Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanda avtobus istehsalı 77 %-dən çox artıb

Cəmiyyət 20 Noyabr 2026, 18:20

480

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 282 ədəd avtobus istehsal edilib.

Citypost.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 77,4 % çoxdur. Nəticədə bu ilin noyabrın 1-nə 38 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin ilk 10 ayı ayında Azərbaycanda 350,9 milyon manatlıq maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib. Məlumata görə, bu, əvvəlki ilin müvafiq ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 75,2 % azalıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 77,2 % artıb.

Bundan başqa, yanvar-oktyabr aylarında Azərbaycanda 2 300 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin 10 ayı ilə müqayisədə 980 ədəd və ya 29,9 % azdır. Nəticədə bu ilin noyabrın 1-nə 238 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Hesabat dövründə Azərbaycanda 407 ədəd traktor istehsal edilib. Bu, 2025-ci ilin ilk 10 ayı ilə müqayisədə 4,7 % azdır. Bu ilin noyabrın 1-nə 6 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Həmçinin, bu ilin yanvar-oktyabr aylarında ölkədə 750 ədəd yük avtomobili istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 2,7 dəfə çoxdur. Bu ilin noyabrın 1-nə 67 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Problemlərinizi bizə bildirin

077 323 55 66

9-cu sinifdən sonra kolleclərə qəbul məhdudlaşdırılacaq

Azərbaycanda 9-cu sinifdən sonra kolleclərə qəbulun məhdudlaşdırılması, 11-ci sinifdən sonra isə qəbulun davam etdirilməsi nəzərdə tutulur.Modern.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman 2026/2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinə həsr olunan tədbirdə bildirib.Onun sözlərinə görə, gələcəkdə 9-cu sinif bazasından qəbulun yalnız peşə təhsili müəssisələrində aparılması planlaşdırılır. Kolleclərin isə 2030-cu ilədək müvafiq ali təhsil müəssisələrinin tabeliyinə verilməsi və onlarla birgə fəaliyyət göstərməsi nəzərdə tutulur.Şöbə müdiri bildirib ki, kolleclərdə tədris olunan bəzi ixtisasların yüksək texniki peşə təhsili səviyyəsində tədrisi imkanları da nəzərdən keçirilib. Kolleclərlə peşə təhsili müəssisələrində təkrarlanan...

20 Noyabr 2026, 18:14

Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

Azərbaycan Dəmir Yolları Bakı–Balakən–Bakı marşrutu üzrə müntəzəm sərnişin daşımalarını bərpa edir.Citypost.az xəbər verir ki, Bakıdan Balakənə ilk qatar 20 noyabr saat 23:30, əks istiqamətdə isə 21 noyabr saat 21:10-da yola düşəcək.Hərəkət cədvəlinə əsasən, gecə reysləri vasitəsilə sərnişinlər səhər saatlarında mənzil başına çatacaqlar. Bu, həm işgüzar səfərlər, həm də turizm və şəxsi səyahətlər baxımından əlverişli nəqliyyat alternativi yaradır.Biletlərin qiyməti Bakıdan Balakən istiqamətində 16,20 manatdan başlayır.Sərnişinlərə standart və standart+ sinifləri üzrə xidmət göstəriləcək. Yataq tipli vaqonlarda təşkil edilən səfərlər zamanı sərnişinlərin rahat istirahəti və təhlükəsizliyi üçün zəruri şərait təmin ediləcək.Biletləri ADY-nin rəsmi saytı (ticket.ady.az), “ADY Mobile” tətbiqi və dəmir yolu kassalarından əldə...

20 Noyabr 2026, 17:45

Baş prokuror Binəqədidə vətəndaşları qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.Citypost.az xəbər verir ki, noyabrın 20-də Baş prokuror Kamran Əliyev Bakı şəhəri Binəqədi rayon prokurorluğunun inzibati binasında Binəqədi rayonundan olan vətəndaşları qəbul edib.Qəbulda iştirak edən 45 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib....

20 Noyabr 2026, 17:39

AZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görülüb

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları sərnişin xidmətinin keyfiyyətinə və uçuş təcrübəsinə görə beynəlxalq səviyyədə iki nüfuzlu mükafata layiq görülüb: “2027 APEX Four-Star Major Airline” və “2027 APEX Best Cabin Service in Central & Southern Asia”.Citypost.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.Mükafatların xüsusi əhəmiyyəti onların birbaşa sərnişinlərin müstəqil rəy və qiymətləndirmələri əsasında müəyyən edilməsidir. APEX-in reytinqləri “Concur” şirkətinin “TripIt” platforması ilə əməkdaşlıq çərçivəsində toplanan anonim sərnişin qiymətləndirmələrinə əsaslanır. Qiymətləndirmə zamanı göyərtədə xidmətin keyfiyyəti, oturacaqların rahatlığı, qida və içki təminatı, əyləncə sistemləri və internetə çıxış imkanları nəzərə alınır.Mükafatlar 19 noyabr 2026-cı il tarixində Sinqapurda keçirilən “APEX FTE EXPO...

20 Noyabr 2026, 17:30

Qanunsuz ovlanan nərə balıqları aşkarlandı

2026-cı il 19 noyabr tarixində Xaçmaz rayonunun Şimali kəndi istiqamətində qanunsuz balıq ovlayan vətəndaş Pərviz Xankişiyev və Həsən İsayev Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzi, DİN-in Su Nəqliyyatında Polis İdarəsi və DSX-nin Sahil Mühafizə Xidmətinin əməkdaşlarının qanunsuz balıq ovuna qarşı keçirdiyi birgə tədbir zamanı saxlanılıb.Citypost.az xəbər verir ki, nəzarət tədbiri zamanı 7 ədəd bölgə (Huso huso) balığı, 2 ədəd uzunburun (Acipenser stellatus) balığı və 20 ədəd rus nərəsi (Acipenser gueldenstaedtii) AŞA-8327 bort nömrəli mühərrikli taxta qayıqdan aşkar edilərək maddi sübut kimi götürülüb. Qanunsuz balıq ovlayan vətəndaşlara qarşı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbir görülüb.  Eyni zamanda 2026-cı il 19 noyabr...

20 Noyabr 2026, 17:24

Azərbaycanda 2 126 əkiz və 75 üçəm körpə doğulub

Bu ilin doqquz ayında Azərbaycanda 1902 əkiz, 69 üçəm doğulub.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.Bildirilib ki, 64043 doğulan körpə qeydə alınıb.Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən doğum sayı 9,4-dən 8,3-ə enib.Doğulan körpələrin 53,2 % oğlanlar, 46,8 % isə qızlar təşkil edib.Bu ilin doqquz ayı ərzində ölkədə 44919 ölüm halı qeydə alınıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (5,8) qalıb....

20 Noyabr 2026, 17:18