Bizə yazın

Baku

-°C

USD

-

Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb

Siyasət 20 Noyabr 2026, 15:26

533

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-də Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Ti An Suan ilə görüşüb.

Citypost.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında münasibətlərin iki xalqın bir neçə onillik tarixi olan dostluğuna əsaslanaraq inkişaf etdiyi vurğulanıb.

Qeyd edilib ki, Azərbaycanın və Vyetnamın dövlət başçılarının qarşılıqlı səfərləri müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə, ölkələrimiz arasında siyasi etimadın güclənməsinə səbəb olub. Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ötən il Azərbaycana səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul olunmasının Azərbaycan-Vyetnam əlaqələrini yeni səviyyəyə yüksəltdiyi bildirilib.

Vyetnamın vitse-prezidenti Vo Ti An Suan Azərbaycana səfərlərini, o cümlədən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən Zirvə Görüşündə iştirak üçün oktyabrda Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşünü məmnunluqla xatırlayıb.

Görüşdə xalqlar arasında əlaqələrin, o cümlədən qeyri-hökumət səviyyəsində əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb. Bu xüsusda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ötən il Vyetnama səfəri zamanı Hanoy Ticarət və Turizm Kollecinə, görmə qabiliyyəti məhdud uşaqlar üçün orta məktəbə göstərilən yardımın iki xalq arasında dostluğun bariz nümunəsi olduğu vurğulanıb.

Görüşdən sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, qızları Leyla Əliyevaya və Arzu Əliyevaya ənənəvi Vyetnam qəhvəsinin hazırlanma üsulu nümayiş olundu.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sahibə Qafarova Türkmənistanda MDB PA-nın 61-ci plenar iclasında çıxış edib

Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 20-də Türkmənistanda MDB Parlamentlərarası Assambleyasının 61-ci plenar iclasında çıxış edib.Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Bildirilib ki, spiker əvvəlcə Türkmənistan Məclisini MDB Parlamentlərarası Assambleyasında müşahidəçi statusu alması münasibətilə təbrik edib.Çıxışında Milli Məclisin sədri Assambleyanı açıq dialoq platforması kimi xarakterizə edərək, bu çərçivədə qarşılıqlı maraq doğuran məsələlərin müzakirə oluna biləcəyini və dövlətlərin milli prioritetlərini nəzərə alaraq razılaşdırılmış yanaşmalar tapıla biləcəyini qeyd edib.Spiker Sahibə Qafarova Azərbaycan Milli Məclisinin MDB Parlamentlərarası Assambleyası çərçivəsində əməkdaşlığa əhəmiyyət verdiyini, parlament əlaqələrinin genişləndirilməsinə və ölkələrimiz arasında çoxtərəfli qarşılıqlı fəaliyyətin daha da inkişafına yönəlmiş təşəbbüsləri dəstəklədiyini bildirib.Qeyd...

20 Noyabr 2026, 15:30

Hörmüz boğazında təhlükəsizlik böhranı dünya enerji bazarını təhdid edir

Yaxın Şərqdə davam edən müharibə artıq regional sərhədləri aşaraq beynəlxalq enerji və dəniz nəqliyyatı sisteminə ciddi təsir göstərir. Bunun ən həssas nöqtələrindən biri Hörmüz boğazıdır. Fars körfəzini Oman körfəzi və Ərəb dənizi ilə birləşdirən bu strateji su yolu dünya enerji ticarətində mühüm mövqeyə malikdir. Burada təhlükəsizliyin pozulması neft daşımalarının ləngiməsi, sığorta xərclərinin artması və qlobal bazarlarda qiymət dəyişiklikləri ilə nəticələnə bilər.Citypost.az xəbər verir ki, bunu Oxu24.com-a açıqlamasında ekspert Şəmsi Qoca bildirib.Ekspertin sözlərinə görə,son günlər boğazda ticarət gəmilərinə qarşı hücumlar barədə məlumatlar vəziyyətin ciddiliyini bir daha göstərib."Birləşmiş Ərəb Əmirliklərinin dövlət neft şirkəti ADNOC-un logistika bölməsi noyabrın 18-də gəmilərindən birinə hücum edildiyini,...

20 Noyabr 2026, 15:22

Prezident İlham Əliyevin səfəri Vyetnam mediasında geniş işıqlandırılıb

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama səfəri ilə bağlı bu ölkənin mətbuatında xəbərlər, analitik yazılar yayımlanıb.Citypost.az xəbər verir, Vyetnamın VOV dövlət radiosu Milli Assambleyanın sədri Çan Tan Manla Prezident İlham Əliyevin görüşünü iki ölkə arasında parlamentlərarası əlaqələrin və siyasi dialoqun inkişafı baxımından təqdim edib.

20 Noyabr 2026, 15:12

Tahir Rzayev: İlham Əliyevin Vyetnam səfəri strateji tərəfdaşlığa təkan verəcək

Azərbaycan-Vyetnam dostluğu və əməkdaşlığı tarixi ənənələrə əsaslanır və bu ənənələr bu gün də uğurla davam etdirilir. Hələ Sovetlər dövründə Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik edərkən, eləcə də SSRİ Nazirlər Sovetinin birinci müavini olduğu dövrdə Vyetnamın neft-qaz sənayesinin inkişafında böyük xidmətləri olub. Azərbaycan mütəxəssisləri Vyetnamda neftin çıxarılmasında, qazın istehsalında yaxından iştirak ediblər. Ulu Öndərin 1983-cü ildə Vyetnama səfəri bu dostluq ənənələrinin təməlini qoyub, onlar bu gün də möhkəmləndirilir.Citypost.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Oxu24.com-a açıqlamasında bildiribTahir Rzayevin sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfəri...

20 Noyabr 2026, 14:12

Şahin Seyidzadə:Azərbaycan–Vyetnam dostluğu strateji tərəfdaşlığa yüksəlib

Azərbaycan ilə Vyetnam arasında münasibətlər yalnız diplomatik əlaqələrin tarixi ilə məhdudlaşmır. Bu münasibətlərin arxasında onilliklər ərzində formalaşmış səmimi dostluq, qarşılıqlı hörmət, ortaq tarixi xatirələr və xalqlarımızı birləşdirən mənəvi dəyərlər dayanır. Bu gün iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyması həmin möhkəm təməllərin müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirilməsinin nəticəsidir. Prezident İlham Əliyevin 2026-cı il noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan–Vyetnam münasibətlərinin keçdiyi tarixi yolu, mövcud əməkdaşlığın əsas istiqamətlərini və gələcək inkişaf perspektivlərini əhatə edən mühüm siyasi məzmunlu çıxışdır. Dövlət başçısının müsahibəsində diqqət çəkən əsas məqamlardan biri iki xalq arasında dostluğun təsadüfi siyasi yaxınlaşma deyil, zamanın sınaqlarından...

20 Noyabr 2026, 13:15

İlham Əliyev:Vyetnam şirkətləri üçün Azərbaycan üzərindən geniş imkanlar var

Prezident İlham Əliyev Orta Dəhlizin Vyetnam şirkətlərinin region bazarlarına çıxışı üçün əlverişli imkanlar yaratdığını bildirib.Citypost.az xəbər verir ki, dövlət başçısı bunu Vyetnam Sosialist Respublikasının Baş naziri Le Minh Hunqla görüşü zamanı deyib.Prezident bu xüsusda Azərbaycanın Vyetnamla əməkdaşlığa hazır olduğu vurğulayıb.Vyetnamın baş naziri isə öz növbəsində, Azərbaycanın regionda önəmli mövqeyə malik ölkə olduğunu qeyd edib.Görüşdə bu xüsusda Vyetnamın Azərbaycanın dəstəyi ilə region ölkələri ilə əməkdaşlığının inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb....

20 Noyabr 2026, 13:13