"Eternity-2026": Azərbaycan, Türkiyə və Gürcüstan strateji obyektlərin mühafizəsi üzrə birgə əməliyyatlar aparacaq
Cəmiyyət 19 Noyabr 2026, 16:28
286
Azərbaycanda keçirilən "Eternity-2026"da Azərbaycan, Türkiyə və Gürcüstan nümayəndələri strateji obyektlərin mühafizəsi üzrə əməliyyatlar aparacaqlar.
Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, kompüter dəstəkli birgə komanda-qərargah təlimi uğurla davam edir.
Ssenariyə uyğun olaraq, Azərbaycan, Türkiyə və Gürcüstan nümayəndələrindən ibarət birgə qərargahda bölgədən keçən strateji iqtisadi layihələrin və regional enerji-kommunikasiya xətlərinin mühafizəsi üzrə əməliyyatlar planlaşdırılır.
Müasir kompüter simulyasiya sistemləri vasitəsilə mümkün təhdidlər təhlil olunur, böhran vəziyyətlərində qərarlar qəbul edilir, eləcə də qoşun növləri və aidiyyəti dövlət qurumları arasında qarşılıqlı fəaliyyət təşkil olunur.
Həmçinin oxuyun
Təlim poliqonunda isə iştirakçılar əməliyyat rayonunun təcrid olunması, PUA-larla nəzarət, eləcə də partlayıcı qurğuların və naməlum dronların zərərsizləşdirilməsi üzrə fəaliyyətləri yerinə yetirirlər.
Bundan əlavə, hərbi bazaya basqının dəf edilməsi, dəmir yolu xətlərinin və neft-qaz infrastrukturunun təxribatlardan qorunması, yanğınların söndürülməsi və yaralıların təxliyəsi tapşırıqları uğurla icra olunur.
Qeyd edək ki, təlim iştirakçılar arasında birgə planlaşdırma və idarəetmə vərdişlərini təkmilləşdirmək məqsədi daşıyır.
Toylarında telefon qadağan olunub - Aqutinlə Qalkin də iştirak edib
Bir neçə gün öncə ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlunun rus blogerlə baş tutan toy mərasiminin bəzi detalları məlum olub.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə tanınmış özbək bloger Məryəm Tillyayeva “Super” nəşrinə müsahibəsində danışıb.Onun sözlərinə görə, rəfiqəsi, 20 yaşlı rus model Avrora Kibanın iş adamı 36 yaşlı Rüstəm Hacıyevlə noyabrın 13-ü Bakıda baş tutan toy mərasimində qonaqlara telefonlardan istifadə etmək qadağan olunub.“Mən bu qərarı düzgün hesab edirəm və bunu nümunə götürəcəyəm”, - deyə Tillyayeva vuğulayıb.“Super” nəşrinin məlumatına görə, qonaqlar “Four Seasons” hotelində yerləşdirilib, toy da həmin məkanda keçirilib. Məkanın içi bütövlükdə təzə çiçəklərlə bəzədilib.Məclisdə rusiyalı...
19 Noyabr 2026, 16:37
Riyaziyyat dərsliklərinin ictimai müzakirəsi keçirilib
Noyabrın 19-da riyaziyyat fənni üzrə kurikulum və dərsliklərin təkmilləşdirilməsinə həsr olunan ictimai müzakirə keçirilib.Bu barədə Citypost.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.Tədbirdə dövlət və özəl ümumi təhsil və ali təhsil müəssisələrinin qabaqcıl müəllimləri, dərslik müəllifləri və mütəxəssislər iştirak ediblər. Görüşün məqsədi riyaziyyat fənni üzrə kurikulum və dərsliklərin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat vermək, təhsil ictimaiyyətinin rəy və təkliflərini öyrənmək olub.Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) direktor səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev dərsliklərin hazırlanması, sınaqdan keçirilməsi və ekspertizası prosesləri barədə məlumat verib. O, hər bir dərsliyin kütləvi istifadəyə verilməzdən əvvəl...
19 Noyabr 2026, 16:36
Bəşir Süleymanlıya 7 il 6 ay həbs verildi
“Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlının cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.B.Süleymanlı vəzifə səlahiyyətlərindən sui-istifadə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrum edilib. Qeyd edək ki, ittihama görə, B. Süleymanlı Paris şəhərində fəaliyyət göstərən ABŞ-nin Alman Marşal Fondundan və digər fondlardan sosial məzmunlu layihələr adı ilə ümumilikdə 148 min manatdan artıq qrant vəsaitini tamah məqsədilə ələ keçirib....
19 Noyabr 2026, 16:33
Bakıda məşhur mebel mağazası bağlandı
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.Citypost.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.Bildirilib ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 29B ünvanında fəaliyyət göstərən “İnterturan” mebel mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.Məlum olub ki, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, obyektdə taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb, obyekt ilkin yanğınsöndürmə vasitələri, daxili yanğın kranları, lülə və atıcı şlanqlarla təmin edilməyib, köçürmə yolları müxtəlif materiallarla tutulub, obyektin daşınmaz əmlakı “İcbari...
19 Noyabr 2026, 16:20
Sabah leysan olacaq - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 20-si səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.Citypost.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı ehtimalı var.Noyabrın 20-si gecə və səhər Azərbaycanın bəzi şimal və qərb rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur....
19 Noyabr 2026, 16:15
Rasim İldırımzadə və Qoşqar Məmmədovun həbs müddəti dəyişmədi
Yarım milyon manatdan çox dələduzluqda ittiham olunan Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin sabiq rəis müavini, polkovnik Rasim İldırımzadə, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri, “Bakutime.az” saytının təsisçisi Zaur Mirzəzadə və Balakən dairə seçki komissiyasının sabiq sədri Qoşqar Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.Citypost.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.Məhkəmənin qərarı ilə Rasim İldırımzadə və Qoşqar Məmmədovla bağlı hökm qüvvədə saxlanılıb.Zaur Mirzəzadənin cəzası isə 6 ay azaldılıb.Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Rasim İldırımzadə 9 il 9 ay, Zaur Mirzəzadə...
19 Noyabr 2026, 16:08