Bizə yazın

Baku

-°C

USD

-

Bülbül Fondunun qapalı qapıları arxasında nələr gizlənir? - Kamil Şahverdi gizli qalan detallardan danışdı....

Cəmiyyət 19 Noyabr 2026, 13:03

466

Azərbaycan mədəniyyətindəki problemlər, ziyalılarla xalq arasında yaranan etimadsızlıq və illərdir cavabsız qalan suallar…

Kamil Şahverdi bu yazısında Bülbül Fondunun yerləşdiyi tarixi binanın və paytaxtdakı bir sıra kitabxanaların taleyini gündəmə gətirərək mədəni irsimizin qorunması ilə bağlı ciddi iddialar və suallar ortaya qoyur.

Citypost.az Gununsesi.info-a istinadən xəbər verir ki sözügedən yazını təqdim edir:

“Problemlərdən danışmağa çəkinirlər, hər şeyin yaxşı olduğunu deməklə çatışmazlıqları aradan qaldırmaq mümkün deyil”. (c)Polad Bülbüloğlu.

Cənab Polad Bülbüloğlunun məsləhəti ilə problemlər haqqında açıq danışmağa qərar verdim. Həqiqətən də hər şeyin yaxşı olduğunu deməklə problemləri aradan qaldırmaq mümkün deyil. Ona görə də bu problemləri yaradan səbəblərə diqqət edək.

Noyabrın 13-də Milli Məclisin Mədəniyyət komitəsinin Bülbül fondunda keçirdiyi Azərbaycan mədəni diplomatiyası haqqında ictimai müzakirə bir neçə gündür gündəmi zəbt edib.

Müzakirədə iştirak edən mədəniyyət xadimlərinin fikirləri geniş rezonans doğurub. İnsanlar kütləvi şəkildə səslənən fikirlərə sosial şəbəkələrdə münasibət bildirir, düşündüklərini qeyd edirlər.

Maraqlıdır, bizim bir çox ziyalılar, mədəniyyət xadimləri niyə bu qədər tənqidə məruz qalırlar? Niyə insanlarımız onların səmimiyyətinə inanmır?…

Milli Məclisin Mədəniyyət komitəsinin son iclası bir daha sübut etdi ki, ziyalılarımız ilə xalq arasında ciddi bir uçurum var. Əslində, həmin iclasda qaldırılan problemlərin ciddiliyinə şübhə yoxdur.

Mədəniyyətimizdəki çox dərin və ağrılı problemləri inkar etmək mümkünsüzdür. Bəs onda niyə insanlarımız bizim tanınmış mədəniyyət xadimlərimizin səsləndirdikləri fikirlərə bu qədər kəskin reaksiya verirlər?

Kimsə deyə bilər ki, sosial şəbəkələrdə söylənən fikirləri ciddiyə almaq lazım deyil.

Və yaxud, bir başqası söyləyə bilər ki, bir qrup qaragüruhçunun tənqidləri reallığı əks etdirmir. Amma belə deyil. Ziyalıların fikirlərinə qarşı olan tənqidlər, etirazlar belə kütləvi hal alıbsa, demək ki, məsələ çox ciddi və düşündürücüdür…

Qeyd olunduğu kimi, Milli Məclisin Mədəniyyət komitəsi son toplantısını Parlament binasında deyil, Bülbül fondunda keçirdi.

Bəlkə də, deyəcəksiniz ki, burada qeyri-adi nə var ki? Əslində, həqiqətən də ilk baxışdan qeyri-adi heç nə yoxdur. Amma bir az dərindən düşünəndə bəzi mətləbləblər üzə çıxır.

Bülbül fondu 1997-ci ildə təsis olunub. Lakin bu günə qədər bu fondun keçirdiyi hansısa bir tədbir haqqında heç bir məlumat əldə etmək mümlün deyil.

Nə fondun ünvanı, nə fəaliyyəti, nə üzvləri haqqında heç vaxt heç bir məlumat verilməyib.

Yalnız Bülbül müsabiqəsi keçiriləndə afişalarda fondun adına təşkilatçılar arasında rast gəlmək mümkündür. Belə isə 30 illik gizliliyə son qoymaqda məqsəd nədir?…

Bülbül fondu Bakı şəhərinin mərkəzində, 28 may küçəsi ilə Azadlıq prospektinin kəsişməsində tarixi, memarlı abidəsi kimi qorunan iki mərtəbəli binada yerləşir.

Bu binanın bir hissəsində vaxtı ilə Ənvər Məmmədxanlı adına kütləvi kitabxananın filialı yerləşirdi. Ənvər Məmmədxanlı adına kütləvi kitabxana ölkəmizin ən böyük kitabxanalarından biri idi.

Kitabxana Nizami küçəsi 80/84 ünvanında, filialı isə 28 may küçəsi 32 (o dövrdə 28 aprel) ünvanənda yerləşirdi. Kitabxana fondu 200 mindən artıq idi.

Binanın başqa hissəsində isə 26 Bakı Komissarlarından biri Caparidzenin ev muzeyi yerləşirdi. Bina iki mərtəbəli olsa da, çox böyük və əzəmətlidir.

Müstəqilliyimizin ilk illərində sovet ideologiyasına xidmət edən bir çox ev muzeylər bağlandı. Bu muzeylərin hamısı şəhərin mərkəzində, tarixi binalarda yerləşirdi. Həmin muzeylər olduqca qiymətli eksponatlar, antik mebellərlə zəngin idi.

Şübhəsiz ki, bu muzeylərin bağlanması zamanın tələbi idi. Belə muzeylərin heç bir tarixi-mədəni əhəmiyyəti olmasa da, sovet ideologiyasının təbliğatı üçün vacib sayılırdı.

Ona görə də belə muzeylərə sovet hakimiyyəti ciddi önəm verir və onları qiymətli eksponatlarla təchiz edirdi. Bakıda xeyli sayda belə ev muzeyləri var idi və bu muzeylər şəhərin ən mərkəzi hissəsində, tarixi binalarda yerləşirdi.

Kirovun ev muzeyi Xaqani 18-də, Əzizbəyov ev muzeyi P. Montin küçəsi 105-də (Əlövsət Quliyev küçəsi), Caparidze ev muzeyi 28 Aprel 32 (28 May), Fioletov ev muzeyi 28 Aprel 4 (28 May), Dövlət ateizm muzeyi Menjinski 9 (Həqiqət Rzayeva) və başqa muzeyləri misal çəkmək olar.

1990-cı illərin əvvəllərində ölkəmizdə olduqca gərgin siyasi vəziyyət hökm sürürdü. Bir tərəfdən qonşularımızın torpaq iddiası və sovet qoşunlarının dəstəyi ilə düşmənlərimizin bizə qarşı apardığı müharibə, öz dədə-baba torpaqlarından zorla qovulmuş soydaşlarımızdan ibarət 100 minlərlə qaçqın ordusu və onların problemləri, Respublika rəhbərliyinin səriştəsizliyi və ölkə daxilindəki siyasi çəkişmələr, ağır, dözülməz iqtisadi sosial vəziyyət və müstəqillik uğrunda milli mübarizə fonunda hansısa inqilabçının ev muzeyi kiminsə yadına düşmürdü.

Əlbəttə ki, o dövrdə mədəniyyət naziri olan Polad Bülbüloğlundan başqa. Belə qarışıq vəziyyətdən məharətlə istifadə edən mədəniyyət naziri həmin muzeyləri ləğv edib nazirliyin balansından sildi, içindəki qiymətli eksponatları və antik mebelləri rahatlıqla satdı, mənzilləri isə özünün və yaxın qohumlarının adına keçirtdi.

Bundan sonra cənab nazir ölkə ərazisində yerləşən minlərlə kitabxanalara qənim kəsildi. Bu kitabxanaların ümumi siyahısı dərc olunarsa, bir neçə cild kitab alınar. Mən Bakı şəhərində fəaliyyət göstərən və Polad Bülbüloğlu tərəfindən zəbt edilərək satılan bəzi kitabxanaları qeyd etməklə fikrimi əsaslandırmaq istəyirəm.

Ənvər Məmmədxanlı adına Kütləvi Kitabxananın filialı, 28 May küçəsi 32 (28 Aprel), 1993-cü ildə ləğv edildi və binası Polad Bülbüloğlu tərəfindən mənimsənildi.

Ənvər Məmmədxanll adına kütləvi kitabxana, Nizami küçəsi 80/84, (kitab fondu 200 mindən artıq), 2004-cü ildə bir hissəsi satıldı, 2006-cı ildə kitabxana ləğv edildi və yerləşdiyi məkqn mənimsənilərək satıldı.

Bayıl qəsəbə kitabxanası (20-ci sahə), 1999-cu ildə kitabxana ləğv edildi və ərazisi satıldı.

Qaydar adına Uşaq kitabxanası, 1996-cı ildə qeyri-qanuni fəaliyyəti dayandırıldı və ərazisi satıldı.

A.Şaiq adına Uşaq kitabxanası, Təbriz küçəsi, ( kitab fondu 50 mindən artıq), 1999-cu ildə qeyri-qanuni bağlandı və ərazisi satıldı.

Abbas Səhhət adına Uşaq kitabxanası (3-cü mikrorayon), 2004-cü ildə ləğv edildi. Bu kitabxananın iki mərtəbəli öz binası var idi. Bina qarışıq ərazisi satıldı.

Bakı şəhəri Kütləvi kitabxana, Bülbül prospekti (Dəri-Zöhrəvi Dispanserin yanında), 2004-cü ildə ləğv edildi və yerləşdiyi məkanda kommersiya obyekti açıldı.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası, Nəriman Nərimanov pr. 203 (Sovet küçəsi), 1996-2000-ci illərdə ktabxananın böyük hissəsi (80%-i) kommersiya şirkətlərinə satıldı.

(Kitabxananın böyük hissəsi avtosalona və bir neçə başqa obyektlərə satıldı).

M. Ş. Vazeh adına Mərkəzi Kitabxana, Zərdabi küçəsi 68, 9 mərtəbəli binanın 1-ci mərtəbəsi (kitab fondu 250 mindən artıq), 1995-1997-ci illərdə kitabxananın yerləşdiyi məkan 5 hissəyə bölünərək satıldı. Hal-hazırda həmin məkanda 5 obyekt fəaliyyət göstərir və kitabxana məkanən 5/1 hissəsinə sığınıb.

V. Korolenko adına Gənclər Kitabxanası, Gəraybəyli küçəsi 71, 1995-ci ildə kitabxananın yarıdan çox hissəsi kommersiya şirkətinə satıldı.

Xətai adına Kütləvi Kitabxana, M. Hadi küçəsi 63 (kitab fondu 70 mindən artıq), 2000-ci illərin əvvəlində ləğv edildi və yerləşdiyi məkan satıldı.

Ləğv edilən, bağlanan, ərazisi və yerləşdiyi məkanı satılan kitabxanaların tam siyahısını sonsuza qədər davam etdirmək olar. Mən yalnız Bakı şəhərində ləğv edilmiş bir neçə kitabxananı nümunə kimi qeyd etdim. Bura vaxtı ilə ölkə ərazisində olan və Polad Bülbüloğlu tərəfindən mənimsənilərək satılan çox saylı mədəniyyət evlərini, klubları, kinoteatrları, sərgi salonlarını və s. əlavə etsək, təsəvvür edin, nə boyda siyahı alınacaq.

Hələ ki, bununla kifayətlənirəm. Çünki yazının bu hissəsində məqsədim Bülbül fondu ilə bağlı gizli saxlanılan məlumatlara aydınlıq gətirməkdir.

Fikir verdinizsə, Bakı şəhərinin mərkəzində, 28 May küçəsi və Azadlıq prospektinin kəsişməsində yerləşən iki mərtəbəli tarixi binada vaxtı ilə Ə. Məmmədxanlı adına Kütləvi Kitaxananın filialı və Caparidzenin ev muzeyi yerləşirdi. İndi bu möhtəşəm tarixi binanın ikinci mərtəbəsində Büıbül fondu (2000 kv.m yaxın), birinci mərtəbəsində isə “Music Gallery” mağazası yerləşir.

Dövlətə məxsus olan bu əmlakı Polad Bülbüloğlu ata malı kimi mənimsəyib adına keçirdib. Ona görə də mənimsədiyi həmin ünvanda yerləşən Bülbül fondu haqqında bu günə qədər heç yerdə heç bir məlumat verilmirdi ki, kimsə duyuq düşməsin. Yeri gəlmişkən, “Music Gallery” mağazalar şəbəkəsinin də kimə məxsus olması çox maraqlıdır…

Milli Məclis rəhbərliyi Mədəniyyət komitəsinin korrupsiya yolu ilə mənimsənilmiş bir məkanda toplanmasına, məncə, icazə verməməlidir.

Qeyd: Yazının ardı var. Yazının davamında Mədəniyyət komitəsinin Bülbül fondunda toplanmasına aydınlıq gətiriləcək.

Problemlərinizi bizə bildirin

077 323 55 66

BDU-da ilk rəhbərdən ilk qadın rektora qədər - Sayca 27-cidir

Xəbər verdiyimiz kimi, Məleykə Abbaszadə​ Dövlət İmtahan Mərkəzinin sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinə rektor təyin olunub.“Qafqazinfo” xəbər verir ki, bununla Məleykə Abbaszadə BDU tarixində ilk qadın rektor olub.BDU-nun rektorları siyahısına nəzər saldıqda, Məleykə Abbaszadə universitetin sayca 27-ci rektorudur.BDU-nun ilk rektoru Vasili Razumovski olub. Cəmi bir il universitetə rektorluq edən V.Razumovski tarixə həm də Azərbaycanın ilk rektoru kimi düşüb.Daha sonra Sergey Nikolayeviç Davidenkov (1920-23), Aleksandr Dmitriyeviç Qulyayev (1923-1926), Tağı Şahbazi Simurğ (1926-1929), Vladimir Yelpatyevski (1929), Maqsud Məmmədov (1929-1930), Məmmədkazım Ələkbərli (1934-1935), Bala bəy Həsənbəyov (1935-1937), Əziz Əliyev (1937), Cəbrayıl Ələsgərov (1937-1941), akademik Şamil Əliyev (1941-1944), Abdulla Qarayev (1944-1950), Cəfər...

19 Noyabr 2026, 13:08

Xəzər 800 metr geri çəkilib: Quruda qalan sahələrdən necə istifadə olunacaq?

"Xəzər dənizində suyun mövcud sahil xəttindən geri çəkilməsi bəzi hallarda 800 metrə çatır".Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədr müavini Fərid Cəfərov noyabrın 19-da keçirilən brifinqdə deyib.Onun sözlərinə görə, bu, kifayət qədər böyük ərazidir:"Amma mövcud qanunvericiliklə həmin ərazilər onsuz da dənizin akvatoriyasına aid torpaqlardır və bu gün də o hüquqi statusunu saxlayır. Xəzər dənizinin sahil zolağı Nazirlər Kabinetinin 24 avqust 2016-cı il tarixli qərarı ilə müəyyən olunub. Yəni biz ora sıfır xətti deyirik: dənizin sahillə təmasının sıfır xətti. Ona uyğun olaraq da...

19 Noyabr 2026, 12:43

DİM-in yeni sədri o olacaq?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. M.Abbaszadə digər sərəncamla Bakı Dövlət Universitetinin rektoru təyin olunub.Citypost.az “Yeni Sabah” a istinadən xəbər verir ki, bir müddət əvvəl saytımıza açıqlamasında keçmiş deputat Etibar Əliyev DİM rəhbərinin dəyişəcəyi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin hazırkı  rektoru Rüfət Əzizovun bu quruma sədr təyin olunacağı haqda açıqlama vermişdi.46 yaşlı rektor 2023-2025-ci illərdə Sumqayıt Dövlət Universitetinin rektoru, 2021–2023-cü illərdə isə Təhsil İnstitutunun direktoru vəzifəsində çalışıb. İnternetdən sifarişQeyd edək ki, R.Əzizov iddia ilə bağlı nisbətən ehtiyatlı cavab vermişdi:“Əvvəl Təhsil İnstitutunun direktoru, sonra Sumqayıt Dövlət...

19 Noyabr 2026, 12:35

Deputatdan pabda oxuyan Xalq artistinə: "Sənətini harada gəldi nümayiş etdirməməlidir"

Xalq artisti Könül Xasıyevanın pab açılışında muğam ifa etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.Citypost.az xəbər verir ki, çıxış birmənalı qarşılanmayıb.Sosial şəbəkə istifadəçilərinin bir qismi Könül Xasıyevanın addımını dəstəkləsə də, digərləri Xalq artisti statusu daşıyan sənətkarın bu cür məkanlarda səhnəyə çıxmasını doğru hesab etməyiblər.Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Elnarə Akimova da sənətçinin pab açılışında çıxışını təqdir etmədiyini bildirib.Deputat qeyd edib ki, gənclərin muğama maraq göstərməsi və milli musiqi dəyərlərinə yiyələnməsi baxımından müsbət hal olsa da, sənətin təqdim olunduğu məkan diqqətdə saxlanılmalıdır."Mən həmin videoya baxmışam. Düzdür, gəncliyin muğama köklənməsi, bu dəyərlərin aşılanması, onlara sahib çıxılması...

19 Noyabr 2026, 12:15

BDU-nun müəllimi rektorun qurbanı olub? – Xanımı danışdı

İnformasiyanı bilirsiniz, xəbər doğrudur. O, bir rektorun qurbanı oldu.Bu sözləri Kult.az-a açıqlamasında tanınmış jurnalist Şərəf Cəlili həyat yoldaşı, Bakı Dövlət Universitetinin müəllimi Nəriman Süleymanovun qəfil vəfatı ilə bağlı danışarkən deyib.”Sərəncama diqqət edin, bu barədə sonra açıqlama olacaq”, - Ş.Cəlili bildirib və əlavə açıqlamadan imtina edib.Şərəf Cəlilinin bu gün BDU-nun rektoru Elçin Babayevin vəzifədən azad edilməsini nəzərdə tutduğu təxmin edilir. Ancaq təfərrüat məlum deyil.Xatırladaq ki, bir neçə gün öncə N.Süleymanovun adı tələbələrinə qarşı qeyri-etik hərəkətlərə yol verməkdə hallanmışdı.N.Süleymanov 1967-ci ildə İsmayıllı rayonunun Quşencə kəndidə doğulub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsində 1990-95-ci illərdə təhsil alıb. O, ali təhsilindən sonra fəaliyyətini BDU-da davam...

19 Noyabr 2026, 12:11

DTX rəis müavini: Dövlət informasiya resurslarına hücumlar qeydə alınıb

Son dövrlərdə Azərbaycanın bəzi informasiya resurslarına, xüsusilə gov.az seqmentinə qarşı da DDoS və digər xarakterli kiberhücumlar həyata keçirilib.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini Həsən Mansurov “Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans”da çıxışı zamanı deyib.Onun sözlərinə görə, belə hadisələr kibertəhdidlərin milli təhlükəsizlik üçün real nəticələr doğura biləcəyini göstərir.Rəis müavini əlavə edib ki, son illərdə ölkələrin enerji infrastrukturları da irimiqyaslı kiberhücumlarla üzləşir: “Bu ilin oktyabrında Avropa ölkələrindən təkcə birində dövlətin rəqəmsal xidmətlərinə qarşı kiberhücum zamanı təxminən 11 milyon sorğu vasitəsilə 750 minə yaxın fərdi identifikasiya nömrəsinə aid məlumatlar icazəsiz ələ keçirilib”....

19 Noyabr 2026, 12:08