Bakıda məşhur mebel mağazası bağlandı
Cəmiyyət 19 Noyabr 2026, 16:20
411
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Citypost.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 29B ünvanında fəaliyyət göstərən “İnterturan” mebel mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.
Məlum olub ki, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, obyektdə taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb, obyekt ilkin yanğınsöndürmə vasitələri, daxili yanğın kranları, lülə və atıcı şlanqlarla təmin edilməyib, köçürmə yolları müxtəlif materiallarla tutulub, obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.
Həmçinin oxuyun
Qeyd olunub ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, “İnterturan” mebel mağazasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub
"Eternity-2026": Azərbaycan, Türkiyə və Gürcüstan strateji obyektlərin mühafizəsi üzrə birgə əməliyyatlar aparacaq
Azərbaycanda keçirilən "Eternity-2026"da Azərbaycan, Türkiyə və Gürcüstan nümayəndələri strateji obyektlərin mühafizəsi üzrə əməliyyatlar aparacaqlar.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, kompüter dəstəkli birgə komanda-qərargah təlimi uğurla davam edir.Ssenariyə uyğun olaraq, Azərbaycan, Türkiyə və Gürcüstan nümayəndələrindən ibarət birgə qərargahda bölgədən keçən strateji iqtisadi layihələrin və regional enerji-kommunikasiya xətlərinin mühafizəsi üzrə əməliyyatlar planlaşdırılır.Müasir kompüter simulyasiya sistemləri vasitəsilə mümkün təhdidlər təhlil olunur, böhran vəziyyətlərində qərarlar qəbul edilir, eləcə də qoşun növləri və aidiyyəti dövlət qurumları arasında qarşılıqlı fəaliyyət təşkil olunur.Təlim poliqonunda isə iştirakçılar əməliyyat rayonunun təcrid olunması, PUA-larla nəzarət, eləcə də partlayıcı qurğuların və naməlum dronların zərərsizləşdirilməsi üzrə fəaliyyətləri yerinə yetirirlər.Bundan əlavə,...
19 Noyabr 2026, 16:28
Sabah leysan olacaq - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 20-si səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.Citypost.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı ehtimalı var.Noyabrın 20-si gecə və səhər Azərbaycanın bəzi şimal və qərb rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur....
19 Noyabr 2026, 16:15
Rasim İldırımzadə və Qoşqar Məmmədovun həbs müddəti dəyişmədi
Yarım milyon manatdan çox dələduzluqda ittiham olunan Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin sabiq rəis müavini, polkovnik Rasim İldırımzadə, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri, “Bakutime.az” saytının təsisçisi Zaur Mirzəzadə və Balakən dairə seçki komissiyasının sabiq sədri Qoşqar Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.Citypost.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.Məhkəmənin qərarı ilə Rasim İldırımzadə və Qoşqar Məmmədovla bağlı hökm qüvvədə saxlanılıb.Zaur Mirzəzadənin cəzası isə 6 ay azaldılıb.Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Rasim İldırımzadə 9 il 9 ay, Zaur Mirzəzadə...
19 Noyabr 2026, 16:08
Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinə rektor təyin edildikdən sonra universitetin əvvəlki nüfuzu, imici və reputasiyası bərpa olunacaq.Citypost.az xəbər verir ki,bunu Axar.az-a təhsil eksperti Elçin Əfəndi Bakı Dövlət Universitetində baş verən rəhbər dəyişikliyini şərh edərkən deyib.“Məleykə Abbaszadə təhsili, qəbul proseslərini bilən şəxsdir. O cümlədən, beynəlxalq əməkdaşlığa açıq olan biridir. Bu isə BDU-nun həm ölkə səviyyəsində, həm də beynəlxalq səviyyədə imicinin daha da yaxşılaşmasına imkan yaradacaq. Bakı Dövlət Universiteti yenidən ən öndə gedən, ən dayanıqlı universitet statusunu tədricən bərpa edəcək”, - o bildirib.Ekspert əlavə edib ki, indi DİM-də rəhbər şəxsin kim olacağı ilə bağlı ictimaiyyət maraqla gözləyir:“Məncə, bu vəzifəyə bir neçə namizəd...
19 Noyabr 2026, 16:03
Evində maşını olanların NƏZƏRİNƏ
Avtomobilin daha uzun müddətdə və daha səmərəli istifadəsi üçün aşağıdakı texniki xidmət tələblərinə əməl edilməlidir.Citypost.az Ajans.az-a istinadən xəbər verir ki, diqqət yetirilməli texniki xidmət tələblərini təqdim edir:Yağ: Yağı vaxtaşırı dəyişdirin və yağ səviyyəsini düzgün yoxlayın. Yağın dəyişdirilməsi mühərrikin düzgün işləməsinə kömək edir və xidmət müddətini uzadır.Mühərrik sistemi: Yoxlama üçün bütün mühərrik sisteminin komponentlərini daim yoxlayın. Buraya yanğın filtri, hava filtri, rəf sistemləri və su səviyyələri daxildir.Əyləc sistemi: Əyləc sistemlərinin düzgün işləməsini təmin etmək üçün istifadə etməzdən əvvəl və sonra əsaslı təmir vəya nəzarət edilməlidir.Şassi sistemi: Şassi və asma sistemlərinin düzgün işləməsini yoxlayın. Bura aşındıqda fitinqlərin və amortizatorların dəyişdirilməsi də daxildir.Xarici...
19 Noyabr 2026, 14:35
Azərbaycan idmanına AĞIR İTKİ - FOTO
Azərbaycanın güləş ictimaiyyətinə ağır itki üz verib.Citypost.az xəbər verir ki, Masallı rayonunun veteran pəhləvanlarından olan Ədalət Mazanov 70 yaşında vəfat edib.Mərhum gənc yaşlarından Masallı Uşaq İdman Məktəbində güləşin sirlərinə yiyələnib. O, bir çox yarışlarda ən yüngül çəki dərəcəsində rayonu uğurla təmsil edib, pəhləvanlıq ənənələrinin yaşadılmasında özünəməxsus rol oynayıb./oxu.az/
19 Noyabr 2026, 14:31