Deputatdan pabda oxuyan Xalq artistinə: "Sənətini harada gəldi nümayiş etdirməməlidir"
Cəmiyyət 19 Noyabr 2026, 12:15
451
Xalq artisti Könül Xasıyevanın pab açılışında muğam ifa etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Citypost.az xəbər verir ki, çıxış birmənalı qarşılanmayıb.
Sosial şəbəkə istifadəçilərinin bir qismi Könül Xasıyevanın addımını dəstəkləsə də, digərləri Xalq artisti statusu daşıyan sənətkarın bu cür məkanlarda səhnəyə çıxmasını doğru hesab etməyiblər.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Elnarə Akimova da sənətçinin pab açılışında çıxışını təqdir etmədiyini bildirib.
Həmçinin oxuyun
Deputat qeyd edib ki, gənclərin muğama maraq göstərməsi və milli musiqi dəyərlərinə yiyələnməsi baxımından müsbət hal olsa da, sənətin təqdim olunduğu məkan diqqətdə saxlanılmalıdır.
"Mən həmin videoya baxmışam. Düzdür, gəncliyin muğama köklənməsi, bu dəyərlərin aşılanması, onlara sahib çıxılması baxımından müsbət nüanslar tapmaq olar. Amma Könül Xasıyeva kimi bir sənətkarın elə yerlərdə çıxışını qəbul etmirəm. Mənə elə gəlir ki, məkan anlayışına bir qədər diqqət yetirilməlidir. Sənətkarlar sənətlərini harada gəldi nümayiş etdirməməli, aliliyini qorumalıdırlar.
Əvvəllər sənətlə toy arasında nə qədər fərq yaranmışdı, müğənnilərin əksəriyyəti toya getmirdi. Əgər biz bu gün sənəti yüksəltməkdən danışırıqsa, pab kimi yerlərdə, belə açılışlarda sənətkarların çıxış etməsi ürəkaçan deyil", - deyə E.Akimova vurğulayıb.
BDU-nun müəllimi rektorun qurbanı olub? – Xanımı danışdı
İnformasiyanı bilirsiniz, xəbər doğrudur. O, bir rektorun qurbanı oldu.Bu sözləri Kult.az-a açıqlamasında tanınmış jurnalist Şərəf Cəlili həyat yoldaşı, Bakı Dövlət Universitetinin müəllimi Nəriman Süleymanovun qəfil vəfatı ilə bağlı danışarkən deyib.”Sərəncama diqqət edin, bu barədə sonra açıqlama olacaq”, - Ş.Cəlili bildirib və əlavə açıqlamadan imtina edib.Şərəf Cəlilinin bu gün BDU-nun rektoru Elçin Babayevin vəzifədən azad edilməsini nəzərdə tutduğu təxmin edilir. Ancaq təfərrüat məlum deyil.Xatırladaq ki, bir neçə gün öncə N.Süleymanovun adı tələbələrinə qarşı qeyri-etik hərəkətlərə yol verməkdə hallanmışdı.N.Süleymanov 1967-ci ildə İsmayıllı rayonunun Quşencə kəndidə doğulub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsində 1990-95-ci illərdə təhsil alıb. O, ali təhsilindən sonra fəaliyyətini BDU-da davam...
19 Noyabr 2026, 12:11
DTX rəis müavini: Dövlət informasiya resurslarına hücumlar qeydə alınıb
Son dövrlərdə Azərbaycanın bəzi informasiya resurslarına, xüsusilə gov.az seqmentinə qarşı da DDoS və digər xarakterli kiberhücumlar həyata keçirilib.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini Həsən Mansurov “Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans”da çıxışı zamanı deyib.Onun sözlərinə görə, belə hadisələr kibertəhdidlərin milli təhlükəsizlik üçün real nəticələr doğura biləcəyini göstərir.Rəis müavini əlavə edib ki, son illərdə ölkələrin enerji infrastrukturları da irimiqyaslı kiberhücumlarla üzləşir: “Bu ilin oktyabrında Avropa ölkələrindən təkcə birində dövlətin rəqəmsal xidmətlərinə qarşı kiberhücum zamanı təxminən 11 milyon sorğu vasitəsilə 750 minə yaxın fərdi identifikasiya nömrəsinə aid məlumatlar icazəsiz ələ keçirilib”....
19 Noyabr 2026, 12:08
Azərbaycanlı vəkil, xanımı və oğlu qətlə yetirildi
Ötən gecə Təbrizin Heydərabad məhəlləsində silahlı insident baş verib.Citypost.az Axar.az-a istinadən xəbər verir ki, bu haqda yerli media məumat yayıb.Məlumata görə, silahlı şəxs məhkəmə vəkili İbrahim Sadiqi və onun ailəsinə atəş açıb.Atəş nəticəsində əslən Qaradağ bölgəsinin Bəhərbəyli kəndindən olan və Piranşəhr (Xana) şəhərinin məhkəmə hakimi işləyən vəkil, həyat yoldaşı və kiçik oğlu həlak olub, azyaşlı qızı isə yaxınlıqdakı yeməkxanaya sığınaraq sağ qalıb.Kimliyi açıqlanmaya qatil özüqnü də vurub, amma ölməyib və yaralı vəziyyətdə həbs edilərək polis nəzarətində xəstəxanaya köçürülüb.Hadisənin səbəblərinin araşdırıldığı bildirilir....
19 Noyabr 2026, 11:30
Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edən şəxslər barəsində qərar verilib
Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair materiallar yaymaqda, SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə ittiham edilən Abdulla İbrahimli, İbrahim Əsədli, Elçin Bayramlı, Mehman Zeynalovun barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.Citypost.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, aşağı instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.Xatırladaq ki, Nizami Rayon Məhkəməsinin hökmünə əsasən, İbrahim Əsədli 2 il, Abdulla İbrahimli 2 il, Elçin Bayramlı 1,5 il, Mehman Zeynalov 1,5 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, ötən il noyabr ayında sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair...
19 Noyabr 2026, 11:25
Sabah respublika üzrə pensiyalar tam ödəniləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
19 Noyabr 2026, 11:18
Gürcüstan DTX-nin rəisi Bakıya səfər edib
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Azərbaycanda səfərdə olan Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Tamaz Boraşvilinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.Bu barədə Citypost.az-a DTX-dən məlumat verilib.Bildirilib ki, general-polkovnik Əli Nağıyev çoxəsrlik tarixə malik Azərbaycan-Gürcüstan əlaqələrinin xalqlarımızın qarşılıqlı hörmət və etimadına, səmimi dostluğuna əsaslandığını, həmçinin ölkələrin rəhbərləri arasında da eyni prinsiplərə söykənən münasibətlərin formalaşdığını qeyd edib.Tamaz Boraşvili öz növbəsində səmimi qəbul üçün minnətdarlığını bildirərək, artan qlobal təhdidlərə qarşı mübarizədə hər iki ölkənin xüsusi xidmət orqanları arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyinə diqqət çəkib.Daha sonra görüş iştirakçıları mövcud strateji tərəfdaşlıq münasibətləri, qarşılıqlı maraq doğuran aktual məsələlər, regionda cərəyan edən...
19 Noyabr 2026, 10:38