Bizə yazın

Baku

-°C

USD

-

Yeni marşrut avtobusu fəaliyyətə başlayır

Cəmiyyət 20 Noyabr 2026, 17:10

430

Vətəndaşların rahat gediş-gəlişinin və ictimai nəqliyyata əlçatanlığının təmin edilməsi məqsədilə 57B nömrəli müntəzəm avtobus marşrutu yaradılır.

Citypost.az bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Noyabrın 23-dən fəaliyyətə başlayacaq yeni marşrut xətti Məhəmməd Hadi küçəsini (metronun "Həzi Aslanov" stansiyasının yaxınlığı) Kazımağa Kərimov küçəsi (Sabah City) ilə əlaqələndirəcək.

“Bakubus” MMC-yə məxsus marşrut xəttində 4 avtobus 15 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanda 2 126 əkiz və 75 üçəm körpə doğulub

Bu ilin doqquz ayında Azərbaycanda 1902 əkiz, 69 üçəm doğulub.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.Bildirilib ki, 64043 doğulan körpə qeydə alınıb.Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən doğum sayı 9,4-dən 8,3-ə enib.Doğulan körpələrin 53,2 % oğlanlar, 46,8 % isə qızlar təşkil edib.Bu ilin doqquz ayı ərzində ölkədə 44919 ölüm halı qeydə alınıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (5,8) qalıb....

20 Noyabr 2026, 17:18

Bakıda və rayonlarda yağış intensivləşəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 22-si axşamdan 23-ü səhərədək arabir yağış yağacağı gözlənilir.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var.Noyabrın 21-i axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 23-ü səhərədək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur.Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur....

20 Noyabr 2026, 16:49

İlhamə Abdullayeva görün kimi qohumu imiş

Yerli mətbuatın verdiyi xəbərə görə dünən Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmri ilə Sumqayıt-Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva vəzifəsindən azad edilərək Təhsil Agentliyinin Şöbə müdiri təyin olunub.Citypost.az  xəbər verir ki, Sumqayıt-Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə isə Naxçıvan Muxtar Respublikasının sabiq Təhsil naziri Elxan Nəcəfov təyin edilib. Citypost.az-a İlhamə Abdullayeva barədə maraqlı məlumatlar daxil olub. Məlum olub ki, İlhamə Abdullayeva “Körpü-Bina-Tikinti” MMC-nin Prezidenti, məşhur iş adamı Xəlil Göyüşovun bacısı qızıdır. Onun həyat yoldaşı əslən Qərbi Azərbaycanın Amasya rayonunun Düzkənd kəndindən olan Cəmil Əliyev isə Prezident Administrasiyasında məsul vəzifədə çalışır. Müşərrəfxanım    ...

20 Noyabr 2026, 16:48

Elçin Babayev dosentin ölümünə görə işdən çıxarılıb?

Cənab Prezidentin hər sərəncamına hörmət və ehtiramla yanaşırıq. Yeni təyinat uğurlu olsun. Ümidvaram ki, hər şey yaxşı olacaq.Citypost.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında dünən Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunan Elçin Babayevin həyat yoldaşı, Milli Oftalmologiya Mərkəzinin bölmə rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva deyib.“Elçin müəllim hər zaman öz missiyasını vicdanla, zəhmətlə və sevərək yerinə yetirib”, - deyə qeyd edib.O, Elçin Babayevin vəzifəsindən çıxarılmasının Bakı Dövlət Universitetinin dosenti, baş müəllim Nərman Süleymanovun (Qocatürk) ölümü ilə hər hansı əlaqəsinin olmadığını bildirib:“Bunların bir-biri ilə heç bir əlaqəsi yoxdur".Qeyd edək ki, jurnalist Şərəf Cəlilli Kult.az-a açıqlamasında həyat yoldaşı Nərman...

20 Noyabr 2026, 16:25

Aktauda qəzaya uğrayan AZAL təyyarəsinə dair yeni görüntlər yayıldı

Sosial mediada AZAL təyyarəsinin qəzasına dair görüntülər yayılıb.Citypost.az xəbər verir ki, kadrlarda Bakı-Qroznı marşrutu ilə uçan təyyarənin Aktau səmasında uçuşu və yerə çırpılması əks olunub.Xatırladaq ki, 25 dekabr 2024-cü ildə Azərbaycan Hava Yolları aviaşirkətinin J2–8243 nömrəli Bakı–Qroznı reysini yerinə yetirən "Qusar" "Embraer E190AR" təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Xəzər dənizi üzərində "SOS" siqnalı verdikdən sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamətlənən təyyarə Aktau aeroportu yaxınlığında qəzaya uğrayıb. Elektronika məhsullarıTəyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.Faktla bağlı Azərbaycan, Qazaxıstan və Rusiyada cinayət işləri başlanıb. Hadisə ilə əlaqədar dekabrın 26-da Azərbaycanda, 28-də...

20 Noyabr 2026, 16:02

Elçin Babayev BDU-da hansı qəribə qaydalarla yadda qaldı...

Bakı Dövlət Universitetində (BDU) rektor dəyişikliyi olub. 2019-cu il martın 11-dən universitetə rəhbərlik edən Elçin Babayev 2026-cı il noyabrın 19-da vəzifəsindən azad edilib.Elçin Babayevin rektor olduğu dövrdə BDU tələbələri bir sıra məsələlərlə bağlı narazılıqlarını dilə gətirmiş, müxtəlif problemlərlə üzləşdiklərini bildirmişdilər.Citypost.az Modern.az-a istinadən xəbər verir, müxtəlif dövrlərdə tələbələrin şikayət və iddiaları sosial şəbəkələrdə və mediada yayılmış, digər yollarla ictimailəşdirilmişdi.Şikayətlər əsasən məzun çəkilişlərinin təşkili, universitetdə asudə vaxtın keçirilməsi, tədris və qiymətləndirmə sistemi, eləcə də müxtəlif tədbirlər üçün pul yığılması ilə bağlı olub.Məzun çəkilişlərində mantiya və kamera problemiMəzunlara universitet daxilində mantiyaların məcburi satılması ilə bağlı iddialar vaxtaşırı gündəmə gəlirdi. Tələbələrin bildirdiyinə görə, hər...

20 Noyabr 2026, 15:37