Zahid Oruc: "İndi Məleykə Abbaszadənin qarşısında..."
Cəmiyyət 20 Noyabr 2026, 15:28
1659
Dövlət İmtahan Mərkəzi müstəqillikdən sonra yaranan ən güclü institusional təsisatlardan biridir. Onun gələcəyi prezident İlham Əliyevin Vətən müharibəsindəki liderliyi qədər həyati əhəmiyyətli təhlükəsizlik məsələsidir. Çünki milyonlarla azərbaycanlı şagird və tələbələrin biliyinin ölçülməsi dövlət quruculuğunun bütün sferaları üçün layiqli kadrların formalaşmasında müstəsna rol oynamaq deməkdir.
Bunu CityPost.az-a açıqlamasında millət vəkili Zahid Oruc bildirib.
Millət vəkili açıqlamasında Məleykə Abbaszadənin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsini yüksək qiymətləndirdiyini qeyd edib.
Həmçinin oxuyun
"Onun Azərbaycan dövlətçiliyi qarşısında xidmətləri uzun illər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına, daha sonra Dövlət İmtahan Mərkəzinə rəhbərlik etməsi ilə məhdudlaşmır. Məleykə xanım müstəqillik tariximizdə cəmiyyətin etimadını qazanan, şəffaflıq, peşəkarlıq və obyektiv qiymətləndirmə prinsiplərinə əsaslanan mühüm bir dövlət institutunun qurucularındandır. Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi dəstəyi ilə formalaşan qəbul sistemi ali təhsil almaq hüququnun ayrı-ayrı vəzifəli şəxslərin iradəsindən, ailələrin maddi imkanlarından və sosial mənşəyindən asılılığını azaltmaqda mühüm rol oynadı. Ucqar kənddə yaşayan sadə fəhlə və kəndli övladının öz biliyi hesabına yüksək bal toplayaraq ölkənin ən nüfuzlu universitetlərinə vəsiqə qazanması qəbul sisteminin ən böyük milli nailiyyətlərindən biridir.
Məleykə Abbaszadənin idarəçilik təcrübəsində xüsusi qiymətləndirilməli cəhət institusional prinsiplərə sədaqəti, müxtəlif maraqlar və ictimai təzyiqlər qarşısında peşəkar mövqeyini qorumaq bacarığıdır. Dövlət qulluğuna qəbulun müsabiqə əsasında təşkili, beynəlxalq qiymətləndirmə meyarlarının öyrənilməsi, ölkənin təhsil mənzərəsini əks etdirən mötəbər statistik məlumat bazasının yaradılması onun rəhbərlik etdiyi qurumun fəaliyyət dairəsini xeyli genişləndirdi. Azərbaycanda təhsilin keyfiyyəti, regionlar üzrə bilik göstəriciləri, məktəblərin nəticələri və gənclərin ixtisas seçimi haqqında fundamental tədqiqatların aparılması üçün zəngin məlumat bazası formalaşdırıldı. Həmin məlumatlar ölkənin intellektual potensialını öyrənmək və gələcək təhsil siyasətini müəyyənləşdirmək baxımından böyük milli sərvətdir.
Əlbəttə, ötən illər ərzində test üsulu, repetitorluğun geniş yayılması, imtahanların məzmunu və qiymətləndirmə metodologiyası ətrafında ciddi müzakirələr aparılıb. Qəbul sisteminin təkmilləşdirilməsinə ehtiyacın olduğunu heç kəs inkar edə bilməz. Lakin metodologiyanın təkmilləşdirilməsi ilə institusional müstəqilliyin zəiflədilməsi tamamilə fərqli məsələlərdir. Şəxsən hesab edirəm ki, onilliklər ərzində formalaşmış Dövlət İmtahan Mərkəzinin funksional müstəqilliyi qorunması vacibdir. İnstitusional islahat adı altında onun başqa bir qurumun struktur vahidinə çevrilməsi həm ali məktəblərə, həm də dövlət qulluğuna qəbul zamanı əldə olunmuş obyektivlik təminatlarını zəiflədə bilər.
Test sisteminin ləğvi ətrafında uzun illərdir davam edən polemikalara da münasibət bildirmək istərdim. Test üsulunun müəyyən hallarda əzbərçiliyi təşviq etməsi, şagirdlərin analitik düşüncə və yaradıcı təfəkkürünün qiymətləndirilməsində məhdud imkanlara malik olmasını müxtəlif tədqiqatlarla ölçməyə ehtiyac var. Lakin testin alternativi subyektiv qiymətləndirməyə, imtahan otaqlarında insan amilinin həlledici roluna və əvvəlki qəbul sisteminin nöqsanlarına qayıdış olmamalıdır. Dünyada qiymətləndirmə metodologiyaları dəyişir, açıq tipli sualların, analitik tapşırıqların, biliklərin praktiki tətbiqinin əhəmiyyəti artır. Azərbaycanda da yeni istiqamətdə islahatlar davam etdirilməlidir. Biz qəbul sisteminin metodologiyasını dəyişə bilərik, lakin onun ən böyük nailiyyətini – biliyin qarşısında sosial imtiyazların hökmünü məhdudlaşdıran ədalətli müsabiqə prinsipini qorumalıyıq.
Son kadr təyinatlarını dövlət qulluğu sahəsində yeni Məcəllə ilə əlaqələndirən fikirlər də səslənir. Belə bir bağlılığın olması mümkündür. Dövlət idarəçiliyində peşə səriştəsi, fəaliyyətin nəticələrinə görə qiymətləndirmə, rəhbər kadrların seçilməsi və irəli çəkilməsi üzrə yeni meyarların müəyyənləşdirilməsi institusional dəyişiklikləri də gündəmə gətirə bilər. Lakin yeni dövlət qulluğu sisteminin qurulması ötən onilliklər ərzində əldə edilmiş uğurlu təcrübənin qorunmasını tələb edir. Dövlət İmtahan Mərkəzinin yaratdığı müsabiqə mədəniyyəti, qiymətləndirmə texnologiyaları, peşəkar kadr potensialı və zəngin məlumat bazası dövlətimizin institusional sərvətidir. Struktur dəyişiklikləri çoxillik sərvəti zəiflətməməli, əksinə, onun imkanlarını genişləndirməlidir.
Məleykə Abbaszadənin təyinatı Prezident İlham Əliyevin kadr siyasətində peşəkarlığa, intellektual potensiala və uzun illər ərzində qazanılmış dövlətçilik təcrübəsinə verdiyi qiymətin ifadəsidir. Dövlət başçısının 73 yaşlı bir mütəxəssisə Azərbaycanın ən böyük universitetlərindən birinin rəhbərliyini etibar etməsində mühüm mesaj var: dövlətə və xalqa xidmətin meyarı təqvim yaşı ilə ölçülmür, qanuna hörmət, vəzifə məsuliyyəti və milli maraqlara sədaqətlə müəyyənləşir. Prezidentin təcrübəli kadrların intellektual və mənəvi potensialını yeni dövlətçilik vəzifələrinin həllinə yönəltməsi, onların xidmətlərini qiymətləndirməsi yüksək dövlətçilik mədəniyyətinin göstəricisidir. Dövlət özünün yetişdirdiyi, cəmiyyətin etimadını qazanmış şəxsiyyətlərin təcrübəsindən bəhrələndikcə institusional tarixini qoruyur, milli idarəçilik elitasının davamlılığını təmin edir. Digər tərəfdən, prezidentin DİM-ə rəhbər təyinatına milli təhlükəsizlik və ordu quruculuğu qədər strateji xarakterdə yanaşdığına hər bir azərbaycanlı dərindən inanır.
İndi Məleykə Abbaszadənin qarşısında Azərbaycanın 107 illik ali təhsil və elm məbədinin inkişafı kimi böyük vəzifə dayanır. Bakı Dövlət Universitetinin zəngin akademik ənənələri, güclü professor-müəllim heyəti və elmi potensialı müasir universitet idarəçiliyinin imkanları ilə birləşdirilməlidir. Akademik açıqlığın təmin olunması, elmi rəqabət mühitinin gücləndirilməsi, istedadlı alimlərin universitetə cəlb edilməsi, tələbələrin müstəqil düşüncə və tədqiqat bacarıqlarının inkişaf etdirilməsi BDU-nun beynəlxalq nüfuzunu yüksəldə bilər.
Uzun illər Azərbaycan gənclərinin ali məktəbə qəbulunda ədalət və bərabər imkanlar prinsipini müdafiə edən Məleykə xanımdan indi həmin prinsipləri universitetin daxilində də yaşatmasını, gənclərin elmi və akademik yüksəlişi üçün yeni imkanlar yaratmasını gözləyirik.
Məleykə xanıma yeni vəzifəsində uğurlar arzulayırıq",-deyə Zahid Oruc bildirib.
Elçin Babayev BDU-da hansı qəribə qaydalarla yadda qaldı...
Bakı Dövlət Universitetində (BDU) rektor dəyişikliyi olub. 2019-cu il martın 11-dən universitetə rəhbərlik edən Elçin Babayev 2026-cı il noyabrın 19-da vəzifəsindən azad edilib.Elçin Babayevin rektor olduğu dövrdə BDU tələbələri bir sıra məsələlərlə bağlı narazılıqlarını dilə gətirmiş, müxtəlif problemlərlə üzləşdiklərini bildirmişdilər.Citypost.az Modern.az-a istinadən xəbər verir, müxtəlif dövrlərdə tələbələrin şikayət və iddiaları sosial şəbəkələrdə və mediada yayılmış, digər yollarla ictimailəşdirilmişdi.Şikayətlər əsasən məzun çəkilişlərinin təşkili, universitetdə asudə vaxtın keçirilməsi, tədris və qiymətləndirmə sistemi, eləcə də müxtəlif tədbirlər üçün pul yığılması ilə bağlı olub.Məzun çəkilişlərində mantiya və kamera problemiMəzunlara universitet daxilində mantiyaların məcburi satılması ilə bağlı iddialar vaxtaşırı gündəmə gəlirdi. Tələbələrin bildirdiyinə görə, hər...
20 Noyabr 2026, 15:37
Azərbaycanda nikahlar azalıb, boşanmaların sayı eyni qalıb
Azərbaycanda nikahların sayı azalıb, boşanmaların sayı eyni qalıb.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.Qeyd olunub ki, cari ilin 9 ayı ərzində 31085 nikaha daxilolma, 15030 isə boşanma halları qeydə alınıb.Məlumata görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,7-dən 4-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb.
20 Noyabr 2026, 15:34
Azərbaycanda əhalinin sayı 0,2 % artıb
İlin əvvəlindən Azərbaycanda əhalinin sayı 20 474 nəfər və ya 0,2% artaraq 2026-cı il oktyabr ayının 1-i vəziyyətinə 10 milyon 282 min 825 nəfərə çatıb.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.Belə ki, ölkə əhalisinin 54,3%-ni şəhər, 45,7%-ni kənd sakinləri, 49,8%-ni kişilər, 50,2%-ni isə qadınlar təşkil edir.
20 Noyabr 2026, 15:33
Azərbaycanda 9 internet provayderi FƏALİYYƏTİNİ DAYANDIRDI
Bu ilin iyul-oktyabr aylarında Azərbaycanda 9 internet operator və provayderinin uçotu ləğv edilib.Citypost.az Plat.az-a istinadən xəbər verir ki, sözügedən şirkətlər Naxçıvan MR-nın İnternet və Yeni Texnologiyalarin Tədrisi Mərkəzi, “UBNET” MMC, “NİANT” MMC, “AZNETVORK” MMC, “FİZZA İNTERNET” MMC, “VORLDTECH LTD” MMC, “GAMMANET” MMC, “GO TELECOM” MMC və “DU TELECOM” MMC-dir.Uçotların ləğv edilmə səbəbi bu operator və provayderlərin fəaliyyətini dayandırımasıdır.“UBNET” MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Əliyev Adil Yusif oğludur. Şirkətin 46 990 manat vergi borcu var. Şirkət 2023-cü ilin avqust ayında uçota alınıb.“NİANT” MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Quliyev Hilal Akif oğludur. Şirkət 2023-cü ilin avqust ayında uçota...
20 Noyabr 2026, 15:32
Bu dövlət qurumunun regional bölmələri bağlanır
Regionlarda yeni DOST mərkəzlərinin açılması ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müvafiq regional struktur bölmələrinin fəaliyyətinə xitam verilməsi nəzərdə tutulur.Citypost.az Plat.az-a istinadla xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcə layihəsinə rəyində qeyd olunub.Rəydə DOST Agentliyinin və DOST mərkəzlərinin saxlanılmasına çəkilən xərclərin DSMF-nin idarəetmə xərclərinə daxil edilməsinin məqsədəmüvafiq olduğu bildirilib. Sərfəli qiymətə məhsullarQeyd olunub ki, yeni DOST mərkəzlərinin açılması və DSMF-nin regional bölmələrinin bağlanması fonunda saxlanılma xərclərinin optimallaşdırılması məqsədilə müvafiq xərc istiqamətlərinin mərkəzləşdirilməsi vacibdir.Hesablama Palatası bununla bağlı Fond tərəfindən müvafiq tədbirlərin görülməsini zəruri hesab edir....
20 Noyabr 2026, 15:07
Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 20-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə Tbilisi şəhərində yaşayış binasında baş vermiş partlayışa görə başsağlığı məktubu ünvanlayıb.Bu barədə Citypost.az-a Nazirlər Kabinetindən məlumat verilib.Ə.Əsədov hadisə nəticəsində insan tələfatı və yaralananlar barədə xəbəri dərin kədər hissi ilə qarşıladığını bildirib, Gürcüstanın Baş nazirinə, eləcə də həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.
20 Noyabr 2026, 15:02