Bizə yazın

Baku

-°C

USD

-

Aktauda qəzaya uğrayan AZAL təyyarəsinə dair yeni görüntlər yayıldı

Cəmiyyət 20 Noyabr 2026, 16:02

477

Sosial mediada AZAL təyyarəsinin qəzasına dair görüntülər yayılıb.

Citypost.az xəbər verir ki, kadrlarda Bakı-Qroznı marşrutu ilə uçan təyyarənin Aktau səmasında uçuşu və yerə çırpılması əks olunub.

Xatırladaq ki, 25 dekabr 2024-cü ildə Azərbaycan Hava Yolları aviaşirkətinin J2–8243 nömrəli Bakı–Qroznı reysini yerinə yetirən "Qusar" "Embraer E190AR" təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Xəzər dənizi üzərində "SOS" siqnalı verdikdən sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamətlənən təyyarə Aktau aeroportu yaxınlığında qəzaya uğrayıb. Elektronika məhsulları

Təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Faktla bağlı Azərbaycan, Qazaxıstan və Rusiyada cinayət işləri başlanıb. Hadisə ilə əlaqədar dekabrın 26-da Azərbaycanda, 28-də isə Çeçenistanda matəm elan edilib.

Dekabrın 28-də hadisə ilə bağlı Vladimir Putin Prezident İlham Əliyevə zəng edərək hadisənin Rusiyanın hava məkanında baş verməsinə görə üzrxahlıq edib. (Yenisabah)

Problemlərinizi bizə bildirin

077 323 55 66

Elçin Babayev BDU-da hansı qəribə qaydalarla yadda qaldı...

Bakı Dövlət Universitetində (BDU) rektor dəyişikliyi olub. 2019-cu il martın 11-dən universitetə rəhbərlik edən Elçin Babayev 2026-cı il noyabrın 19-da vəzifəsindən azad edilib.Elçin Babayevin rektor olduğu dövrdə BDU tələbələri bir sıra məsələlərlə bağlı narazılıqlarını dilə gətirmiş, müxtəlif problemlərlə üzləşdiklərini bildirmişdilər.Citypost.az Modern.az-a istinadən xəbər verir, müxtəlif dövrlərdə tələbələrin şikayət və iddiaları sosial şəbəkələrdə və mediada yayılmış, digər yollarla ictimailəşdirilmişdi.Şikayətlər əsasən məzun çəkilişlərinin təşkili, universitetdə asudə vaxtın keçirilməsi, tədris və qiymətləndirmə sistemi, eləcə də müxtəlif tədbirlər üçün pul yığılması ilə bağlı olub.Məzun çəkilişlərində mantiya və kamera problemiMəzunlara universitet daxilində mantiyaların məcburi satılması ilə bağlı iddialar vaxtaşırı gündəmə gəlirdi. Tələbələrin bildirdiyinə görə, hər...

20 Noyabr 2026, 15:37

Azərbaycanda nikahlar azalıb, boşanmaların sayı eyni qalıb

Azərbaycanda nikahların sayı azalıb, boşanmaların sayı eyni qalıb.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.Qeyd olunub ki, cari ilin 9 ayı ərzində 31085 nikaha daxilolma, 15030 isə boşanma halları qeydə alınıb.Məlumata görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,7-dən 4-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb.

20 Noyabr 2026, 15:34

Azərbaycanda əhalinin sayı 0,2 % artıb

İlin əvvəlindən Azərbaycanda əhalinin sayı 20 474 nəfər və ya 0,2% artaraq 2026-cı il oktyabr ayının 1-i vəziyyətinə 10 milyon 282 min 825 nəfərə çatıb.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.Belə ki, ölkə əhalisinin 54,3%-ni şəhər, 45,7%-ni kənd sakinləri, 49,8%-ni kişilər, 50,2%-ni isə qadınlar təşkil edir.

20 Noyabr 2026, 15:33

Azərbaycanda 9 internet provayderi FƏALİYYƏTİNİ DAYANDIRDI

Bu ilin iyul-oktyabr aylarında Azərbaycanda 9 internet operator və provayderinin uçotu ləğv edilib.Citypost.az Plat.az-a istinadən xəbər verir ki, sözügedən şirkətlər Naxçıvan MR-nın İnternet və Yeni Texnologiyalarin Tədrisi Mərkəzi, “UBNET” MMC, “NİANT” MMC, “AZNETVORK” MMC, “FİZZA İNTERNET” MMC, “VORLDTECH LTD” MMC, “GAMMANET” MMC, “GO TELECOM” MMC və “DU TELECOM” MMC-dir.Uçotların ləğv edilmə səbəbi bu operator və provayderlərin fəaliyyətini dayandırımasıdır.“UBNET” MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Əliyev Adil Yusif oğludur. Şirkətin 46 990 manat vergi borcu var. Şirkət 2023-cü ilin avqust ayında uçota alınıb.“NİANT” MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Quliyev Hilal Akif oğludur. Şirkət 2023-cü ilin avqust ayında uçota...

20 Noyabr 2026, 15:32

Zahid Oruc: "İndi Məleykə Abbaszadənin qarşısında..."

Dövlət İmtahan Mərkəzi müstəqillikdən sonra yaranan ən güclü institusional təsisatlardan biridir. Onun gələcəyi prezident İlham Əliyevin Vətən müharibəsindəki liderliyi qədər həyati əhəmiyyətli təhlükəsizlik məsələsidir. Çünki milyonlarla azərbaycanlı şagird və tələbələrin biliyinin ölçülməsi dövlət quruculuğunun bütün sferaları üçün layiqli kadrların formalaşmasında müstəsna rol oynamaq deməkdir.Bunu CityPost.az-a açıqlamasında millət vəkili Zahid Oruc bildirib.Millət vəkili açıqlamasında  Məleykə Abbaszadənin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsini yüksək qiymətləndirdiyini qeyd edib."Onun Azərbaycan dövlətçiliyi qarşısında xidmətləri uzun illər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına, daha sonra Dövlət İmtahan Mərkəzinə rəhbərlik etməsi ilə məhdudlaşmır. Məleykə xanım müstəqillik tariximizdə cəmiyyətin etimadını qazanan, şəffaflıq, peşəkarlıq və obyektiv qiymətləndirmə prinsiplərinə əsaslanan mühüm...

20 Noyabr 2026, 15:28

Bu dövlət qurumunun regional bölmələri bağlanır

Regionlarda yeni DOST mərkəzlərinin açılması ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müvafiq regional struktur bölmələrinin fəaliyyətinə xitam verilməsi nəzərdə tutulur.Citypost.az Plat.az-a istinadla xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcə layihəsinə rəyində qeyd olunub.Rəydə DOST Agentliyinin və DOST mərkəzlərinin saxlanılmasına çəkilən xərclərin DSMF-nin idarəetmə xərclərinə daxil edilməsinin məqsədəmüvafiq olduğu bildirilib. Sərfəli qiymətə məhsullarQeyd olunub ki, yeni DOST mərkəzlərinin açılması və DSMF-nin regional bölmələrinin bağlanması fonunda saxlanılma xərclərinin optimallaşdırılması məqsədilə müvafiq xərc istiqamətlərinin mərkəzləşdirilməsi vacibdir.Hesablama Palatası bununla bağlı Fond tərəfindən müvafiq tədbirlərin görülməsini zəruri hesab edir....

20 Noyabr 2026, 15:07