Dövlət Komitəsində UN-Habitat-ın nümayəndələri ilə görüş keçirilib
Cəmiyyət 19 Noyabr 2026, 20:00
349
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində UN-Habitat-ın Azərbaycandakı Ölkə Ofisinin rəhbəri və Regional Proqramlar Şöbəsinin Şəhər Laboratoriyası Proqramının nümayəndələri ilə görüş keçirilib.
Citypost.az xəbər verir ki, Komitə sədrinin müavini Fuad Hüseynov qonaqlara işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı və məskunlaşma prosesinin təşkili ilə bağlı görülən tədbirlər barədə məlumat verib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində məqsədyönlü, ardıcıl iş aparıldığını bildirən sədr müavini, qeyd edib ki, həmin kateqoriyadan şəxslərin sosial müdafiəsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və həyat səviyyəsinin yüksəldilməsi daim diqqətdə saxlanılır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da qaçqın və məcburi köçkünlərin problemlərinə xüsusi həssaslıqla yanaşdığı, onlara hərtərəfli humanitar dəstək göstərdiyi vurğulanıb.
Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin uğurla davam etdirildiyi, yaşayış məntəqələrində zəruri infrastruktur yaradıldıqdan, evlərin tikintisi və təmir-bərpa işləri başa çatdıqdan sonra keçmiş məcburi köçkünlərin həmin ərazilərə köçürüldüyü bildirilib. Xatırladılıb ki, indiyədək 50 yaşayış məntəqəsində daimi məskunlaşma həyata keçirilib. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 100 minə yaxın insan yaşayır, işləyir və təhsil alır.
Qayıdış prosesinin planlı təşkili məqsədilə köçürülmə öncəsi keçmiş məcburi köçkünlər arasında sosioloji sorğular keçirilir. Sorğular zamanı ailələrin qayıdış niyyəti, sosial vəziyyəti, ailə tərkibi və digər ehtiyacları öyrənilir. Əldə olunan məlumatlar təhlil edilərək köçürülmənin planlaşdırılmasında nəzərə alınır.
Həmçinin oxuyun
Mənzillərin ailələr arasında bölüşdürülməsinin şəffaf və ədalətli təşkili məqsədilə püşkatma keçirilir. Ailələrə təqdim ediləcək mənzillərin yerləşmə yeri və mərtəbəsi püşkatma yolu ilə müəyyənləşdirilir. Köçürülmədən əvvəl ailələrin tibbi müayinəsi, köç günü nəqliyyat təminatı, mənzillərin açarlarının təqdim edilməsi və müvafiq sənədləşmə işləri də təşkil olunur.
Görüşdə mina təhlükəsi və onun Böyük Qayıdış prosesinə təsiri məsələsi də diqqətə çatdırılıb. Bildirilib ki, mina və partlamamış hərbi sursatlar əhalinin təhlükəsizliyi və azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması qarşısında ciddi çağırış olaraq qalır. Bu təhlükə barədə əhalinin məlumatlılığının artırılması, təhlükəsiz davranış qaydalarının aşılanması məqsədilə mütəmadi maarifləndirici tədbirlər keçirilir. Həmin tədbirlərdə mina və partlamamış hərbi sursatların yaratdığı risklər, təhlükəli ərazilərdə davranış qaydaları və şübhəli əşyalar aşkar edildikdə görülməli tədbirlər izah olunur.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Yeni rektor BDU-nun kollektivinə təqdim olunub
Bakı Dövlət Universitetinə (BDU) rektor təyin edilən Məleykə Abbaszadə kollektivə təqdim olunub.Citypost.az xəbər verir ki, yeni rektoru kollektivə elm və təhsil naziri Emin Əmrullayev təqdim edib.Qeyd edək ki, bu gun Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Səfəralı oğlu Babayev BDU-nun rektoru vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək BDU-nun rektoru təyin olunub....
19 Noyabr 2026, 19:25
Neftçalanın icra başçısı səyyar qəbul keçirib
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Dördlər kənd sakinləri ilə keçirib.Citypost.az xəbər verir ki, səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, dövlət müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Səyyar qəbul zamanı Xol Qarabucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və kənd ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri haqqında...
19 Noyabr 2026, 18:35
Baş redaktora ağır itki üz verdi
Mədəniyyət Nazirliyinin media orqanı olan “Medeniyyet.info.az” saytının baş redaktoru Vüqar Əliyevə ağır itki üz vürib.Citypost.az xəbər verir ki, baş redaktorun atası Mükafat Əliyev vəfat edib.Bu barədə məlumatı jurnalistin dostları bildiriblər.Allah rəhmət eləsin
19 Noyabr 2026, 18:28
Hərbi çağırışda gözlənilməz yoxlama - Bir qərarla hər şey dəyişə bilər!
Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların tibbi şəhadətləndirilməsinin hansı qaydada aparıldığı açıqlanıb.Bu barədə Citypost.az-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib Bildirilib ki, vətəndaşlar qeydiyyatda olduqları rayon (şəhər) üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin baş idarə, idarə, şöbə və ya bölmələrinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilirlər.Tibbi baxış zamanı vətəndaşlar zəruri laborator və instrumental müayinələrə göndərilir. Ehtiyac yarandıqda isə tibb müəssisələrində əlavə müayinələr təşkil olunur.Vətəndaşların sağlamlıq vəziyyəti ilə bağlı yekun qərar Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun olaraq qəbul...
19 Noyabr 2026, 18:18
10 ay ərzində narkotiklə bağlı 4 731 nəfər tutulub
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı bu ilin 10 ayı ərzində cinayət məsuliyyətinə 4731 nəfər cəlb edilib, onlardan 4603-ü kişi, 128-i qadın olub.Bu barədə Citypost.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.O bildirib ki, məsuliyyətə cəlb edilmiş 60 xarici ölkə vətəndaşından ümumilikdə 690 kq 686,733 qr və 2 778 ədəd həb müxtəlif növ narkotik vasitələr, 3 həb güclü təsir edən maddə və 3 ədəd (880 qr) çətənə bitkisi götürülüb.Təhlil göstərir ki, 2025-ci ilin yanvar-oktyabr ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar...
19 Noyabr 2026, 17:52
“Bum” sərhəd komendantlığı xidməti istifadəyə verildi
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Şəki" sərhəd dəstəsinin xidməti ərazisində əsaslı təmir olunan "Bum" sərhəd komendantlığı şəxsi heyətin istifadəsinə verilib.Bu barədə Citypost.az-a DSX-dən məlumat verilib.Bildirilib ki, tədbirdə çıxış zamanı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin olunmasına, sərhəd infrastrukturunun müasirləşdirilməsinə göstərdiyi xüsusi diqqət və qayğını vurğulayan DSX-nın rəisi general-polkovnik Elçin Quliyev bu istiqamətdə həyata keçirilən tədbirlərin ardıcıl və sistemli xarakter daşıdığını bildirib.Qeyd olunub ki, Azərbaycanın sərhəd təhlükəsizliyinin daha da gücləndirilməsi, sərhəd mühafizəsinin müasir çağırışlara uyğun təşkili, hərbi hissə və bölmələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür. Müasir sərhəd infrastrukturunun formalaşdırılması...
19 Noyabr 2026, 17:49