Bizə yazın

Baku

-°C

USD

-

Tahir Rzayev: İlham Əliyevin Vyetnam səfəri strateji tərəfdaşlığa təkan verəcək

Siyasət 20 Noyabr 2026, 14:12

430

Azərbaycan-Vyetnam dostluğu və əməkdaşlığı tarixi ənənələrə əsaslanır və bu ənənələr bu gün də uğurla davam etdirilir. Hələ Sovetlər dövründə Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik edərkən, eləcə də SSRİ Nazirlər Sovetinin birinci müavini olduğu dövrdə Vyetnamın neft-qaz sənayesinin inkişafında böyük xidmətləri olub. Azərbaycan mütəxəssisləri Vyetnamda neftin çıxarılmasında, qazın istehsalında yaxından iştirak ediblər. Ulu Öndərin 1983-cü ildə Vyetnama səfəri bu dostluq ənənələrinin təməlini qoyub, onlar bu gün də möhkəmləndirilir.

Citypost.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Oxu24.com-a açıqlamasında bildirib

Tahir Rzayevin sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfəri iki ölkə arasında əməkdaşlığın yeni bir mərhələyə qədəm qoyduğundan xəbər verir. Çünki son illər istər iqtisadi-ticari, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, turizm, elm, təhsil, mədəni sahələrdə əməkdaşlıq genişlənməkdədir.Dövlət başçılarının görüşləri, danışıqları, eləcə də hökumətlərarası komissiyaların, parlamentlərarası dostluq qruplarının, hər iki ölkənin siyasi dairələrinin təşkilatlarının, Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasındakı əməkdaşlığın möhkəmlənməsi sözsüz ki, münasibətlərə yeni bir məna verir.

Tahir Rzayev vurğulayıb ki, ölkələr arasında strateji tərəfdaşlıq haqqında bircə bəyanat var və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri bu tərəfdaşlığın möhkəmləndirilməsinə bir daha mühüm fayda verdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev Vyetnamla münasibətlərin durmadan yaxşılaşdırılmasına böyük önəm verir və dövlətimizin rəhbərinin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə də bu öz ifadəsini tapıb. Cənab Prezident müsahibəsində bir daha bildirib ki, Vyetnam-Azərbaycan münasibətləri tarixi köklərə əsaslanır və ənənələrin uğurla davam etdirilməsi hər iki dövlətin və xalqların mənafeyinin xeyrinədir.Ölkə rəhbəri bildirib ki, ölkələrimiz ticarət dövriyyəsini artırmaq, enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika və digər sahələrdə münasibətləri yaxşılaşdırmaq üçün kifayət qədər resurslara malikdir və bu resurslardan səmərəli istifadə olunmalıdır. Deyilənlər, əlbəttə ki, əməli fəaliyyətdə özünün əksini bir daha göstərir. Çünki son illər Vyetnama 1 milyon ton Azərbaycan nefti ixrac olunub. Keçən ilin yekunlarına görə iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dollardan artıq olub. Müasir infrastruktur layihələrinin həyata keçirilməsi Vyetnamla Avropa arasında yük daşımalarının təşkilində Azərbaycanın rolunun artmasına imkan yarada bilər və bu istiqamətdə sözsüz ki, tədbirlər görülməkdədir. Bu gün Azərbaycanda Vyetnam investisiyalı 7 şirkət fəaliyyət göstərir. Digər sahələrdə də, humanitar sahələrdə də tədbirlər həyata keçirilir. Ən yaxşı haldır ki, ən möhtəbər tədbirlərdə, istər Qoşulmama Hərəkatında, istər BMT Təhlükəsizlik Şurasının təşkil etdiyi bir sıra tədbirlərdə, digər tədbirlərdə Azərbaycanla Vyetnamın mövqeləri, sülhün, əmin-amanlığın təmin olunması, beynəlxalq normalara riayət edilməsi sahəsindəki baxışları üst-üstə düşür və bu ölkələr bir-birinin haqlı mövqeyini dəstəkləyirlər.

Deputat qeyd edib ki, bu gün Vyetnam dünyada öz yeri olan bir ölkə kimi tanınır və bu ölkə ilə münasibətlərin dərinləşdirilməsi, əlbəttə ki, dövlət siyasətinin mühüm bir istiqaməti kimi müəyyənləşdirilib və hər iki dövlətin milli maraqlarına, xalqların mənafeyinə uyğundur. Cənab Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri bu baxımdan çox vacibdir. İlk növbədə, Azərbaycanın beynəlxalq aləmdə qazandığı mövqeyi bir daha gücləndirir. Eləcə də strateji tərəfdaşlığın inkişafına yeni təkan verməklə siyasi və iqtisadi əlaqələrin genişlənməsinə yaxşı zəmin yaradır. Bu səfər ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir və əlbəttə ki, hər bir ölkə ilə sağlam münasibətlərin yaradılması Azərbaycanın gələcək inkişafı, təhlükəsizliyinin təmin olunması, nəinki regionda, dünyada mövqeyinin möhkəmlənməsi baxımından çox əhəmiyyətlidir.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Şahin Seyidzadə:Azərbaycan–Vyetnam dostluğu strateji tərəfdaşlığa yüksəlib

Azərbaycan ilə Vyetnam arasında münasibətlər yalnız diplomatik əlaqələrin tarixi ilə məhdudlaşmır. Bu münasibətlərin arxasında onilliklər ərzində formalaşmış səmimi dostluq, qarşılıqlı hörmət, ortaq tarixi xatirələr və xalqlarımızı birləşdirən mənəvi dəyərlər dayanır. Bu gün iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyması həmin möhkəm təməllərin müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirilməsinin nəticəsidir. Prezident İlham Əliyevin 2026-cı il noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan–Vyetnam münasibətlərinin keçdiyi tarixi yolu, mövcud əməkdaşlığın əsas istiqamətlərini və gələcək inkişaf perspektivlərini əhatə edən mühüm siyasi məzmunlu çıxışdır. Dövlət başçısının müsahibəsində diqqət çəkən əsas məqamlardan biri iki xalq arasında dostluğun təsadüfi siyasi yaxınlaşma deyil, zamanın sınaqlarından...

20 Noyabr 2026, 13:15

İlham Əliyev:Vyetnam şirkətləri üçün Azərbaycan üzərindən geniş imkanlar var

Prezident İlham Əliyev Orta Dəhlizin Vyetnam şirkətlərinin region bazarlarına çıxışı üçün əlverişli imkanlar yaratdığını bildirib.Citypost.az xəbər verir ki, dövlət başçısı bunu Vyetnam Sosialist Respublikasının Baş naziri Le Minh Hunqla görüşü zamanı deyib.Prezident bu xüsusda Azərbaycanın Vyetnamla əməkdaşlığa hazır olduğu vurğulayıb.Vyetnamın baş naziri isə öz növbəsində, Azərbaycanın regionda önəmli mövqeyə malik ölkə olduğunu qeyd edib.Görüşdə bu xüsusda Vyetnamın Azərbaycanın dəstəyi ilə region ölkələri ilə əməkdaşlığının inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb....

20 Noyabr 2026, 13:13

Ülviyyə Həmzəyeva: Vyetnamla əlaqələr strateji əhəmiyyət daşıyır

Qloballaşan dünyada dövlətlər arasında münasibətlərin inkişafı yalnız siyasi dialoqla deyil, həm də iqtisadi maraqların uzlaşdırılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə xarakterizə olunur. Bu baxımdan Azərbaycanın müxtəlif regionlarla əlaqələrini genişləndirməsi, xüsusilə Asiya ölkələri ilə tərəfdaşlığa xüsusi diqqət yetirməsi ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri də məhz bu strateji yanaşmanın davamı kimi xüsusi əhəmiyyət daşıyır.Noyabrın 19-da Vyetnam Kommunist Partiyasının Baş katibi və ölkə Prezidenti To Lamın dəvəti ilə başlayan səfər iki ölkə arasında mövcud dostluq münasibətlərinin daha yüksək səviyyəyə çatdırılması üçün mühüm siyasi zəmin yaradır. Prezident İlham Əliyevin Vyetnam Xəbər...

20 Noyabr 2026, 11:49

Zaur Şükürov: Ağdam əvvəlki şöhrətinə qovuşur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Ağdam şəhərinin işğaldan azad edildiyi 20 noyabr tarixi hər il Ağdam Şəhəri Günü kimi qeyd olunur. Bu əlamətdar gün Ağdamın tarixi Zəfərimizin təcəssümü, xalqımızın milli iradəsinin və dövlətimizin qətiyyətinin rəmzi kimi xüsusi əhəmiyyət daşıyır.XVIII əsrin birinci yarısında Pənahəli xan Ağdam şəhərində özünə ağ daşdan imarət tikdirməyi əmr etmişdir. Həmin dövrdən etibarən “Ağdam” - yəni “işıqlı ev”, “günəşlə nurlanmış məkan” adı bu torpağa yaraşmış və xalq arasında xüsusi simvolik məna kəsb etmişdir. 1930-cu ildə inzibati rayon kimi yaradılan Ağdam, 1094 kvadratkilometr ərazisi ilə Azərbaycanın qədim yaşayış məskənlərindən biri hesab...

20 Noyabr 2026, 10:17

Rövşən Muradov: Azərbaycan–Vyetnam əlaqələri yeni mərhələyə qədəm qoyur

Azərbaycanın Cənub-Şərqi Asiya istiqamətində diplomatik fəallığı yalnız iqtisadi tərəfdaşların coğrafiyasını genişləndirmək məqsədi daşımır. Bu siyasətin arxasında beynəlxalq münasibətlərin dəyişən xarakterini düzgün qiymətləndirmək, yeni siyasi və iqtisadi imkanlardan milli mənafelərə uyğun istifadə etmək kimi daha geniş strateji yanaşma dayanır. Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə də Azərbaycan–Vyetnam münasibətlərinin gələcəyinə məhz bu müstəvidən baxmağa əsas verir. Burada diqqəti cəlb edən başlıca məqam tarixən formalaşmış dövlətlərarası əlaqələrin müasir geosiyasi şəraitdə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq sisteminə çevrilməsidir.Citypost.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Rövşən Muradov Oxu24.com-a açıqlamasında bildirib.Rövşən Muradovun sözlərinə görə, Bakı ilə Hanoy arasında siyasi münasibətlərin dəyəri, ilk növbədə, dövlətçilik...

20 Noyabr 2026, 10:05

Pərvanə Vəliyeva: Ağdamın azad edilməsi tarixi ədalətin bərpasının təntənəsidir

20 Noyabr tarixi Ağdamın uzun illər davam edən işğaldan azad edilməsini, tarixi ədalətin bərpasını, dövlətimizin siyasi iradəsini və xalqımızın doğma torpaqlara qayıdış əzmini təcəssüm etdirən əlamətdar bir gündür. Ağdam Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinin, milli kimliyinin, zəhmətsevərliyinin və Qarabağ torpağına bağlılığının rəmzidir. Ağdam tarixən Qarabağın mühüm yaşayış, ticarət, sənətkarlıq və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Əlverişli coğrafi mövqeyi, münbit torpaqları, kənd təsərrüfatı potensialı və zəngin təbii sərvətləri onun iqtisadi inkişafında mühüm rol oynamışdır. Ağdamın tanınmış abidələri sırasında Pənahəli xanın İmarət kompleksi, Cümə məscidi, türbələr, qəbiristanlıqlar və digər tarixi-mədəni nümunələr xüsusi yer tutur.Bu sözləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva Citypost.az-a açıqlamasında bildirib.Deputatın...

20 Noyabr 2026, 09:52