“Eternity-2026”: Azərbaycan-Gürcüstan nümayəndələrinin görüşü keçirilib
Cəmiyyət 19 Noyabr 2026, 21:08
345
“Eternity-2026” kompüter dəstəkli birgə komanda-qərargah təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etmək məqsədilə Gürcüstan Müdafiə Qüvvələri komandanının müavini general-mayor İrakli Çiçinadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Citypost.az xəbər verir ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində qonaqlarla görüşən general-leytenant Azər Əliyev Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə keçirilən təlimin regional təhlükəsizlik və hərbi əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Səmimi qəbula və göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən general-mayor İ.Çiçinadze təlimin peşəkarlıqla təşkil olunduğunu diqqətə çatdırıb, bu cür birgə fəaliyyətlərin ordularımız arasında təcrübə mübadiləsinin genişləndirilməsinə mühüm töhfə verdiyini qeyd edib.
Tərəflər, həmçinin bölgədəki strateji və iqtisadi layihələrin etibarlı mühafizəsinin təşkili, eləcə də qərargahlar arasında operativ əlaqələndirmə məsələlərini müzakirə ediblər.
Həmçinin oxuyun
Sonra nümayəndə heyətinə “Eternity-2026” təliminin məqsədi, mərhələləri və təşkilati işlərlə bağlı görülən tədbirlər barədə ətraflı məlumat verilib.
Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin kollektivi ilə vidalaşıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 noyabr 2026-cı il tarixli Sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru təyin olunan Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin kollektivi ilə görüşərək vidalaşıb.DİM-dən Citypost.az-a verilən məlumata görə, görüşdə M.Abbaszadə uzun illər rəhbərlik etdiyi qurumun kollektivi qarşısında çıxış edib, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, eləcə də Dövlət İmtahan Mərkəzinin formalaşması və inkişafı istiqamətində keçdiyi yola nəzər salıb, bu müddət ərzində həyata keçirilən işlərdən, əldə olunan nailiyyətlərdən və qarşıya qoyulan vəzifələrdən danışıb.O, Mərkəzin fəaliyyətində kollektivin əməyini, peşəkarlığını və fədakarlığını xüsusi qeyd edərək, qarşıya qoyulan məqsədlərin həyata keçirilməsində hər bir əməkdaşın töhfəsinin əhəmiyyətini vurğulayıb.Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin kollektivinə...
19 Noyabr 2026, 20:47
Dövlət Komitəsində UN-Habitat-ın nümayəndələri ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində UN-Habitat-ın Azərbaycandakı Ölkə Ofisinin rəhbəri və Regional Proqramlar Şöbəsinin Şəhər Laboratoriyası Proqramının nümayəndələri ilə görüş keçirilib.Citypost.az xəbər verir ki, Komitə sədrinin müavini Fuad Hüseynov qonaqlara işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı və məskunlaşma prosesinin təşkili ilə bağlı görülən tədbirlər barədə məlumat verib.Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində məqsədyönlü, ardıcıl iş aparıldığını bildirən sədr müavini, qeyd edib ki, həmin kateqoriyadan şəxslərin sosial müdafiəsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və həyat səviyyəsinin yüksəldilməsi daim diqqətdə saxlanılır. Birinci vitse-prezident Mehriban xanım...
19 Noyabr 2026, 20:00
Yeni rektor BDU-nun kollektivinə təqdim olunub
Bakı Dövlət Universitetinə (BDU) rektor təyin edilən Məleykə Abbaszadə kollektivə təqdim olunub.Citypost.az xəbər verir ki, yeni rektoru kollektivə elm və təhsil naziri Emin Əmrullayev təqdim edib.Qeyd edək ki, bu gun Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Səfəralı oğlu Babayev BDU-nun rektoru vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək BDU-nun rektoru təyin olunub....
19 Noyabr 2026, 19:25
Neftçalanın icra başçısı səyyar qəbul keçirib
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Dördlər kənd sakinləri ilə keçirib.Citypost.az xəbər verir ki, səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, dövlət müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Səyyar qəbul zamanı Xol Qarabucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və kənd ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri haqqında...
19 Noyabr 2026, 18:35
Baş redaktora ağır itki üz verdi
Mədəniyyət Nazirliyinin media orqanı olan “Medeniyyet.info.az” saytının baş redaktoru Vüqar Əliyevə ağır itki üz vürib.Citypost.az xəbər verir ki, baş redaktorun atası Mükafat Əliyev vəfat edib.Bu barədə məlumatı jurnalistin dostları bildiriblər.Allah rəhmət eləsin
19 Noyabr 2026, 18:28
Hərbi çağırışda gözlənilməz yoxlama - Bir qərarla hər şey dəyişə bilər!
Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların tibbi şəhadətləndirilməsinin hansı qaydada aparıldığı açıqlanıb.Bu barədə Citypost.az-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib Bildirilib ki, vətəndaşlar qeydiyyatda olduqları rayon (şəhər) üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin baş idarə, idarə, şöbə və ya bölmələrinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilirlər.Tibbi baxış zamanı vətəndaşlar zəruri laborator və instrumental müayinələrə göndərilir. Ehtiyac yarandıqda isə tibb müəssisələrində əlavə müayinələr təşkil olunur.Vətəndaşların sağlamlıq vəziyyəti ilə bağlı yekun qərar Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun olaraq qəbul...
19 Noyabr 2026, 18:18