr 2026, 07:30

Cəbrayılın Soltanlı və Zəngilanın Cahangirbəyli kəndlərinə növbəti köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Cəbrayıl rayonunun Soltanlı və Zəngilan rayonunun Cahangirbəyli kəndlərinə növbəti köç karvanı yola salınıb.Citypost.az xəbər verir ki, bu mərhələdə Soltanlı kəndinə 16 ailə (80 nəfər), Cahangirbəyli kəndinə isə 19 ailə (75 nəfər) köçürülüb.Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər....

19 Noyabr 2026, 07:25

Gənc aktyor Zaur Əliyev Milli Qəhrəman Ehtiram Əliyevlə bağlı təsirli paylaşım edib

Gənc aktyor Zaur Əliyev Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevlə bağlı sosial şəbəkə hesabında duyğusal paylaşım edib.Citypost.az xəbər verir ki, Aktyor paylaşımında Ehtiram Əliyevin onun üçün yalnız Milli Qəhrəman deyil, həm də uşaqlıq illərinin sevimli əmisi və qəhrəmanı olduğunu bildirib.Zaur Əliyev qeyd edib ki, 1990-cı illərin uşaqlarının sevimli qəhrəmanlarından biri Ələkbər əmi olsa da, onun öz qəhrəmanı doğma əmisi Ehtiram Əliyev olub:“1990-cı illərin uşaqlarının sevimli qəhrəmanı Ələkbər əmi vardı. Mənim isə sevimli əmim, öz qəhrəmanım Ehtiram əmim idi. O, bizə gələndə evdə sevincdən uçurduq. O, nəinki mənim, artıq bütün Azərbaycanın qəhrəmanı idi. Həmişə də belə qalacaq”.Aktyor Milli Qəhrəmanın vida mərasimində iştirak...

19 Noyabr 2026, 00:35

Etibar Əliyev: Təhsildəki problemlər Azərbaycanın gələcəyini təhdid edir

BakuTv-nin aparıcısı Elçin Əlibəyli Orta məktəb dərsliklərinin təhlili mövzusunda maraqlı verilişlərə aparıcılıq edir. Pedaqoq, yazıçı Səhər Əhməd Orta məktəblər üçün yazılmış "Ədəbiyyat" və "Azərbaycan dili" dərsliklərindən külli plagiatlığı və saxta müəlliflərin imzası ilə çap olunmuş mətnləri ifşa etdi.  E. Əlibəylinin "Fizika"dan Orta məktəb şagirdləri üçün yazılmış dərsliklərin müzakirəsində də anoloji biabırçılıqlarla rastlaşdıq. Əməkdar elm xadimi, professor Şahlar Əsgərov və bir "Fizika" müəllimi ilə keçirilən müzakirədə məlum oldu ki, dərsliklərdə 286 məzmun səhvinə yol verilib. Həmin verilişdə Şahlar müəllim söylədiyi bir fikirlə təhsil menecerlərinin missiyasını ortaya qoydu: Sizdən soruşuram, əgər Azərbaycana düşmən qüvvələrin hamısı bir yığışsa, Azərbaycanın əlindən Qələbənin hörmətdən salmaq...

19 Noyabr 2026, 00:30

Bakıda Türk dünyasının rəqs ustaları yarışdı

Noyabrın 15-də “Bakı – Dünya İdman Paytaxtı 2026” tədbirləri çərçivəsində “Sea Breeze” ərazisində yerləşən “The Grand Hall”da “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib.Citypost.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan İdman Rəqsləri Federasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, iştirakçı ölkələrin diplomatik nümayəndəliklərinin təmsilçiləri və fəxri qonaqlar iştirak ediblər.Nazir Fərid Qayıbov və federasiya prezidenti Əli Həşimli tədbirdə çıxış edərək idman rəqslərinin inkişafının, beynəlxalq əməkdaşlığın və Türk dünyası ölkələri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar.Müsabiqədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Macarıstandan olan idmançılar samba, ça-ça-ça, rumba, paso doble və cayv rəqsləri...

19 Noyabr 2026, 00:12