XTQ-də hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
Hərbi 19 Noyabr 2026, 19:40
395
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində bir qrup hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb.
Müdafiə Nazirliyindən Citypost.az-a verilən xəbərə görə, toplanışa qəbul edilən hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat vasitələri ilə təmin olunub.
Sonra toplanışın başlanması ilə əlaqədar təntənəli mərasim keçirilib. Çıxış edənlər toplanışın ehtiyatda olan hərbi vəzifəlilərin nəzəri biliklərinin və praktiki vərdişlərinin artırılması, eləcə də döyüş hazırlığının yüksəldilməsində mühüm əhəmiyyət daşıdığını iştirakçıların diqqətinə çatdırıb. Tədbir hərbi vəzifəlilərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.
Həmçinin oxuyun
Sonra toplanışın proqramına uyğun olaraq şəxsi heyətə Azərbaycan Ordusunun arsenalında olan müasir silah və texnikalar, hərbi-texniki vasitələr barədə ətraflı məlumatlar verilib.
Qeyd edək ki, toplanış çərçivəsində hərbi vəzifəlilərə real döyüş şəraitinə uyğunlaşdırılmış taktiki və digər hazırlıqlar üzrə nəzəri-praktiki məşğələlər keçiriləcək, eləcə də müasir döyüşaparma və özünümüdafiə üsulları öyrədiləcək.
Gürcüstan hərbi heyəti Azərbaycan Ordusu ilə tanış olub
Gürcüstan Müdafiə Qüvvələri komandanı general-leytenant Giorgi Matiaşvili və onu müşayiət edən nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.Müdafiə Nazirliyindən Citypost.az-a verilən məlumata görə, səfər proqramına uyğun olaraq, Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və qonaqlar Hərbi Dəniz Qüvvələrinin (HDQ) N hərbi hissəsində olublar. Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şahin Məmmədov nümayəndə heyətinə HDQ-nin fəaliyyəti və həyata keçirilən islahatlar barədə məlumat verib. Sonra nümayəndə heyəti HDQ-də istifadədə olan hərbi-texniki vasitələrin sərgisi ilə tanış olub, dəniz xüsusi təyinatlıları tərəfindən təqdim edilən nümayiş məşğələsini izləyib.Görüşdə, həmçinin ölkələrin HDQ-ləri arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsi sahələrində əlaqələrin...
18 Noyabr 2026, 19:32
Ədalət Verdiyev: Xankəndi paradı Azərbaycanın tarixi Qələbəsinin təcəssümüdür
Hərbi ekspert Ədalət Verdiyev Xankəndi şəhərində keçirilən hərbi paradın Azərbaycanın hərb tarixində xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, bu parad ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərpasının, eləcə də erməni separatizminə son qoyulmasının rəmzi hadisələrindən biridir.Citypost.az xəbər verir ki, hərbi ekspert sosial şəbəkə hesabında paylaşım edərək Xankəndidə keçirilən paradın tarixi əhəmiyyətinə diqqət çəkib.Ədalət Verdiyev qeyd edib ki, qəhrəman Azərbaycan Ordusunun iştirakı ilə keçirilən hərbi parad ölkəmizin gücünü, hərbi qüdrətini və əldə etdiyi tarixi Zəfəri nümayiş etdirən mühüm hadisədir. Ekspertin fikrincə, həmin parad Azərbaycan ərazisində erməni separatizminin sona çatmasının rəmzi kimi tarixə düşübXatırladaq ki, Xankəndi şəhərində ilk hərbi parad 8 noyabr...
06 Noyabr 2026, 08:42
Antiterror əməliyyatından bəhs edən “23 saat 43 dəqiqə” kitabı təqdim olunub
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-ci il üçün elan etdiyi orta qrant müsabiqəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun icra etdiyi “Antiterror əməliyyatı mövzusunda bədii əsərin işlənməsi” layihəsi çərçivəsində nəşr edilmiş “23 saat 43 dəqiqə” kitabının təqdimat mərasimi keçirilib. Citypost.az Herbiand.az-a istinadən xəbər verir ki, 30 oktyabr tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının akt zalında baş tutan tədbirdə ictimaiyyət nümayəndələri, qazilər, media mənsubları, eləcə də 52 antiterror şəhidinin respublikamızın ən müxtəlif guşələrindən gəlmiş ailə üzvləri iştirak ediblər.Şəhidlərin xatirəsini anmaqla və Azərbaycan himninin sədaları altında başlanan tədbirdə ilk olaraq kitabın baş rəyçisi, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının dosenti,...
02 Noyabr 2026, 13:35
Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - “Forbes”
Azərbaycan hərbi hava qüvvələrini sürətlə gücləndirir və 4,2 milyard dollar dəyərində 40 müasir “JF-17C Block III” qırıcı təyyarəsinin alınmasını təsdiqləyir.Citypost.az “Yeni Sabah”a istinadla xəbər verir ki, bu barədə “Forbes” jurnalı yazıb.Nəşrin məlumatına görə, bu, ölkə tarixində ən böyük döyüş təyyarəsi alışıdır. pizzaKöhnəlmiş “MiG-29” təyyarələrini əvəz edəcək bu 4,5 nəsil təyyarələr Bakını Cənubi Qafqazın ən güclü hava qüvvələri səviyyəsinə çatdıracaq. Azərbaycan mövcud arsenalına Rusiya “S-300” və İsrail “Barak”larını da daxil edən yeni Çin strateji “HQ-9BE” hava hücumundan müdafiə sistemlərini də nümayiş etdirib.Milyardlarla dollarlıq investisiya martın 5-də Naxçıvana edilən dron hücumundan sonra qoyulub. İranla müharibənin başlamasından bəri Azərbaycana heç bir zərbə dəyməyib.İyulun...
03 Avqust 2026, 11:17
Trampın son qərarının arxasında kim dayanır?
ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi addım atmaq qərarından imtina etməsində Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın rol oynadığı iddia edilir.
03 Avqust 2026, 10:32
65 yaşa çatdıqdan sonra pensiya kapitalı aylıq ödənişə əlavə olunurmu?
İkinci qrup əlilliyi olan və uzun illərdir ömürlük pensiya alan vətəndaşların ən çox ünvanladıqları suallardan biri də pensiya kapitalının sonradan aylıq ödənişlərə necə təsir etməsi ilə bağlıdır. Xüsusilə əmək fəaliyyətini davam etdirən, rəsmi şəkildə işləyən və fərdi hesabında müəyyən məbləğdə pensiya kapitalı toplanan şəxslər bu vəsaitin gələcəkdə pensiyalarına əlavə olunub-olunmayacağını öyrənmək istəyirlər.Citypost.az-ın məlumatına görə, hüquq mütəxəssislərinin sözlərinə görə, əgər vətəndaşa əlilliyə görə əmək pensiyası təyin olunubsa və həmin müddətdə onun fərdi hesabında pensiya kapitalı formalaşıbsa, bu kapital sonrakı mərhələdə pensiya məbləğinin artmasına təsir göstərə bilər.Mütəxəssislər bildirirlər ki, Azərbaycan qanunvericiliyinə əsasən əmək pensiyaları üç əsas növə bölünür: yaşa görə əmək pensiyası,...
30 İyun 2026, 09:28