Bizə yazın

Baku

-°C

USD

-

“Koroğlu”dan aeroporta doğru hərəkət dayandırılacaq

Cəmiyyət 19 Noyabr 2026, 17:00

479

Noyabrın 20-si saat 00:00-dan 06:00-dək paytaxtın Hava limanı şosesindən metronun “Koroğlu” stansiyası istiqamətində, Zığ döngəsi, Bülbülə-Əmircan döngəsi və “Komsomol” dairəsi ərazilərində yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işləri aparılacaq.

Bakı şəhər Baş Polis İdarəsinin DYP İdarəsindən Citypost.az-a bildirilib ki, işlərlə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq və alternativ istiqamətlər üzrə təşkil ediləcək.

Hava limanından şəhərin mərkəzinə doğru hərəkət etmək istəyən nəqliyyat vasitələrinin sürücüləri alternativ yol olaraq Zığ yolundan istifadə etməklə “8 Noyabr” prospekti istiqamətinə hərəkət edə bilərlər.

21 noyabr tarixində isə saat 23:00-dan 05:45-dək metronun “Koroğlu” stansiyasından Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilərək istiqamətlər dəyişdiriləcək.

Şəhərin mərkəzindən Hava limanı istiqamətinə isə alternativ yol olaraq metronun “Koroğlu” stansiyasının yanından Bakıxanov qəsəbəsi, Elşən Mehdiyev küçəsinə daxil olmaqla Yavar Əliyev, Səttar Bəhlulzadə, Xanlar Ələkbərov, İmaddədin Nəsimi və Əli İsaqzadə küçələrindən, bununla yanaşı “8 Noyabr” prospektindən Zığ şosesinə keçməklə də hərəkət edə bilərlər.

Ərazidə xidmət aparan DYP əməkdaşları tərəfindən yaranacaq məhdudiyyətlə əlaqədar olaraq hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi və nəqliyyat vasitələrinin müvafiq istiqamətlərə yönləndirilməsi məqsədilə xidmət təşkil ediləcək.

Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixlərdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda və bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, noyabrın 20-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Naftalan, Goranboy, Gəncə, Neftçala, Salyan, Göyçay, Hacıqabul, Qobustan, Daşkəsən, Şəki, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı, Qusarda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək....

19 Noyabr 2026, 17:03

Bakı Şəhər İcra Hakimiyyətində yeni şöbə yaradıldı - Müdir təyin edildi

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) struktur dəyişikliyi olub.Citypost.az xəbər verir ki, bununla bağlı icra başçısı Eldar Əzizov müvafiq əmr imzalayıb.Beynəlxalq əlaqələr şöbəsi və mətbuat xidməti birləşdirilərək əvəzində Beynəlxalq əlaqələr və informasiya təminatı şöbəsi yaradılıb. Yeni yaradılan şöbənin müdiri vəzifəsinə Metin Adil oğlu Hüseynov təyin edilib.Qeyd edək ki, M.Hüseynov bu təyinatadək BŞİH-nin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. (Day.az)

19 Noyabr 2026, 16:53

"Unikal"ın əməkdaşına vəzifə verildi

“Xəzər” Futzal Klubunda media və kommunikasiya fəaliyyətinin inkişafı istiqamətində yeni addım atılıb.Citypost.az "Unikal"a istinadən xəbər verir ki, klubun qərarı ilə jurnalist Gülayə Mecid “Xəzər” Futzal Klubunun Mətbuat Katibi vəzifəsinə təyin olunub.Yeni vəzifəsində Gülayə Mecid klubun PR və media fəaliyyətinin koordinasiyası, ictimaiyyət və media ilə əlaqələrin qurulması, komandanın fəaliyyətinin daha geniş auditoriyaya çatdırılması, eləcə də klubun kommunikasiya strategiyasının inkişafı istiqamətində fəaliyyət göstərəcək.Qeyd edək ki, G.Mecid "Unikal Media Qrup"un əməkdaşıdır....

19 Noyabr 2026, 16:44

XİN-də yeni təyinat

Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi vəzifəsinə təyinat olub.Citypost.az “Müsavat”a istinadən xəbər verir ki, bu vəzifəyə nazirlikdə çalışan Jalə İbrahimova təyin edilib.Qeyd edək ki, AIDA Azərbaycan dövləti tərəfindən beynəlxalq humanitar və inkişafa yardım fəaliyyətini həyata keçirir.

19 Noyabr 2026, 16:40

Azərbaycanda ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə “Məşğulluq həftəsi” çərçivəsində ölkəmizdə ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib.Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.Bildirilib ki, “Gülüstan” sarayında təşkil olunan, “İmkanlar və inam” devizi ilə keçirilən tədbirin açılışında hökumət rəsmiləri, sosial tərəfdaşların, o cümlədən özəl sektorun nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak ediblər.Forum dövlət qurumları ilə özəl sektor arasında əmək və məşğulluq sahəsində birbaşa dialoqu gücləndirmək, qarşılıqlı etimadı daha da artırmaq, yeni tərəfdaşlıq imkanları yaratmaq, biznes subyektlərinin dövlət dəstəyi mexanizmləri, mövcud güzəştlər və təşviq alətləri barədə məlumatlılığını artırmaq, əmək bazarında aktual məsələləri müzakirə edərək birgə həll yollarını müəyyən...

19 Noyabr 2026, 16:39

Toylarında telefon qadağan olunub - Aqutinlə Qalkin də iştirak edib

Bir neçə gün öncə ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin oğlunun rus blogerlə baş tutan toy mərasiminin bəzi detalları məlum olub.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə tanınmış özbək bloger Məryəm Tillyayeva “Super” nəşrinə müsahibəsində danışıb.Onun sözlərinə görə, rəfiqəsi, 20 yaşlı rus model Avrora Kibanın iş adamı 36 yaşlı Rüstəm Hacıyevlə noyabrın 13-ü Bakıda baş tutan toy mərasimində qonaqlara telefonlardan istifadə etmək qadağan olunub.“Mən bu qərarı düzgün hesab edirəm və bunu nümunə götürəcəyəm”, - deyə Tillyayeva vuğulayıb.“Super” nəşrinin məlumatına görə, qonaqlar “Four Seasons” hotelində yerləşdirilib, toy da həmin məkanda keçirilib. Məkanın içi bütövlükdə təzə çiçəklərlə bəzədilib.Məclisdə rusiyalı...

19 Noyabr 2026, 16:37