Bizə yazın

Baku

-°C

USD

-

10 ay ərzində narkotiklə bağlı 4 731 nəfər tutulub

Cəmiyyət 19 Noyabr 2026, 17:52

493

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı bu ilin 10 ayı ərzində cinayət məsuliyyətinə 4731 nəfər cəlb edilib, onlardan 4603-ü kişi, 128-i qadın olub.

Bu barədə Citypost.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

O bildirib ki, məsuliyyətə cəlb edilmiş 60 xarici ölkə vətəndaşından ümumilikdə 690 kq 686,733 qr və 2 778 ədəd həb müxtəlif növ narkotik vasitələr, 3 həb güclü təsir edən maddə və 3 ədəd (880 qr) çətənə bitkisi götürülüb.

Təhlil göstərir ki, 2025-ci ilin yanvar-oktyabr ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 238 fakt, narkotik vasitələrin qanunsuz satışı ilə bağlı faktların sayı 257 fakt, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 32 fakt, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 30 fakt, qrup halında olan cinayətlərin sayı 62 fakt, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı isə 24 nəfər azalmışdır. Həmçinin narkotik vasitələrin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 51 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 44 nəfər və qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 1 ton 786 kq 066,467 qr artmışdır.

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Bum” sərhəd komendantlığı xidməti istifadəyə verildi

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Şəki" sərhəd dəstəsinin xidməti ərazisində əsaslı təmir olunan "Bum" sərhəd komendantlığı şəxsi heyətin istifadəsinə verilib.Bu barədə Citypost.az-a DSX-dən məlumat verilib.Bildirilib ki, tədbirdə çıxış zamanı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin olunmasına, sərhəd infrastrukturunun müasirləşdirilməsinə göstərdiyi xüsusi diqqət və qayğını vurğulayan DSX-nın rəisi general-polkovnik Elçin Quliyev bu istiqamətdə həyata keçirilən tədbirlərin ardıcıl və sistemli xarakter daşıdığını bildirib.Qeyd olunub ki, Azərbaycanın sərhəd təhlükəsizliyinin daha da gücləndirilməsi, sərhəd mühafizəsinin müasir çağırışlara uyğun təşkili, hərbi hissə və bölmələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür. Müasir sərhəd infrastrukturunun formalaşdırılması...

19 Noyabr 2026, 17:49

İspaniyadan gətirilən 293 kq şokoladlı meyvələr yararsız çıxdı

İspaniyadan Azərbaycana gətirilən 293,4 kq dondurulmuş şokoladlı meyvə məhsulunda uyğunsuzluq aşkarlanıb.Bu barədə Citypost.az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.Bildirilib ki, məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.Sınaq nəticəsində məhsul partiyasında kif-maya göbələkləri üzrə uyğunsuzluq aşkarlanıb.İstehlaka yararsız məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib. Sahibkarın müraciəti əsasında məhsul partiyası məhv edilib.

19 Noyabr 2026, 17:45

Bu ilin 10 ayı ərzində 265 milyon manatlıq narkotik aşkarlanıb 

Bu ilin 10 ayı ərzində qanunsuz dövriyyədən çıxarılmış 9 ton 049 kq 295,58 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 265 milyon 473 min AZN kimi qiymətləndirilir.Bu barədə Citypost.az Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.Bildirilib ki, hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1645 hektar sahədən yaş kütləsi 445 ton110 kq olan 4 437 555 ədəd yabanı halda bitmiş narkotiktər kiblibitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib....

19 Noyabr 2026, 17:38

Prezident İlham Əliyev Vyetnama rəsmi səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gəlib.Bu barədə APA-nın Vyetnama ezam olunmuş əməkdaşı xəbər verir.Hanoyun Noi Bai Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Vyetnam Sosialist Respublikasının ədliyyə naziri Hoanq Than Tunq və digər rəsmi şəxslər qarşılayıblar.

19 Noyabr 2026, 17:32

Lənkəranda Dövlət Proqramının icrası çərçivəsində görülən işlərə yerində baxış keçirilib

Noyabrın 18-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi İzzət Talıbov, Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Mirsəmid Hüseynov və Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tofiq Rzayev kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramı çərçivəsində görülən işlərlə tanış olmaq məqsədilə rayonun iri fermer təsərrüfatlarına cari ildə növbəti dəfə baş çəkiblər.Citypost.az xəbər verir ki, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan müəssisələrə baxış keçirilməsində məqsəd zona müşavirəsində irəli sürülmüş təşəbbüslərin icra vəziyyətini yoxlamaq, habelə Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlərə...

19 Noyabr 2026, 17:32

Çin nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət edib

"Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq Planı"na əsasən Çin Xalq Azadlıq Ordusunun Hərbi Elmlər Akademiyasının (Academy of Military Sciences - AMS) Hərbi Araşdırmalar İnstitutunun elmi işçisi, baş polkovnik Li Şuyinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, nümayəndə heyəti ilə görüşən Milli Müdafiə Universiteti (MMU) rektorunun elm və təhsil üzrə müavini general-mayor Arif Həsənov iki ölkə arasında qurulan əlaqələrin hərbi təhsil sahəsində də uğurla inkişaf etdirildiyini bildirib.Görüşdə qonaqlara MMU və onun tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinin yaranma tarixi, təhsil sistemi, tədris...

19 Noyabr 2026, 17:29