Bizə yazın

Baku

-°C

USD

-

Çin nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət edib

Cəmiyyət 19 Noyabr 2026, 17:29

304

"Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq Planı"na əsasən Çin Xalq Azadlıq Ordusunun Hərbi Elmlər Akademiyasının (Academy of Military Sciences - AMS) Hərbi Araşdırmalar İnstitutunun elmi işçisi, baş polkovnik Li Şuyinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.

Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nümayəndə heyəti ilə görüşən Milli Müdafiə Universiteti (MMU) rektorunun elm və təhsil üzrə müavini general-mayor Arif Həsənov iki ölkə arasında qurulan əlaqələrin hərbi təhsil sahəsində də uğurla inkişaf etdirildiyini bildirib.

Görüşdə qonaqlara MMU və onun tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinin yaranma tarixi, təhsil sistemi, tədris prosesi, elektron qəbul qaydaları və digər mövzulara dair təqdimat nümayiş etdirilib, onları maraqlandıran suallar cavablandırılıb.

Səfər çərçivəsində qonaqlar MMU-nun Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində olublar. Onlara mərkəzin təyinatı, yaranma tarixi və vəzifələri barədə məlumatlar verilib.

Həmçinin tərəflər arasında müvafiq mövzularda geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Sonda hədiyyə mübadiləsi aparılıb və xatirə fotosu çəkdirilib.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bu ilin 10 ayı ərzində 265 milyon manatlıq narkotik aşkarlanıb 

Bu ilin 10 ayı ərzində qanunsuz dövriyyədən çıxarılmış 9 ton 049 kq 295,58 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 265 milyon 473 min AZN kimi qiymətləndirilir.Bu barədə Citypost.az Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.Bildirilib ki, hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1645 hektar sahədən yaş kütləsi 445 ton110 kq olan 4 437 555 ədəd yabanı halda bitmiş narkotiktər kiblibitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib....

19 Noyabr 2026, 17:38

Prezident İlham Əliyev Vyetnama rəsmi səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gəlib.Bu barədə APA-nın Vyetnama ezam olunmuş əməkdaşı xəbər verir.Hanoyun Noi Bai Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Vyetnam Sosialist Respublikasının ədliyyə naziri Hoanq Than Tunq və digər rəsmi şəxslər qarşılayıblar.

19 Noyabr 2026, 17:32

Lənkəranda Dövlət Proqramının icrası çərçivəsində görülən işlərə yerində baxış keçirilib

Noyabrın 18-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi İzzət Talıbov, Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Mirsəmid Hüseynov və Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tofiq Rzayev kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramı çərçivəsində görülən işlərlə tanış olmaq məqsədilə rayonun iri fermer təsərrüfatlarına cari ildə növbəti dəfə baş çəkiblər.Citypost.az xəbər verir ki, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan müəssisələrə baxış keçirilməsində məqsəd zona müşavirəsində irəli sürülmüş təşəbbüslərin icra vəziyyətini yoxlamaq, habelə Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlərə...

19 Noyabr 2026, 17:32

Polşa Respublikasının hərbi təhsil üzrə nümayəndə heyəti ölkəmizə səfər edib

Polşa Respublikası Milli Müdafiə Nazirliyinin Hərbi Təhsil Departamentinin rəisi briqada generalı Valdemar Qolebovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.Bu barədə Citypost.az-a Müdafiə Nazirliyindən məlumat verilib.Səfər çərçivəsində nümayəndə heyətinin Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülovla görüşü keçirilib. Görüşdə Azərbaycanın hərbi təhsil sistemində həyata keçirilən islahatlar, tədris prosesinin təşkili, hərbi təhsil sahəsində əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə olunub.Səfər proqramına uyğun olaraq, polşalı qonaqlar MMU-nun tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitut və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə də olublar. Təhsil müəssisələrində yaradılmış tədris və xidmət şəraiti ilə tanış olan nümayəndə heyətinə hərbi kadr hazırlığı istiqamətində görülən...

19 Noyabr 2026, 17:18

İsmayıllıda 300 kiloqrama yaxın at əti aşkarlandı

İsmayıllı rayonunda Həmzəyev Kamil Rüstəm oğlunun yaşadığı ünvanda baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarının pozularaq antisanitar şəraitdə qanunsuz heyvan kəsiminin təşkil edildiyi müəyyən olunub.Citypost.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.Bildirilib ki. baxış zamanı mənşəyi məlum olmayan, baytarlıq ekspertizasından keçməmiş və kəskin qoxuya malik 300 kiloqrama yaxın at əti aşkarlanıb."Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir", - məlumatda qeyd olunub....

19 Noyabr 2026, 17:10

Bakıda və bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, noyabrın 20-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan, Goranboy, Gəncə, Neftçala, Salyan, Göyçay, Hacıqabul, Qobustan, Daşkəsən, Şəki, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı, Qusarda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək....

19 Noyabr 2026, 17:03