Bizə yazın

Baku

-°C

USD

-

Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib

Cəmiyyət 18 Noyabr 2026, 19:14

352

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi ilə şəhərdə 2026–2027-ci illərin payız-qış mövsümü ilə əlaqədar görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

İH-dən Citypost.az-a verilən məlumata görə, müşavirədə payız-qış mövsümü ilə bağlı şəhər təsərrüfatının müxtəlif sahələrində həyata keçirilən tədbirlər, mövcud vəziyyət, kommunal xidmətlərin təşkili və qarşıdakı dövrdə görülməsi zəruri olan işlər ətraflı müzakirə edilib.

Müşavirədə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qeyd edib ki, mövsüm ərzində əhalinin istilik, təbii qaz, elektrik enerjisi və içməli su ilə fasiləsiz təminatının həyata keçirilməsi, kommunal xidmətlərin dayanıqlılığının qorunması və xidmət səviyyəsinin yüksəldilməsi əsas prioritetlərdəndir. Bu istiqamətdə aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülməli, mövcud imkanlardan səmərəli istifadə edilməli, yarana biləcək problemlərin operativ şəkildə aradan qaldırılması təmin olunmalıdır.

Bildirilib ki, son illərdə Sumqayıt şəhərində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri, infrastruktur layihələri və kommunal təsərrüfatın müasirləşdirilməsi istiqamətində görülən tədbirlər şəhərin ümumi infrastruktur imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Yenilənən mühəndis-kommunikasiya xətləri, enerji və su təchizatı sistemlərində aparılan təkmilləşdirmələr şəhər təsərrüfatının dayanıqlı fəaliyyətinə, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılmasına mühüm töhfə verib.

Müşavirədə payız-qış mövsümü ilə əlaqədar yaşayış binalarında, təhsil, səhiyyə və digər sosial təyinatlı obyektlərdə istilik sistemlərinin vəziyyətinin daim nəzarətdə saxlanılmasının, mövcud nasazlıqların vaxtında aradan qaldırılmasının və texniki xidmət tədbirlərinin keyfiyyətlə həyata keçirilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, “Azəriqaz”, “Azərişıq”, su təchizatı və digər kommunal xidmət sahələri üzrə aidiyyəti qurumların qarşısında duran vəzifələr diqqətə çatdırılıb, təmir-bərpa işlərinin operativ və keyfiyyətlə yerinə yetirilməsinin zəruriliyi qeyd olunub.

Müzakirələr zamanı aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri təmsil etdikləri sahələr üzrə görülmüş işlər, mövcud vəziyyət, qarşıya çıxan məsələlər və onların həlli istiqamətində nəzərdə tutulan tədbirlər barədə məlumat veriblər. Mövsüm ərzində kommunal xidmətlərin fasiləsizliyinin təmin edilməsi, infrastrukturun normal fəaliyyətinin qorunması və mümkün fövqəladə hallara operativ müdaxilə imkanlarının gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Müşavirənin yekununda Zakir Fərəcov aidiyyəti qurumların rəhbərlərinə şəhər təsərrüfatının bütün sahələrində işlərin əlaqələndirilmiş şəkildə təşkil edilməsi, kommunal xidmətlərin fasiləsizliyinin təmin olunması, aşkar edilən çatışmazlıqların vaxtında aradan qaldırılması və vətəndaş müraciətlərinə operativ münasibət göstərilməsi ilə bağlı konkret tapşırıq və tövsiyələrini verib.

Qeyd olunub ki, payız-qış mövsümü ərzində şəhər təsərrüfatının fəaliyyətinə nəzarət gücləndiriləcək, aidiyyəti qurumların qarşılıqlı fəaliyyəti təmin ediləcək, əhalinin rahat və təhlükəsiz yaşayışının təmin olunması, eləcə də kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində zəruri tədbirlər ardıcıl şəkildə davam etdiriləcək.

Problemlərinizi bizə bildirin

077 323 55 66

ANAMA sədri "Ukraynada Mina Fəaliyyəti üzrə" 4-cü Konfransda iştirak edib

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Brüsseldə Avropa İttifaqı və Ukraynanın birgə ev sahibliyi ilə təşkil edilən "Ukraynada Mina Fəaliyyəti üzrə" 4-cü Konfransda (UMAC 2026) iştirak edib.Bu barədə "Report"a ANAMA-dan məlumat verilib.Qeyd edilib ki, konfrans çərçivəsində keçirilən sessiyalarda mina təhlükəsi ilə mübarizə sahəsində idarəetmə və innovasiyalar, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə, milli potensialın gücləndirilməsi və dayanıqlı minatəmizləmə modelləri, mexaniki minatəmizləmə texnologiyalarının inkişafı, şəhərlərin bərpası zamanı partlayıcı sursatların yaratdığı risklər və digər aidiyyəti mövzularda müzakirələr aparılıb.Konfransda iştirak mina təsirinə məruz qalmış ölkələrlə təcrübə mübadiləsinin aparılması, qabaqcıl texnologiya və innovativ həllərin öyrənilməsi, eləcə də beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi...

18 Noyabr 2026, 18:53

Naxçıvanda 10 ceyran təbiətə buraxılıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Arazboyu ərazidə 10 baş ceyran təbii yaşayış mühitinə buraxılıb."Report"un yerli bürosu xəbər verir ki, tədbir ceyranların sayının artırılması, onların təbii arealının genişləndirilməsi və bölgədə ekosistemin qorunmasına töhfə vermək məqsədi daşıyır.Təbiətə buraxılan ceyranların yeni mühitə uyğunlaşması, təhlükəsizliyinin təmin olunması və populyasiyasının artırılması faunanın mühafizəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

18 Noyabr 2026, 18:40

Özbəkistanın axtarışa verdiyi şəxs Azərbaycanda saxlanılaraq təhvil verilib

Özbəkistan Respublikasının vətəndaşı, 2000-ci il təvəllüdlü Mahmudov Muzaffar Mavdudoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.Citypost.az xəbər verir kİ. bu barədə Baş Prokurorluğun məlumatında bildirilib.Məlumata görə, Özbəkistan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan xüsusilə külli miqdarda vergiləri və yığımları ödəməkdən yayınma, xüsusilə külli miqdarda zərər vurmaqla ticarət və xidmət göstərilməsi qaydalarının pozulması və qeyri-dövlət kommersiya və digər qeyri-dövlət təşkilatının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətlərindən sui-istifadə etmə cinayətlərində ittiham edilərək beynəlxalq axtarışa verilmiş M.M.Mahmudov cari ilin sentyabr ayında Azərbaycan Respublikası ərazisində müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib."Mülki, ailə...

18 Noyabr 2026, 18:35

Tarixçi Aydın Balayevin “Azərbaycan türkləri" əsəri Azərbaycan dilində nəşr edilib

Tanınmış tarixçi alim, professor Aydın Balayevin “Azərbaycan türkləri: XIX–XX əsrlərdə milli kimliyin formalaşmasının əsas mərhələləri” əsərinin Azərbaycan dilinə tərcüməsi nəşr edilib.Citypost.az APA-a istinadən xəbər verir ki, kitab Azərbaycan millətinin təşəkkülü, milli kimliyinin formalaşması və inkişafına həsr olunub.Müəllif müasir Azərbaycan millətinin formalaşmasının yalnız obyektiv tarixi proseslərin deyil, həm də Azərbaycan ziyalılarının məqsədyönlü və fədakar fəaliyyətinin nəticəsi olduğunu göstərib.Azərbaycan türklərinin milli kimliyinin son iki əsrdə keçdiyi təkamül yolunu əhatə edən tədqiqat oxucuya Azərbaycan türklərinin keçmişini daha dərindən anlamaqla yanaşı, müasir milli kimliklərinin intellektual və ideoloji köklərini dərk etmək imkanı yaradır.Qeyd edək ki, əsər 2022-ci ildə rus dilində nəşr olunub....

18 Noyabr 2026, 17:45

Azərbaycanda gələn il üçün sanatoriya-kurort yollayışlarının sayı açıqlanıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təqdim etdiyi məlumata əsasən, 2027-ci ildə tam dəyəri 20,5 milyon manat olan 20 000 ədəd sanatoriya-kurort yollayışı verilməsi nəzərdə tutulur.Citypost.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.Sənədə əsasən, bunlar, 2026-cı ilin gözlənilən göstəricisi ilə müqayisədə 7,3 % azdır.O cümlədən, gələn il tam dəyəri 18,4 milyon manat olan, amma haqqı qismən (15 % olmaqla) ödənilən 18 000 yollayış verilməsi planlaşdırılır. Bunlar isə bu ilin gözlənilən göstəricisinə nisbətən 7,3 % azdır....

18 Noyabr 2026, 17:42

Xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtı açıqlandı

Noyabrın 22-də Dövlət İmtahan Mərkəzi (DİM) doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə fəlsəfə doktoru imtahanı (o cümlədən əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı) keçirəcək.DİM-dən Citypost.az-a bildirilib ki, danışıq bloku üzrə imtahan isə noyabrın 26-da təşkil ediləcək. İmtahanlar elektron formada kompüterlər vasitəsilə keçiriləcək. İddiaçı imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, iddiaçı imtahana buraxılmayacaq. İştirakçılar ümumi məlumat və imtahan qaydaları ilə “Yaddaş kitabçası”nda daha ətraflı tanış ola bilərlər....

18 Noyabr 2026, 17:33