Bizə yazın

Baku

-°C

USD

-

Xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtı açıqlandı

Cəmiyyət 18 Noyabr 2026, 17:33

277

Noyabrın 22-də Dövlət İmtahan Mərkəzi (DİM) doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə fəlsəfə doktoru imtahanı (o cümlədən əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı) keçirəcək.

DİM-dən Citypost.az-a bildirilib ki, danışıq bloku üzrə imtahan isə noyabrın 26-da təşkil ediləcək. İmtahanlar elektron formada kompüterlər vasitəsilə keçiriləcək. İddiaçı imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, iddiaçı imtahana buraxılmayacaq. İştirakçılar ümumi məlumat və imtahan qaydaları ilə “Yaddaş kitabçası”nda daha ətraflı tanış ola bilərlər.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq, hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq.Citypost.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.Qeyd edilib ki, 9 dekabr 2025-ci il tarixli 297-VIIQD nömrəli Qanunla Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 20 manat məbləğində aksiz müəyyən edilib. Eyni zamanda fiziki şəxslər tərəfindən şəxsi məqsədlər üçün gömrük ödənişlərindən azad olunmaqla təqvim ili ərzində 1 ədəd mobil cihazın gətirilməsi nəzərdə tutulub və bu müddəalar 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minib.Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci...

18 Noyabr 2026, 17:28

Məcnun Məmmədov ABŞ-də müzakirələr apardı

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Birləşmiş Ştatlara səfəri çərçivəsində Vaşinqtonda ABŞ Ticarət Palatasında ölkənin aparıcı kənd təsərrüfatı şirkətlərinin iştirakı ilə hibrid formatda dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan və ABŞ arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, investisiya imkanları, müasir texnologiyaların və süni intellektin aqrar sektorda tətbiqi müzakirə olunub.Citypost.az xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən ABŞ Ticarət Palatasının Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cennifer Miel Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasının Amerika şirkətləri tərəfindən dəstəkləndiyini bildirib. O, Bakıda keçirilən investisiya forumunda ABŞ şirkətlərinin fəal iştirak etdiyini xatırladaraq kənd təsərrüfatının Azərbaycan iqtisadiyyatının strateji sahələrindən...

18 Noyabr 2026, 17:09

Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib.Mətbuat Şurasından Citypost.az-a verilən məlumata görə, iclasda əvvəlcə MŞ-nin Şikayətlər üzrə Komissiyasının tərkibi müəyyənləşdirilib. Bildirilib ki, Şuranın Nizamnaməsinə əsasən qurumun sədr müavinləri növbəlilik əsasında 2 il müddətinə bu komissiyaya rəhbərliyi həyata keçirirlər. Müzakirələrdən sonra Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlinin sədrliyi ilə Şikayətlər üzrə komissiyanın 9 nəfərlik tərkibi təsdiq olunub.Sonra MŞ-nin Media etikası və hüquq komissiyasının (sədr Səadət Məmmədova), Beynəlxalq əlaqələr komissiyasının (sədr Orxan Amaşov), Media ilə dövlət qurumları arasında kommunikasiya komissiyasının (sədr Elşad Eyvazlı), Media subyektləri ilə əlaqələr komissiyasının (sədr Vüqar Rəhimzadə), Sosial media istifadəçiləri ilə əlaqələr komissiyasının (sədr Hacıbəy...

18 Noyabr 2026, 17:05

Daxili müsahibə elanı niyə ləğv edildi? – DİM səbəbi AÇIQLADI

Dövllət Qulluğu üzrə 16 noyabr 2026-cı il tarixində elan edilmiş daxili müsahibə elanı ləğv edilib.Bu barədə Citypost.az-a DİM-dən məlumat verilib.“Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrası, habelə dövlət qulluğu sahəsində yeni hüquqi tənzimləmələrin tətbiqi nəzərə alınaraq, 16 noyabr 2026-cı il tarixində elan edilmiş daxili müsahibə elanı ləğv edilib."2026-cı ilin sonunadək keçiriləcək müsahibələr zamanı namizədlərə əvvəlcədən elan edilmiş müsahibə proqramlarında əksini tapmış və “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq...

18 Noyabr 2026, 17:00

Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

Noyabrın 19-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Gəncə, Naftalan, Goranboy, Neftçala, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı, Qusarda sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

18 Noyabr 2026, 16:57

Dövlət Ehtiyatları Agentliyinin ləğvi üçün komissiya yaradılacaq

Nazirlər Kabineti “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsinin ləğvi üçün komissiyanın yaradılmasını tapşırıb.Citypost.az  xəbər verir ki, Baş nazir Əli Əsədov Prezidentin Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında 3 noyabr 2026-cı il tarixli fərmanının icrası ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Dövlət Ehtiyatları Agentliyi publik hüquqi şəxsin ləğvi ilə bağlı iki ay ərzində qanunvericiliyə uyğun tədbirlər görməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.Agentliyə həmçinin bir ay ərzində tabeliyində olan, lakin strukturuna daxil edilməyən qurumların siyahısının layihəsini, Kollegiya üzvlərinin sayı və tərkibi, eləcə də Dövlət Ehtiyatlarının Saxlanılması Mərkəzinin işçilərinin maaşları və əməyin ödənilməsi sistemi ilə bağlı təklifləri hökumətə təqdim...

18 Noyabr 2026, 16:20