Bizə yazın

Baku

-°C

USD

-

Namizəd Səfərova cəza istənilib

Cəmiyyət 19 Noyabr 2026, 13:31

450

Dələduzluq etməkdə təqsirləndirilən keçmiş vəkil Namizəd Səfərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Citypost.az APA-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə Namizəd Səfərova cəza istənilib.

Prokuror onun 8 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Məhkəmənin növbəti prosesi noyabrın 26-na təyin olunub.

İttihama görə, Günel Əfəndiyeva Namizəd Səfərovla tanış olub. N.Səfərov Vəkillər Kollegiyasından azad olunmasına baxmayaraq, G.Əfəndiyevaya hüquqi yardım göstərə biləcəyini deyib. O, vəzifəli tanışları vasitəsi ilə Günel Əfəndiyevanın vəzifəyə təyin ediləcəyinə söz verib və ondan 53 min manat pul alıb. Lakin vədinə əməl etməyib.

Namizəd Səfərov elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini xahiş edib. Vəsatət təmin edilməyib.

Məhkəmə prosesi iyulun 30-da davam etdiriləcək.

Qeyd edək ki, ittihama görə, keçmiş vəkil Namizəd Səfərov vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir. O, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırmaqla külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyininə görə vətəndaş polisə müraciət edib.

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Problemlərinizi bizə bildirin

077 323 55 66

DİM-dən BDU-ya: 31 il imtahan sisteminin rəhbəri olan Məleykə Abbaszadənin dosyesi

Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri vəzifəsindən azad edilib və Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin olunub.Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.Citypost.az Məleykə Abbaszadənin dosyesini təqdim edir:M.Abbaszadə 1953-cü ildə Bakıda anadan olub. 1970-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hesablama riyaziyyatı və kibernetika fakültəsinə daxil olub, 1975-ci ildə həmin universiteti bitirib.Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda baş laborant kimi başlayıb. 1975-1977-ci illərdə Moskvada SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzində tədqiqatçı-stajor, 1977-1987-ci illərdə isə Bakıda Kibernetika İnstitutunda elmi işçi kimi çalışıb. 1988-ci ildə Kiyevdə dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb.Sabiq DİM sədri Azərbaycan...

19 Noyabr 2026, 13:35

Sabah 21 dərəcə isti olacaq - PROQNOZ

Noyabrın 20-də gözlənilən hava proqnozu açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.Güclü qərb, şimal-qərb küləyi, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 10-15° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-60% təşkil edəcək.Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq, dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim...

19 Noyabr 2026, 13:25

BDU-da ilk rəhbərdən ilk qadın rektora qədər - Sayca 27-cidir

Xəbər verdiyimiz kimi, Məleykə Abbaszadə​ Dövlət İmtahan Mərkəzinin sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinə rektor təyin olunub.“Qafqazinfo” xəbər verir ki, bununla Məleykə Abbaszadə BDU tarixində ilk qadın rektor olub.BDU-nun rektorları siyahısına nəzər saldıqda, Məleykə Abbaszadə universitetin sayca 27-ci rektorudur.BDU-nun ilk rektoru Vasili Razumovski olub. Cəmi bir il universitetə rektorluq edən V.Razumovski tarixə həm də Azərbaycanın ilk rektoru kimi düşüb.Daha sonra Sergey Nikolayeviç Davidenkov (1920-23), Aleksandr Dmitriyeviç Qulyayev (1923-1926), Tağı Şahbazi Simurğ (1926-1929), Vladimir Yelpatyevski (1929), Maqsud Məmmədov (1929-1930), Məmmədkazım Ələkbərli (1934-1935), Bala bəy Həsənbəyov (1935-1937), Əziz Əliyev (1937), Cəbrayıl Ələsgərov (1937-1941), akademik Şamil Əliyev (1941-1944), Abdulla Qarayev (1944-1950), Cəfər...

19 Noyabr 2026, 13:08

Bülbül Fondunun qapalı qapıları arxasında nələr gizlənir? - Kamil Şahverdi gizli qalan detallardan danışdı....

Azərbaycan mədəniyyətindəki problemlər, ziyalılarla xalq arasında yaranan etimadsızlıq və illərdir cavabsız qalan suallar…Kamil Şahverdi bu yazısında Bülbül Fondunun yerləşdiyi tarixi binanın və paytaxtdakı bir sıra kitabxanaların taleyini gündəmə gətirərək mədəni irsimizin qorunması ilə bağlı ciddi iddialar və suallar ortaya qoyur.Citypost.az Gununsesi.info-a istinadən xəbər verir ki sözügedən yazını təqdim edir:“Problemlərdən danışmağa çəkinirlər, hər şeyin yaxşı olduğunu deməklə çatışmazlıqları aradan qaldırmaq mümkün deyil”. (c)Polad Bülbüloğlu.Cənab Polad Bülbüloğlunun məsləhəti ilə problemlər haqqında açıq danışmağa qərar verdim. Həqiqətən də hər şeyin yaxşı olduğunu deməklə problemləri aradan qaldırmaq mümkün deyil. Ona görə də bu problemləri yaradan səbəblərə diqqət edək.Noyabrın 13-də Milli Məclisin Mədəniyyət komitəsinin Bülbül...

19 Noyabr 2026, 13:03

Xəzər 800 metr geri çəkilib: Quruda qalan sahələrdən necə istifadə olunacaq?

"Xəzər dənizində suyun mövcud sahil xəttindən geri çəkilməsi bəzi hallarda 800 metrə çatır".Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədr müavini Fərid Cəfərov noyabrın 19-da keçirilən brifinqdə deyib.Onun sözlərinə görə, bu, kifayət qədər böyük ərazidir:"Amma mövcud qanunvericiliklə həmin ərazilər onsuz da dənizin akvatoriyasına aid torpaqlardır və bu gün də o hüquqi statusunu saxlayır. Xəzər dənizinin sahil zolağı Nazirlər Kabinetinin 24 avqust 2016-cı il tarixli qərarı ilə müəyyən olunub. Yəni biz ora sıfır xətti deyirik: dənizin sahillə təmasının sıfır xətti. Ona uyğun olaraq da...

19 Noyabr 2026, 12:43

DİM-in yeni sədri o olacaq?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. M.Abbaszadə digər sərəncamla Bakı Dövlət Universitetinin rektoru təyin olunub.Citypost.az “Yeni Sabah” a istinadən xəbər verir ki, bir müddət əvvəl saytımıza açıqlamasında keçmiş deputat Etibar Əliyev DİM rəhbərinin dəyişəcəyi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin hazırkı  rektoru Rüfət Əzizovun bu quruma sədr təyin olunacağı haqda açıqlama vermişdi.46 yaşlı rektor 2023-2025-ci illərdə Sumqayıt Dövlət Universitetinin rektoru, 2021–2023-cü illərdə isə Təhsil İnstitutunun direktoru vəzifəsində çalışıb. İnternetdən sifarişQeyd edək ki, R.Əzizov iddia ilə bağlı nisbətən ehtiyatlı cavab vermişdi:“Əvvəl Təhsil İnstitutunun direktoru, sonra Sumqayıt Dövlət...

19 Noyabr 2026, 12:35