Bizə yazın

Baku

-°C

USD

-

Orxan Kəngərliyə narkotik tərkibli dərmanlar satan aptek müdiri də tutuldu

Hadisə 20 Noyabr 2026, 11:55

368

"Alyans" vəkil bürosunun rəhbəri Orxan Kəngərli ilə birlikdə həbs edilənlərin sayı 6-ya çatıb.

Citypost.az Lent.az-a istinadən xəbər verir ki, yeni həbs olunan şəxs aptek müdiri Xalid Mustafayevdir.

Ona Cinayət Məcəlləsinin 240.2.1-ci (güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Məlumata görə, o, vəkil Orxan Kəngərliyə narkotik tərkibli dərmanları reseptsiz satırmış.

Məhkəmənin qərarı ilə X.Mustafayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, X.Mustafayev 2019-cu ildə də eyni əmələ görə həbs edilib.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda avtobusda insident: Sərnişin şüşəni təpiklə sındırıb qaçdı

Bakı şəhəri, Yasamal rayonunda sərnişin avtobusun şüşəsini sındırıb və hadisə yerindən qaçıb.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, olay ötən gün axşam saatlarında qeydə alınıb.Belə ki, 99-JP-013 dövlət nömrə nişanlı 65 saylı marşrut avtobusunda sərnişin sürücüdən nəqliyyat vasitəsini dayanacaqdan kənarda saxlamağı tələb edib.Sürücü qarşıdakı dayanacaqda saxlayacağını bildirsə də, sərnişin tələbini davam etdirib.O, avtobusun salonunda quraşdırılmış, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsus elektron ödəniş cihazına və avtobusun ön qapısının şüşəsinə zərər vurub. Sərnişin avtobusun qapısının şüşəsini təpikləyərək qırıb və hadisə yerindən uzaqlaşıb.Hadisə avtobusda quraşdırılmış müşahidə kamerası vasitəsilə anbaan qeydə alınıb....

20 Noyabr 2026, 11:52

Mingəçevirdə mənzildən yüksəkrütbəli zabitin meyiti tapıldı

Mingəçevirdə mənzildən kişi meyiti tapılıb.Citypost.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Naxçıvan küçəsində yerləşən mənzillərdən birində qeydə alınıb.Meyiti tapılan şəxs hazırda xidmətdə olan mayor Müşfiq Əliyevdir.Onun ölüm səbəbi hələlik məlum deyil.Faktla bağlı araşdırma aparılır.

20 Noyabr 2026, 10:59

Sabirabadda 17 yaşlı oğlan yeniyetmə qızı qaçırdı - Axtarış aparılır

Sabirabadda yetkinlik yaşına çatmayan qız evlənmək məqsədilə qaçırılıb.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, 2011-ci il təvəllüdlü qızın 2009-cu il təvəllüdlü oğlan tərəfindən evlənmək məqsədilə qaçırılması barədə qızın atası polisə müraciət edib.Onların tapılması istiqamətində axtarış elan olunub.Araşdırma aparılır.

20 Noyabr 2026, 10:57

Məşhur istirahət mərkəzi əlindən alınan Tahir Qədəşov öldü

"Atlant" ailəvi istirahət mərkəzinin keçmiş sahibi Tahir Qədəşov vəfat edib.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, o, ötən gün dünyasını dəyişib.Qədəşovun 14 milyon manat mənimsəyən kürəkəninə hökm oxundu - "Atlant" müsadirə edildiOnun ürək çatışmazlığından öldüyü bildirilir.Qeyd edək ki, bir neçə gün öncə Nabran qəsəbəsində, dəniz sahilində yerləşən "Atlant" istirahət mərkəzi müsadirə edilib.

20 Noyabr 2026, 10:25

Yevlaxda maşın velosipedçini vuraraq öldürüb

Yevlaxda maşın velosipedçini vuraraq öldürüb.Citypost.az APA-a istinadən xəbər verir ki, hadisə rayonun Qoyunbinəsi kəndində baş verib.Belə ki, Semur Quliyev idarə etdiyi “Renault Master” markalı yük avtomobili hərəkətdə olarkən velosipedlə hərəkətdə olan 2014-cü il təvəllüdlü M.E-ni vurub.Velosipedçi hadisə yerində ölüb.Faktla bağlı cinayət işi başlanılıb.

20 Noyabr 2026, 09:12

Milli Qəhrəmanın oğlu qəzaya düşdü

Gəncədə Milli Qəhrəmanın oğlu avtomobil qəzasına düşüb.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, şəhərin Yeni Gəncə qəsəbəsi ərazisində minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.Hadisə nəticəsində sürücü, 1991-ci il təvəllüdlü İ.Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.Qeyd edək ki, zərərçəkən Milli Qəhrəman İlham Müzəffər oğlu Əliyevin oğludur. O, 1990-cı ildə Qazax rayonunda gedən döyüşlərdə şəhid olub....

20 Noyabr 2026, 07:15