Sərraf Balaxan Məleykə Abbaszadə haqqında: “Yüz minlərlə kənd uşağının ümidi olub”
Cəmiyyət 20 Noyabr 2026, 00:41
316
Ədəbiyyatşünas Sərraf Balaxan Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin Sabiq sədri , Bakı Dövlət Universitetinin yeni rektoru Məleykə Abbaszadə haqqında paylaşım edib.
Citypost.az xəbər verir ki, ədəbiyyatşünas Məleykə Abbaszadənin kənd yerlərində böyüyən, ağır zəhmətə baxmayaraq təhsildən və mütaliədən uzaqlaşmayan uşaqlar üçün bir ümid mənbəyi olduğunu bildirib.
Sərraf Balaxan qeyd edib ki, pambıq və taxıl sahələrində, meyvə bağlarında, bostanlarda çalışan, mal-qara saxlayan, eyni zamanda kitabı əlindən yerə qoymayan yüz minlərlə kənd uşağı Məleykə Abbaszadəni özünə örnək və ümid kimi görüb.
Həmçinin oxuyun
“Məleykə Abbaszadə pambıq və taxıl sahələrində, meyvə bağlarında, bostanlarda çalışan, mal-qara saxlayan, amma kitabı da əlindən yerə qoymayan yüz minlərlə mənim kimi kənd uşağının ümidi olub və bu ümid heç zaman sarsılmayıb”, – deyə ədəbiyyatşünas vurğulayıb.
Turan
Nigar Sabirqızı Nəriman Qocatürklə bağlı paylaşım edib: “Bu gün onun haqqında deyilənlərə inanmağım gəlmir”
İTV-nin aparıcısı, tanınmış jurnalist Nigar Sabirqızı BDU-nun dosenti Nəriman Süleymanovun (Qocatürk) vəfatı ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.Jurnalist bildirib ki, Nəriman Qocatürklə uzun illər əvvəl Azərbaycan Radiosunda birgə çalışıb və onu yaddaşında son dərəcə mədəni, düzgün insan kimi saxlayıb.Nigar Sabirqızı qeyd edib ki, bu səbəbdən bu gün onun haqqında səsləndirilən fikirlərə inanmaqda çətinlik çəkir. Bununla belə, şəxsi təəssüratlarına əsaslanaraq həmin deyilənlərin həqiqətə uyğun olmadığını da iddia edə bilməyəcəyini vurğulayıb.“Çünki kimisə müdafiə edərkən başqa bir insanın...” – deyə jurnalist paylaşımında fikrini yarımçıq saxlayıb.Qeyd edək ki, xəbər verdiyimiz kimi, bu gün Bakı Dövlət Universitetinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti Nəriman...
20 Noyabr 2026, 00:36
Polad Həşimovun topladığı bitkilər elmi-tədqiqata cəlb edilib
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun son döyüşündən əvvəl öz əlləri ilə topladığı şəfalı bitkilər Azərbaycan Tibb Universitetində (ATU) elmi-tədqiqata cəlb olunub. Generalın ailəsinə sevgisinin, doğma torpağa bağlılığının və təbiətə bələdliyinin izlərini daşıyan bu bitkilərin araşdırılması isə olduqca təsirli tarixçəyə malikdir.Bu barədə universitetdən Citypost.az-a məlumat verilib.Generalın əllərindən ATU laboratoriyasına qədər yol alan bitkilər1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində dünyaya göz açan Polad Həşimov uşaqlıqdan təbiətə, dağlara, bitkilərə yaxından bələd olub. Doğma torpağın hər qarışını sevən generalın bu bağlılığı ailəsi üçün etdiyi kiçik, lakin mənalı bir hərəkətdə də özünü göstərib.Həyat yoldaşı Ofeliya xanımın sözlərinə görə, Polad Həşimov sonuncu döyüşünə yollanmazdan əvvəl...
19 Noyabr 2026, 23:41
Eşqi Bağırov sabiq naziri rəhbər gətirdi
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmri ilə İlhamə Abdullayeva Sumqayıt Regional Təhsil İdarəsinin müdiri vəzifəsindən azad edilərək Təhsil Agentliyinin şöbə müdiri təyin olunub.Citypost.az xəbər verir ki, Sumqayıt Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə isə Naxçıvan Muxtar Respublikasının sabiq təhsil naziri Elxan Nəcəfov təyin edilib.Yaxın günlərdə hər iki şəxs yeni vəzifələrinin icrasına başlayacaq.(Denmedia.az)
19 Noyabr 2026, 23:24
Bakı küçəsi olan Vyetnama səfər: Heydər Əliyevin izi ilə...
Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri Azərbaycanın Asiya siyasətinin coğrafiyasını və iqtisadi imkanlarını genişləndirən mühüm hadisədir. On iki il əvvəl Hanoya səfər edən dövlət başçısı indi dünyanın sürətlə inkişaf edən iqtisadiyyatlarından biri ilə strateji tərəfdaşlıq münasibətləri qurmuş ölkənin rəhbəri kimi gedir. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın Bakıya səfəri zamanı imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkənin münasibətlərində yeni mərhələnin siyasi əsaslarını yaratdı. İndi Azərbaycanla Vyetnam arasında tarixi dostluq münasibətlərinin böyük iqtisadi layihələrə, qarşılıqlı investisiyalara, sənaye və texnoloji əməkdaşlığa çevrilməsi üçün əlverişli şərait yaranıb.Azərbaycanın Vyetnamla münasibətlərinin tarixi dövlət müstəqilliyimizin bərpasından əvvəlki onilliklərə gedib çıxır. Dünyanın...
19 Noyabr 2026, 22:36
“Eternity-2026”: Azərbaycan-Gürcüstan nümayəndələrinin görüşü keçirilib
“Eternity-2026” kompüter dəstəkli birgə komanda-qərargah təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etmək məqsədilə Gürcüstan Müdafiə Qüvvələri komandanının müavini general-mayor İrakli Çiçinadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. Citypost.az xəbər verir ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində qonaqlarla görüşən general-leytenant Azər Əliyev Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə keçirilən təlimin regional təhlükəsizlik və hərbi əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.Səmimi qəbula və göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən general-mayor İ.Çiçinadze təlimin peşəkarlıqla təşkil olunduğunu diqqətə çatdırıb, bu cür birgə fəaliyyətlərin ordularımız arasında təcrübə mübadiləsinin genişləndirilməsinə mühüm töhfə verdiyini qeyd edib.Tərəflər, həmçinin bölgədəki strateji və iqtisadi layihələrin etibarlı mühafizəsinin təşkili,...
19 Noyabr 2026, 21:08
Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin kollektivi ilə vidalaşıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 noyabr 2026-cı il tarixli Sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru təyin olunan Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin kollektivi ilə görüşərək vidalaşıb.DİM-dən Citypost.az-a verilən məlumata görə, görüşdə M.Abbaszadə uzun illər rəhbərlik etdiyi qurumun kollektivi qarşısında çıxış edib, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, eləcə də Dövlət İmtahan Mərkəzinin formalaşması və inkişafı istiqamətində keçdiyi yola nəzər salıb, bu müddət ərzində həyata keçirilən işlərdən, əldə olunan nailiyyətlərdən və qarşıya qoyulan vəzifələrdən danışıb.O, Mərkəzin fəaliyyətində kollektivin əməyini, peşəkarlığını və fədakarlığını xüsusi qeyd edərək, qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində hər bir əməkdaşın töhfəsinin əhəmiyyətini vurğulayıb.Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin kollektivinə...
19 Noyabr 2026, 20:47