Əli Əsədov Gürcüstan Baş nazirinin müavini ilə görüşüb
Siyasət 18 Noyabr 2026, 17:39
351
Bu gün Baş nazir Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşüb.
Bu barədə Citypost.az-a Nazirlər Kabinetindən xəbər verilib.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb.
Həmçinin oxuyun
Oktyabrın 30-da keçirilmiş Azərbaycan–Gürcüstan Hökumətlərarası Komissiyasının 11-ci iclasında razılaşdırılan məsələlərin icrası, həmçinin ikitərəfli əlaqələrin aktual istiqamətləri nəzərdən keçirilib. Ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Vüqar Rəhimzadə: Ağdam xarabalıqlardan müasir şəhərə çevrilir
Tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının yaratdığı mühüm reallıqlardan biri olan Böyük Qayıdış Proqramının uğurlu icrası, azad Qarabağımızın və Şərqi Zəngəzurumuzun dirçəlməsi, keçmiş məcburu köçkünlərin mərhələli şəkildə doğma yurd-yuvalarına qayıdışı hər birimizi sevindirir, qürurlandırır. Artıq altı ildir torpaqlarımızın işğal günlərini deyil, işğaldan azad edildikləri günləri qeyd edirik. Prezident İlham Əliyevin tarixi Zəfərimizin əbədilişdərilməsinə xidmət edən addımlarından biri işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsidir. Bununla bağlı imzalanan Sərəncama əsasən 20 noyabr Ağdam Şəhəri Günüdür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan,...
18 Noyabr 2026, 16:53
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayılıb
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə 2026-cı il 7–10 oktyabr tarixlərində Bakı Dialoqu çərçivəsində keçirilmiş “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda IV Beynəlxalq Konfransın yekununda qəbul edilmiş Bəyannamə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi qismində yayılıb.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin BMT-nin Baş katibinə ünvanladığı 27 oktyabr 2026-cı il tarixli məktuba əlavə edilmiş Bəyannamə A/81/462–S/2026/849 nömrəsi ilə Baş Assambleyanın 81-ci sessiyasının gündəliyinin müvafiq bəndləri üzrə və Təhlükəsizlik Şurasının sənədi kimi dövriyyəyə buraxılıb.Bəyannamədə silahlı münaqişələr nəticəsində itkin düşmüş...
18 Noyabr 2026, 16:45
İlham Əliyev Edqars Rinkeviçsi təbrik edib
Prezident İlham Əliyev Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsə təbrik məktubu göndərib.Citypost.az xəbər verir ki, təbrik məktubunda deyilir:“Hörmətli cənab Prezident,Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.Biz xoş və zəngin ənənələrə əsaslanan Azərbaycan-Latviya əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Bu gün ikitərəfli münasibətlərimizin yüksələn xətt üzrə inkişaf etməsi və yeni mahiyyət kəsb etməsi məmnunluq doğurur.Sizin aprel ayında Azərbaycana rəsmi səfəriniz dövlətlərarası əlaqələrimizin yeni pilləyə qaldırılması, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi üçün əlverişli şərait formalaşdırmışdır.İnanıram ki, xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq Azərbaycan-Latviya dostluq və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsi, həm...
18 Noyabr 2026, 15:38
Prezident İlham Əliyev Oman Sultanına təbrik ünvanlayıb
Prezident İlham Əliyev Omanın Sultanı Heytəm bin Tariq Al Səidə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Əlahəzrət,Oman Sultanlığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, dost Oman xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm"....
18 Noyabr 2026, 15:37
Ceyhun Bayramov almaniyalı həmkarına Azərbaycanın sülh gündəliyini təqdim etdi
Ceyhun Bayramov almaniyalı həmkarını Cənubi Qafqazdakı son proseslər barədə məlumatlandırıb.Citypost.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohann Vadefulla birgə mətbuat konfransında deyib.“Cənubi Qafqazda sülh, Ermənistanla normallaşma prosesi haqqında fikir mübadiləsi apardıq. Uzun illik işğaldan sonra torpaqlarımızın azad edilməsi, tarixi Vaşinqton sammiti, pozitiv istiqamətlərdə inkişaflar barədə həmkarımı məlumatlandırdım”,- nazir qeyd edib.O, 100 minə yaxın insanın Qarabağa köçürülməsi, mina təhdidlərinin mövcudluğunun da müzakirə edilən mövzular arasında yer aldığını vurğulayıb.“Eyni zamanda Şərqi Avropada, həm də Yaxın Şərqdə davam edən müharibələr və onların risklərini müzakirə etdik. Razılaşdıq ki, nə qədər çətin olsa da, ən yaxşı ssenari məsələlərin diplomatik...
18 Noyabr 2026, 11:38
Almaniya XİN rəhbərindən İrana çağırış: Hərbi eskalasiya çıxış yolu deyil
Hərbi eskalasiya çıxış yolu deyil.Citypost.az xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Yohann Vadeful Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında İran rəhbərliyinə çağırışında deyib.Nazir bildirib ki, İrandakı rəhbərlik təcili şəkildə danışıqlarda özlərinin birləşmiş mənafelərini bildirməlidir.O, tək İranın deyil, bütün regionun, o cümlədən Xəzər dənizi hövzəsi, Körfəz ölkələrinin yeni hərbi eskalasiyadan qorunmasının vacibliyini vurğulayıb.
18 Noyabr 2026, 11:36