Bizə yazın

Baku

-°C

USD

-

Prezident Azərbaycan-Vyetnam ticarət əlaqələrinin inkişaf perspektivlərini açıqladı

Cəmiyyət 19 Noyabr 2026, 14:25

322

Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir.

Citypost.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində deyib.

2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon dollardan artıq olduğunu vurğulayan dövlət başçısı qeyd edib: “Bununla yanaşı, bu göstərici hələ ki, real imkanları əks etdirmir: hər iki tərəf qarşılıqlı ticarətdə əhəmiyyətli artım üçün böyük potensiala malikdir”.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan idmanına AĞIR İTKİ - FOTO

Azərbaycanın güləş ictimaiyyətinə ağır itki üz verib.Citypost.az xəbər verir ki, Masallı rayonunun veteran pəhləvanlarından olan Ədalət Mazanov 70 yaşında vəfat edib.Mərhum gənc yaşlarından Masallı Uşaq İdman Məktəbində güləşin sirlərinə yiyələnib. O, bir çox yarışlarda ən yüngül çəki dərəcəsində rayonu uğurla təmsil edib, pəhləvanlıq ənənələrinin yaşadılmasında özünəməxsus rol oynayıb./oxu.az/

19 Noyabr 2026, 14:31

Müəllim öldü, rektor vəzifədən çıxarıldı - Elçin Babayev nə edib?

Bakı Dövlət Universitetində (BDU) baş verən hadisələr diqqət mərkəzinə düşüb. Universitetin müəllimi Nəriman Süleymanovun qəfil vəfatı, ölümündən əvvəl onun barəsində səsləndirilən ittihamlar və rektor Elçin Babayevin vəzifəsindən azad edilməsi bir sıra suallar yaradıb.Citypost.az Sfera.az-a istinadən xəbər verir ki, BDU-nun müəllimi Nəriman Süleymanovun həyat yoldaşı, jurnalist Şərəf Cəlili onun vəfatı ilə bağlı açıqlama verib.Jurnalist hadisəni təsdiqləyərək həyat yoldaşının ölümü ilə bağlı "O, bir rektorun qurbanı oldu" ifadəsini işlədib.Ş.Cəlili əlavə edib ki, məsələ ilə bağlı daha sonra açıqlama verəcək və Prezidentin sərəncamına diqqət çəkib.Qeyd edək ki, bir neçə gün əvvəl Nəriman Süleymanovun adı tələbələrə qarşı qeyri-etik davranışlarla bağlı iddialarda hallanmışdı. Həmin iddiaların...

19 Noyabr 2026, 14:30

Prezident: Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsində xüsusi rol oynayır

Heydər Əliyev Fondu bu prosesdə xüsusi rola malikdir və Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir.Citypost.az  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində bildirib.Dövlətimizin başçısı vurğulayıb ki, Fondun fəaliyyət istiqamətləri Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla infrastruktur təşəbbüslərindən tutmuş müxtəlif təhsil proqramlarının dəstəklənməsinə qədər geniş spektri əhatə edir.

19 Noyabr 2026, 14:28

Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibə verib.Citypost.az müsahibəni təqdim edir.-Hörmətli cənab Prezident, ikitərəfli əməkdaşlığın tarixində yeni mərhələnin başlanması ilə əlamətdar olacaq Vyetnama qarşıdakı rəsmi səfəriniz ərəfəsində Siz Azərbaycan ilə Vyetnam arasında siyasi dialoqun hazırkı vəziyyətini necə xarakterizə edərdiniz?-Azərbaycan-Vyetnam münasibətlərinin təxminən yetmişillik tarixindən bəhs edərkən, hər şeydən əvvəl, bu dostluğun köklərinə qayıtmaq və onun əsasını qoymuş iki böyük lideri səmimi minnətdarlıq hissi ilə xatırlamaq istəyirəm.Sözsüz ki, başlanğıc nöqtəsi 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya unudulmaz səfəri idi. 1983-cü il əsl sıçrayışla əlamətdar oldu. Həmin vaxt Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər...

19 Noyabr 2026, 14:23

Ukraynalı parlamentarilər Azərbaycana səfər edib

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edib.Citypost.az xəbər verir ki, bununla bağlı Ukraynanın Azərbaycandakı səfirliyi məlumat yayıb.Bildirilib ki, səfərin əsas məqsədi əməkdaşlığın qurulması və qaçqınlara, məcburi köçkünlərə dəstək, müharibədən zərər çəkmiş ərazilərin bərpası və sosial infrastrukturun yenidən qurulması sahəsində Azərbaycanın təcrübəsinin öyrənilməsi olub.Ukrayna Ali Radasının deputatları – “Ukraynanın məcburi köçkünləri” fraksiyalararası deputat birliyinin nümayəndələri, birliyin həmsədrləri Maksim Tkaçenko və Serhiy Kozyrin ölkə rəhbərliyi ilə bir sıra mühüm görüşlər keçiriblər.Belə ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə danışıqlar aparılıb.Milli Məclisdə nümayəndə heyəti Azərbaycan–Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə...

19 Noyabr 2026, 14:22

DİM-dən BDU-ya: 31 il imtahan sisteminin rəhbəri olan Məleykə Abbaszadənin dosyesi

Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri vəzifəsindən azad edilib və Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin olunub.Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.Citypost.az Məleykə Abbaszadənin dosyesini təqdim edir:M.Abbaszadə 1953-cü ildə Bakıda anadan olub. 1970-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hesablama riyaziyyatı və kibernetika fakültəsinə daxil olub, 1975-ci ildə həmin universiteti bitirib.Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda baş laborant kimi başlayıb. 1975-1977-ci illərdə Moskvada SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzində tədqiqatçı-stajor, 1977-1987-ci illərdə isə Bakıda Kibernetika İnstitutunda elmi işçi kimi çalışıb. 1988-ci ildə Kiyevdə dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb.Sabiq DİM sədri Azərbaycan...

19 Noyabr 2026, 13:35