Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanda ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirildi

Cəmiyyət 19 Noyabr 2026, 16:39

464

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə “Məşğulluq həftəsi” çərçivəsində ölkəmizdə ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib.

Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, “Gülüstan” sarayında təşkil olunan, “İmkanlar və inam” devizi ilə keçirilən tədbirin açılışında hökumət rəsmiləri, sosial tərəfdaşların, o cümlədən özəl sektorun nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak ediblər.

Forum dövlət qurumları ilə özəl sektor arasında əmək və məşğulluq sahəsində birbaşa dialoqu gücləndirmək, qarşılıqlı etimadı daha da artırmaq, yeni tərəfdaşlıq imkanları yaratmaq, biznes subyektlərinin dövlət dəstəyi mexanizmləri, mövcud güzəştlər və təşviq alətləri barədə məlumatlılığını artırmaq, əmək bazarında aktual məsələləri müzakirə edərək birgə həll yollarını müəyyən etmək məqsədi daşıyıb.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər həyata keçirilən sosial islahatlar çərçivəsində əmək bazarının müasir çağırışlarına uyğun olaraq dövlət məşğulluq siyasətinin də əhəmiyyətli islahat dövrü keçdiyini diqqətə çatdırıb. O, əhalinin məşğulluğunun təminatında işəgötürənlərin rolunu, Nazirliyin işəgötürənlərlə münasibətləri daha çox xidmət modeli əsasında quraraq onlarla əməkdaşlığın daha da güclənməsinə nail olduğunu qeyd edib.

İşəgötürənlərlə birgə təşkil edilən aktiv məşğulluq proqramlarını diqqətə çatdıran nazir son illərdə işlə təmin olunanların illik sayının 3,4 dəfə, özünüməşğulluq proqramına cəlb olunanların sayının 5,7 dəfə, peşə hazırlığına cəlb olunanların sayının 4,1 dəfə, kvota üzrə işlə təmin olunanların sayının 2,6 dəfə, əməkhaqqının birgə maliyyələşməsi proqramına cəlb olunanların sayının 3,5 dəfə artdığını deyib.

Anar Əliyev qeyri-formal məşğulluğun azaldılması işlərini, özəl sektorda bu ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən əmək müqavilələrinin sayının 59 min artdığını qeyd edib. Əmək qanunvericiliyinə riayət olunmasına dövlət nəzarəti sahəsində Nazirliyin işəgötürənlərlə daha çox sosial dialoqun inkişaf etdirilməsinə, biznesə metodiki dəstək göstərməyə önəm verdiyini, əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərin də bunu təsdiq etdiyini diqqətə çatdırıb.

O, “Əmək və Məşğulluq” altsisteminin, “DOST müfəttiş” və “Nümunəvi müəssisə” layihələrinin işəgötürənlər üçün əhəmiyyətini vurğulayıb. Əmək qanunvericiliyinin əmək bazarının tələblərinə uyğunlaşdırılması, işçilərin əmək hüquqlarının daha effektiv qorunması üçün aparılan işləri diqqətə çatdırıb, keçirilən bu forumun uğurlu nəticələr verəcəyinə əminliyini bildirib.

Tədbirdə həssas qruplarla bağlı məşğulluq proqramlarının icrasında aktiv iştirak edən sosial tərəfdaşlar mükafatlandırılıb. Gənclər və qadınların, müharibə veteranlarının, şəhid ailəsi üzvlərinin və əlilliyi olan şəxslərin məşğulluğunun təminatına verdikləri mühüm töhfələrə görə 5 özəl sosial tərəfdaşa mükafatlar təqdim edilib.

Forum çərçivəsində “İşəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları”, “Qurumların fəaliyyəti, işəgötürənlərlə əməkdaşlıq və əmək bazarının aktual məsələləri” və “Biznes birliklərinin əmək bazarındakı rolu, sosial məsuliyyət və birgə təşəbbüslər” mövzularında panel müzakirələri təşkil olunub.

Panellərdə işəgötürənlərin əmək bazarı ilə bağlı gözləntiləri, dövlətin biznes subyektlərinə təqdim etdiyi dəstək və təşviq mexanizmləri, dövlət qurumlarının işəgötürənlərlə əməkdaşlıq istiqamətləri, əmək bazarının aktual çağırışları, biznes birliklərinin məşğulluğun təşviqində rolu, sosial məsuliyyət və dövlət-biznes tərəfdaşlığının genişləndirilməsi imkanları müzakirə olunub.

Problemlərinizi bizə bildirin

077 323 55 66

"Unikal"ın əməkdaşına vəzifə verildi

“Xəzər” Futzal Klubunda media və kommunikasiya fəaliyyətinin inkişafı istiqamətində yeni addım atılıb.Citypost.az "Unikal"a istinadən xəbər verir ki, klubun qərarı ilə jurnalist Gülayə Mecid “Xəzər” Futzal Klubunun Mətbuat Katibi vəzifəsinə təyin olunub.Yeni vəzifəsində Gülayə Mecid klubun PR və media fəaliyyətinin koordinasiyası, ictimaiyyət və media ilə əlaqələrin qurulması, komandanın fəaliyyətinin daha geniş auditoriyaya çatdırılması, eləcə də klubun kommunikasiya strategiyasının inkişafı istiqamətində fəaliyyət göstərəcək.Qeyd edək ki, G.Mecid "Unikal Media Qrup"un əməkdaşıdır....

19 Noyabr 2026, 16:44

XİN-də yeni təyinat

Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi vəzifəsinə təyinat olub.Citypost.az “Müsavat”a istinadən xəbər verir ki, bu vəzifəyə nazirlikdə çalışan Jalə İbrahimova təyin edilib.Qeyd edək ki, AIDA Azərbaycan dövləti tərəfindən beynəlxalq humanitar və inkişafa yardım fəaliyyətini həyata keçirir.

19 Noyabr 2026, 16:40

Toylarında telefon qadağan olunub - Aqutinlə Qalkin də iştirak edib

Bir neçə gün öncə ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlunun rus blogerlə baş tutan toy mərasiminin bəzi detalları məlum olub.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə tanınmış özbək bloger Məryəm Tillyayeva “Super” nəşrinə müsahibəsində danışıb.Onun sözlərinə görə, rəfiqəsi, 20 yaşlı rus model Avrora Kibanın iş adamı 36 yaşlı Rüstəm Hacıyevlə noyabrın 13-ü Bakıda baş tutan toy mərasimində qonaqlara telefonlardan istifadə etmək qadağan olunub.“Mən bu qərarı düzgün hesab edirəm və bunu nümunə götürəcəyəm”, - deyə Tillyayeva vuğulayıb.“Super” nəşrinin məlumatına görə, qonaqlar “Four Seasons” hotelində yerləşdirilib, toy da həmin məkanda keçirilib. Məkanın içi bütövlükdə təzə çiçəklərlə bəzədilib.Məclisdə rusiyalı...

19 Noyabr 2026, 16:37

Riyaziyyat dərsliklərinin ictimai müzakirəsi keçirilib

Noyabrın 19-da riyaziyyat fənni üzrə kurikulum və dərsliklərin təkmilləşdirilməsinə həsr olunan ictimai müzakirə keçirilib.Bu barədə Citypost.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.Tədbirdə dövlət və özəl ümumi təhsil və ali təhsil müəssisələrinin qabaqcıl müəllimləri, dərslik müəllifləri və mütəxəssislər iştirak ediblər. Görüşün məqsədi riyaziyyat fənni üzrə kurikulum və dərsliklərin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat vermək, təhsil ictimaiyyətinin rəy və təkliflərini öyrənmək olub.Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) direktor səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev dərsliklərin hazırlanması, sınaqdan keçirilməsi və ekspertizası prosesləri barədə məlumat verib. O, hər bir dərsliyin kütləvi istifadəyə verilməzdən əvvəl...

19 Noyabr 2026, 16:36

Bəşir Süleymanlıya 7 il 6 ay həbs verildi

“Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlının cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.B.Süleymanlı vəzifə səlahiyyətlərindən sui-istifadə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrum edilib. Qeyd edək ki, ittihama görə, B. Süleymanlı Paris şəhərində fəaliyyət göstərən ABŞ-nin Alman Marşal Fondundan və digər fondlardan sosial məzmunlu layihələr adı ilə ümumilikdə 148 min manatdan artıq qrant vəsaitini tamah məqsədilə ələ keçirib....

19 Noyabr 2026, 16:33

"Eternity-2026": Azərbaycan, Türkiyə və Gürcüstan strateji obyektlərin mühafizəsi üzrə birgə əməliyyatlar aparacaq

Azərbaycanda keçirilən "Eternity-2026"da Azərbaycan, Türkiyə və Gürcüstan nümayəndələri strateji obyektlərin mühafizəsi üzrə əməliyyatlar aparacaqlar.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, kompüter dəstəkli birgə komanda-qərargah təlimi uğurla davam edir.Ssenariyə uyğun olaraq, Azərbaycan, Türkiyə və Gürcüstan nümayəndələrindən ibarət birgə qərargahda bölgədən keçən strateji iqtisadi layihələrin və regional enerji-kommunikasiya xətlərinin mühafizəsi üzrə əməliyyatlar planlaşdırılır.Müasir kompüter simulyasiya sistemləri vasitəsilə mümkün təhdidlər təhlil olunur, böhran vəziyyətlərində qərarlar qəbul edilir, eləcə də qoşun növləri və aidiyyəti dövlət qurumları arasında qarşılıqlı fəaliyyət təşkil olunur.Təlim poliqonunda isə iştirakçılar əməliyyat rayonunun təcrid olunması, PUA-larla nəzarət, eləcə də partlayıcı qurğuların və naməlum dronların zərərsizləşdirilməsi üzrə fəaliyyətləri yerinə yetirirlər.Bundan əlavə,...

19 Noyabr 2026, 16:28