Bizə yazın

Baku

-°C

USD

-

ANAMA sədri "Ukraynada Mina Fəaliyyəti üzrə" 4-cü Konfransda iştirak edib

Cəmiyyət 18 Noyabr 2026, 18:53

317

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Brüsseldə Avropa İttifaqı və Ukraynanın birgə ev sahibliyi ilə təşkil edilən "Ukraynada Mina Fəaliyyəti üzrə" 4-cü Konfransda (UMAC 2026) iştirak edib.

Bu barədə "Report"a ANAMA-dan məlumat verilib.

Qeyd edilib ki, konfrans çərçivəsində keçirilən sessiyalarda mina təhlükəsi ilə mübarizə sahəsində idarəetmə və innovasiyalar, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə, milli potensialın gücləndirilməsi və dayanıqlı minatəmizləmə modelləri, mexaniki minatəmizləmə texnologiyalarının inkişafı, şəhərlərin bərpası zamanı partlayıcı sursatların yaratdığı risklər və digər aidiyyəti mövzularda müzakirələr aparılıb.

Konfransda iştirak mina təsirinə məruz qalmış ölkələrlə təcrübə mübadiləsinin aparılması, qabaqcıl texnologiya və innovativ həllərin öyrənilməsi, eləcə də beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

UMAC 2026 Konfransı çərçivəsində Vüqar Süleymanov bir sıra ikitərəfli və üçtərəfli rəsmi görüşlər keçirib.

Sədr Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono, Avropa İttifaqının Xarici Siyasət Alətləri Xidmətinin direktoru Peter Vagner və Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin direktoru Tobias Privitelli ilə görüş zamanı ölkəmizin üzləşdiyi mina probleminin miqyası və bu problemin aradan qaldırılması istiqamətində mümkün dəstək imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti (SESU) rəhbərinin müavini Roman Prymuş ilə görüşdə UMAC 2025 konfransı çərçivəsində ANAMA ilə SESU arasında imzalanmış "Humanitar minatəmizləmə üzrə Azərbaycan Respublikasında təlimlərin keçirilməsinə dair" Anlaşma Memorandumunun icrası, eləcə də digər əməkdaşlıq məsələləri ətrafında danışıqlar aparılıb.

Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenko ilə görüşdə mina təhlükəsinin aradan qaldırılması istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, çoxtərəfli tərəfdaşlıq və bu sahədə beynəlxalq təşəbbüslərin dəstəklənməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Ukrayna iqtisadiyyat və ətraf mühit nazirinin müavini İhor Bezkaravaynyi və BMT-nin Layihə Xidmətləri Ofisi (UNOPS) nümayəndələri ilə keçirilən görüşdə tərəflər arasında humanitar minatəmizləmə sahəsində qabaqcıl təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi perspektivləri müzakirə olunub.

BMT-nin Ətraf Mühit Proqramının Cenevrədəki Ofisinin Kiyev üzrə Fəlakətlər və Münaqişələr bölməsinin Baş proqram mütəxəssisi Pyer Karlo Sandey ilə görüşdə mina və digər partlayıcı sursatlarla çirklənmiş ərazilərin ekoloji bərpası, minatəmizləmə fəaliyyətinin ətraf mühitə təsirləri və ekoloji təhlükəsizliyin təmin olunması məsələləri nəzərdən keçirilib.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Naxçıvanda 10 ceyran təbiətə buraxılıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Arazboyu ərazidə 10 baş ceyran təbii yaşayış mühitinə buraxılıb."Report"un yerli bürosu xəbər verir ki, tədbir ceyranların sayının artırılması, onların təbii arealının genişləndirilməsi və bölgədə ekosistemin qorunmasına töhfə vermək məqsədi daşıyır.Təbiətə buraxılan ceyranların yeni mühitə uyğunlaşması, təhlükəsizliyinin təmin olunması və populyasiyasının artırılması faunanın mühafizəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

18 Noyabr 2026, 18:40

Özbəkistanın axtarışa verdiyi şəxs Azərbaycanda saxlanılaraq təhvil verilib

Özbəkistan Respublikasının vətəndaşı, 2000-ci il təvəllüdlü Mahmudov Muzaffar Mavdudoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.Citypost.az xəbər verir kİ. bu barədə Baş Prokurorluğun məlumatında bildirilib.Məlumata görə, Özbəkistan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan xüsusilə külli miqdarda vergiləri və yığımları ödəməkdən yayınma, xüsusilə külli miqdarda zərər vurmaqla ticarət və xidmət göstərilməsi qaydalarının pozulması və qeyri-dövlət kommersiya və digər qeyri-dövlət təşkilatının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətlərindən sui-istifadə etmə cinayətlərində ittiham edilərək beynəlxalq axtarışa verilmiş M.M.Mahmudov cari ilin sentyabr ayında Azərbaycan Respublikası ərazisində müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib."Mülki, ailə...

18 Noyabr 2026, 18:35

Tarixçi Aydın Balayevin “Azərbaycan türkləri" əsəri Azərbaycan dilində nəşr edilib

Tanınmış tarixçi alim, professor Aydın Balayevin “Azərbaycan türkləri: XIX–XX əsrlərdə milli kimliyin formalaşmasının əsas mərhələləri” əsərinin Azərbaycan dilinə tərcüməsi nəşr edilib.Citypost.az APA-a istinadən xəbər verir ki, kitab Azərbaycan millətinin təşəkkülü, milli kimliyinin formalaşması və inkişafına həsr olunub.Müəllif müasir Azərbaycan millətinin formalaşmasının yalnız obyektiv tarixi proseslərin deyil, həm də Azərbaycan ziyalılarının məqsədyönlü və fədakar fəaliyyətinin nəticəsi olduğunu göstərib.Azərbaycan türklərinin milli kimliyinin son iki əsrdə keçdiyi təkamül yolunu əhatə edən tədqiqat oxucuya Azərbaycan türklərinin keçmişini daha dərindən anlamaqla yanaşı, müasir milli kimliklərinin intellektual və ideoloji köklərini dərk etmək imkanı yaradır.Qeyd edək ki, əsər 2022-ci ildə rus dilində nəşr olunub....

18 Noyabr 2026, 17:45

Azərbaycanda gələn il üçün sanatoriya-kurort yollayışlarının sayı açıqlanıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təqdim etdiyi məlumata əsasən, 2027-ci ildə tam dəyəri 20,5 milyon manat olan 20 000 ədəd sanatoriya-kurort yollayışı verilməsi nəzərdə tutulur.Citypost.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.Sənədə əsasən, bunlar, 2026-cı ilin gözlənilən göstəricisi ilə müqayisədə 7,3 % azdır.O cümlədən, gələn il tam dəyəri 18,4 milyon manat olan, amma haqqı qismən (15 % olmaqla) ödənilən 18 000 yollayış verilməsi planlaşdırılır. Bunlar isə bu ilin gözlənilən göstəricisinə nisbətən 7,3 % azdır....

18 Noyabr 2026, 17:42

Xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtı açıqlandı

Noyabrın 22-də Dövlət İmtahan Mərkəzi (DİM) doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə fəlsəfə doktoru imtahanı (o cümlədən əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı) keçirəcək.DİM-dən Citypost.az-a bildirilib ki, danışıq bloku üzrə imtahan isə noyabrın 26-da təşkil ediləcək. İmtahanlar elektron formada kompüterlər vasitəsilə keçiriləcək. İddiaçı imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, iddiaçı imtahana buraxılmayacaq. İştirakçılar ümumi məlumat və imtahan qaydaları ilə “Yaddaş kitabçası”nda daha ətraflı tanış ola bilərlər....

18 Noyabr 2026, 17:33

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Ağıllı saatlar mobil cihaz sayılacaq, hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq.Citypost.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.Qeyd edilib ki, 9 dekabr 2025-ci il tarixli 297-VIIQD nömrəli Qanunla Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 20 manat məbləğində aksiz müəyyən edilib. Eyni zamanda fiziki şəxslər tərəfindən şəxsi məqsədlər üçün gömrük ödənişlərindən azad olunmaqla təqvim ili ərzində 1 ədəd mobil cihazın gətirilməsi nəzərdə tutulub və bu müddəalar 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minib.Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci...

18 Noyabr 2026, 17:28