Qanunsuz ovlanan nərə balıqları aşkarlandı
Cəmiyyət 20 Noyabr 2026, 17:24
468
2026-cı il 19 noyabr tarixində Xaçmaz rayonunun Şimali kəndi istiqamətində qanunsuz balıq ovlayan vətəndaş Pərviz Xankişiyev və Həsən İsayev Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzi, DİN-in Su Nəqliyyatında Polis İdarəsi və DSX-nin Sahil Mühafizə Xidmətinin əməkdaşlarının qanunsuz balıq ovuna qarşı keçirdiyi birgə tədbir zamanı saxlanılıb.
Citypost.az xəbər verir ki, nəzarət tədbiri zamanı 7 ədəd bölgə (Huso huso) balığı, 2 ədəd uzunburun (Acipenser stellatus) balığı və 20 ədəd rus nərəsi (Acipenser gueldenstaedtii) AŞA-8327 bort nömrəli mühərrikli taxta qayıqdan aşkar edilərək maddi sübut kimi götürülüb. Qanunsuz balıq ovlayan vətəndaşlara qarşı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbir görülüb.
Eyni zamanda 2026-cı il 19 noyabr tarixində Siyəzən rayonunun Böyük Həmyə kəndi istiqamətində DSX-nin Sahil Mühafizə Xidməti və KTN-nin Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşlarının iştirakı ilə Xəzər dənizindən (gölündən) qanunsuz balıq ovlayan vətəndaşlar Xəyal İbrahimov, Mahir Əkbərov və Şəhriyar Səmədov saxlanılıb.
Həmçinin oxuyun
Belə ki, asma mühərrikli BH-3006 nömrəli taxta qayığa baxış zamanı Şəhriyar Səmədov tərəfindən ovlanmış 6 (ədəd) Rus nərəsi (Acipenser gueldenstaedtii) aşkar edilib. Asma mühərrikli BH-3014 nömrəli taxta qayığa baxış zamanı isə Xəyal İbrahimov və Mahir Əkbərov tərəfindən ovlanmış 1 (bir) ədəd Rus nərəsi (Acipenser gueldenstaedtii) müəyyən edilib. Qanunsuz balıq ovlayan şəxslər barədə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Bir daha xatırladırıq ki, qanunsuz balıq ovu Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəllələri ilə məsuliyyət yaradır və bu kimi hallara yol verən şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcək.
AZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görülüb
AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları sərnişin xidmətinin keyfiyyətinə və uçuş təcrübəsinə görə beynəlxalq səviyyədə iki nüfuzlu mükafata layiq görülüb: “2027 APEX Four-Star Major Airline” və “2027 APEX Best Cabin Service in Central & Southern Asia”.Citypost.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.Mükafatların xüsusi əhəmiyyəti onların birbaşa sərnişinlərin müstəqil rəy və qiymətləndirmələri əsasında müəyyən edilməsidir. APEX-in reytinqləri “Concur” şirkətinin “TripIt” platforması ilə əməkdaşlıq çərçivəsində toplanan anonim sərnişin qiymətləndirmələrinə əsaslanır. Qiymətləndirmə zamanı göyərtədə xidmətin keyfiyyəti, oturacaqların rahatlığı, qida və içki təminatı, əyləncə sistemləri və internetə çıxış imkanları nəzərə alınır.Mükafatlar 19 noyabr 2026-cı il tarixində Sinqapurda keçirilən “APEX FTE EXPO...
20 Noyabr 2026, 17:30
Azərbaycanda 2 126 əkiz və 75 üçəm körpə doğulub
Bu ilin doqquz ayında Azərbaycanda 1902 əkiz, 69 üçəm doğulub.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.Bildirilib ki, 64043 doğulan körpə qeydə alınıb.Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən doğum sayı 9,4-dən 8,3-ə enib.Doğulan körpələrin 53,2 % oğlanlar, 46,8 % isə qızlar təşkil edib.Bu ilin doqquz ayı ərzində ölkədə 44919 ölüm halı qeydə alınıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (5,8) qalıb....
20 Noyabr 2026, 17:18
Yeni marşrut avtobusu fəaliyyətə başlayır
Vətəndaşların rahat gediş-gəlişinin və ictimai nəqliyyata əlçatanlığının təmin edilməsi məqsədilə 57B nömrəli müntəzəm avtobus marşrutu yaradılır.Citypost.az bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.Noyabrın 23-dən fəaliyyətə başlayacaq yeni marşrut xətti Məhəmməd Hadi küçəsini (metronun "Həzi Aslanov" stansiyasının yaxınlığı) Kazımağa Kərimov küçəsi (Sabah City) ilə əlaqələndirəcək.“Bakubus” MMC-yə məxsus marşrut xəttində 4 avtobus 15 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək.Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib....
20 Noyabr 2026, 17:10
Bakıda və rayonlarda yağış intensivləşəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 22-si axşamdan 23-ü səhərədək arabir yağış yağacağı gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var.Noyabrın 21-i axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 23-ü səhərədək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur.Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur....
20 Noyabr 2026, 16:49
İlhamə Abdullayeva görün kimi qohumu imiş
Yerli mətbuatın verdiyi xəbərə görə dünən Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmri ilə Sumqayıt-Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva vəzifəsindən azad edilərək Təhsil Agentliyinin Şöbə müdiri təyin olunub.Citypost.az xəbər verir ki, Sumqayıt-Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə isə Naxçıvan Muxtar Respublikasının sabiq Təhsil naziri Elxan Nəcəfov təyin edilib. Citypost.az-a İlhamə Abdullayeva barədə maraqlı məlumatlar daxil olub. Məlum olub ki, İlhamə Abdullayeva “Körpü-Bina-Tikinti” MMC-nin Prezidenti, məşhur iş adamı Xəlil Göyüşovun bacısı qızıdır. Onun həyat yoldaşı əslən Qərbi Azərbaycanın Amasya rayonunun Düzkənd kəndindən olan Cəmil Əliyev isə Prezident Administrasiyasında məsul vəzifədə çalışır. Müşərrəfxanım ...
20 Noyabr 2026, 16:48
Elçin Babayev dosentin ölümünə görə işdən çıxarılıb?
Cənab Prezidentin hər sərəncamına hörmət və ehtiramla yanaşırıq. Yeni təyinat uğurlu olsun. Ümidvaram ki, hər şey yaxşı olacaq.Citypost.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında dünən Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunan Elçin Babayevin həyat yoldaşı, Milli Oftalmologiya Mərkəzinin bölmə rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva deyib.“Elçin müəllim hər zaman öz missiyasını vicdanla, zəhmətlə və sevərək yerinə yetirib”, - deyə qeyd edib.O, Elçin Babayevin vəzifəsindən çıxarılmasının Bakı Dövlət Universitetinin dosenti, baş müəllim Nərman Süleymanovun (Qocatürk) ölümü ilə hər hansı əlaqəsinin olmadığını bildirib:“Bunların bir-biri ilə heç bir əlaqəsi yoxdur".Qeyd edək ki, jurnalist Şərəf Cəlilli Kult.az-a açıqlamasında həyat yoldaşı Nərman...
20 Noyabr 2026, 16:25