Zahid Oruc:"Biz ərazilərimizin itirilməsinə razı olmadığımız kimi, Xəzərin sahillərinin nəzarətsiz qalmasına”…
Cəmiyyət 24 Noyabr 2026, 12:06
501
Müzakirəyə təqdim olunan “Abşeron” dəniz bloku üzrə hasilatın pay bölgüsü sazişinin yeni redaksiyada təsdiqi Azərbaycanın müstəqil neft-qaz siyasətində növbəti mühüm addımdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz Avropanın enerji təhlükəsizliyində önəmli rolunu davam etdirir.
2009-cu ildə imzalanan ilkin sazişin yenilənməsi, SOCAR, Fransanın “TotalEnergies” və Əbu-Dabinin ADNOC şirkətinin iştirakı ilə yeni investisiya mərhələsinə keçid Azərbaycan iqtisadiyyatına beynəlxalq etimadın göstəricisidir. Layihədə SOCAR və “TotalEnergies”in hər birinin 35, ADNOC-un isə 30 faiz payı var. Sazişin əvvəlki hökumət təminatları qüvvədə saxlanılır, 12 əlavə təsdiqlənir, investorların hüquqları və müqavilə sabitliyi qorunur.
Əsas məqsəd neft-qaz siyasəti hasilatla bərabər, dövlətin uzunmüddətli iqtisadi maraqlarını təmin etməyə yönəlib. 2023-cü ildə “Abşeron”da başlanan ilkin hasilatın illik gücü 1,5 milyard kubmetrdir. Tammiqyaslı işlənmədən sonra əvgvəlki göstəricinin 6 milyard kubmetrə çatdırılması və yeni mərhələnin 2029-cu ildə işə salınması nəzərdə tutulur.
Hesab edirik ki, yeni saziş maliyyə gəlirlərinin artırılmasına, daxili qaz təminatına və beynəlxalq enerji əməkdaşlığımızın genişlənməsinə xidmət edəcək.
Lakin mühüm beynəlxalq müqaviləni yüksək qiymətləndirərkən bütövlükdə Xəzərin gələcəyi və bioresurslarının qorunması məsələsinə də Parlamentdə münasibət bildirməyi vacib sayırıq.
Noyabrın 16-da Prezident İlham Əliyevin Xəzərin Azərbaycan sektorunun sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsi haqqında imzaladığı Fərman Vətənimizin bütövlüyü qədər strateji əhəmiyyətə malikdir. Mühüm sənədə həsr olunan brifinq göstərdi ki, dənizin səviyyəsinin azalmasına ali dövlət diqqəti var.
Azərbaycanın müstəqillikdən sonra ən böyük iqtisadi nailiyyəti Xəzərin sərvətləri üzərində azad və suveren qərar verməsi oldu. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə imzalanan «Əsrin müqaviləsi» qapalı su hövzəsini böyük geosiyasi qarşıdurma meydanına çevirmək istəyən, dənizdə ikinci Qarabağ münaqişəsi yaratmağa çalışan və neft sərvətlərini ələ keçirməyə cəhd göstərən qüvvələrin planlarını iflasa uğratdı. Sonrakı illərdə neft-qaz layihələrindən əldə olunan gəlirlər Vətən müharibəsində Qələbəmizdə müstəsna rol oynadı.
İndi tükənməz sərvətlərin yerləşdiyi dənizin özünü qorumağa ehtiyac var. Coğrafiya İnstitutunun məlumatına görə Astaradan Göyşabana qədər geriləmə 40–50 metrdən 200–300 metrə qədər dəyişib, ən güclü çəkilmə isə Qızılağac körfəzində ildə orta hesabla 250–300 metr təşkil edib.
Prezident İlham Əliyev Xəzər Ekoloji Sammitində dənizin su səthinin 20 min kvadrat kilometrdən çox azaldığını, təkcə Azərbaycan sektorunda 300 kvadrat kilometrə yaxın yeni quru sahə yarandığını bəyan edib.
Dənizin suyunun çəkilməsi nəticəsində yeni sahələrin hüquqi statusunun, rəqəmsal xəritələşdirmənin və dövlət nəzarətinin vahid qaydada tənzimlənməsi gərəkdir. Limanlarda suyun dərinliyi azalır, gəmiçilik çətinləşir; sahillərdə antisanitar vəziyyətin aradan qaldırılması və balıq ehtiyatlarının qorunması üçün xüsusi dövlət tədbirləri görülməlidir.
Biz Abşeron və digər sahilboyu ərazilərdə illərlə yığılan torpaq problemlərini yaxşı bilirik. Dəniz getdikcə çəkilirsə, yaranan yeni ərazilərin ələ keçirilməsi gələcək nəsillərin sərvətlərinin şəxsi maraqlara qurban verilməsi demək olardı. Əvvəlcə yeni sahələrin ekoloji təhlükəsizliyi müəyyənləşdirilməli və sonra istifadəsinə qərar verilməlidir.
Dənizin səviyyəsinin azalmasında təbii proseslərin və sahilyanı dövlətlərin fəaliyyətinin rolu da birgə araşdırılmalıdır. Biz ərazilərimizin itirilməsinə razı olmadığımız kimi, Xəzərin sahillərinin nəzarətsiz qalmasına və təbii mühitinin tədricən məhv olmasına da yol verməməliyik.
Azərbaycan dövləti otuz il ərzində torpaqlarımızın azad edilməsi üçün siyasi, hərbi və iqtisadi qüdrətini səfərbər etdi. Eyni dövlətçilik iradəsi indi Xəzərin də qorunmasında özünü göstərəcəkdir.
Əlbəttə, Xəzərin suyunun azalması ilə torpaqlarımızın qəsb edilməsi eyniləşdirilmir. Lakin dövlətin öz torpağına, təbii sərvətlərinə və gələcək nəsillərin hüquqlarına sahib çıxması müqəddəs vəzifədir.
Xəzər neft və mavi yanacaq hasilatı ilə bərabər, dövlətimizin iqtisadi müstəqilliyinə və milli təhlükəsizliyinə də töhfə verir.
Qarabağda torpaqlarımızın bütövlüyünü bərpa etdiyimiz kimi Xəzərdə də təbiətimizi və milli sərvətlərimizi qorumalıyıq!
Çünkü Xəzərin milli bölməsi Vətənimizin ayrılmaz parçasıdır!
Həmçinin oxuyun
Vəzifəli şəxslərə hədiyyə və "haqq" almaqla bağlı yeni qadağalar gəlir
Milli Məclis "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsini birinci oxunuşda qəbul edib.Citypost.az xəbər verir ki, məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.Qanun layihəsinə əsasən, vəzifəli şəxslər tərəfindən maraqlar toqquşması nəticəsində əldə olunmuş əmlak, imtiyaz, güzəşt və ya onların dəyəri könüllü şəkildə dövlət nəfinə ödəniləcək.Bildirilib ki, vəzifəli şəxs bundan imtina etdikdə, qurumun iddiası əsasında göstərilənlər məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır.Layihəyə görə, vəzifəli şəxslərin gəlirləri, dövlət satınalmalarında, bələdiyyə sifarişlərinin verilməsində iştirakı, hədiyyə alma və sadə qonaqpərvərlikdən istifadəsi, kənar fəaliyyətləri, ianə və haqq alması, reklam, əmlak və məlumatlardan istifadəsi haqqında bəzi qadağa və məhdudiyyətlər...
24 Noyabr 2026, 12:15
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Monteneqronun Baş naziri Miloyko Spayiçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanla Monteneqronun uzun illərdir dost və tərəfdaş olduğunu deyərək, ölkələrimiz arasında yüksəksəviyyəli münasibətlərin qurulduğunu qeyd edib.Dövlət başçısı gələn il Monteneqro Prezidentinin ölkəmizə rəsmi səfər edəcəyini bildirib və vurğulayıb ki, bütün bunlar siyasi, iqtisadi, investisiya, həmçinin bir çox digər sahələrdə əlaqələrimizin inkişafında müsbət dinamikanın olduğunu və yaxşı nəticələrin əldə edildiyini göstərir.Prezident İlham Əliyev Baş nazirin səfərinin uğurlu keçəcəyinə və ikitərəfli əməkdaşlığımızın gücləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib.Bakıda olmaqdan məmnunluğunu ifadə edən Baş nazir Miloyko Spayiç öz növbəsində...
24 Noyabr 2026, 12:04
Soğan və kartof kəskin BAHALAŞDI
Son günlər kartof və soğanın topdansatış qiymətləri xeyli artıb. Bunun da əsas səbəbi İrandan bu məhsulların idxalının dayandırılmasıdır.Bəs, bahalaşma daha nə qədər davam edə bilər?Citypost.az xəbər verir ki, Məsələ ilə bağlı “Meyvəli” topdansatış mərkəzində çalışan Elçin adlı iş adamı News365.az-a bildirib ki, İrandan artıq xeyli müddətdir ki, kartof gətirilmir:“Hazırda əsasən Tovuz, bir az da Cəlilabad kartofu satırıq. İran və Pakistandan idxalın dayanma səbəbilə kartofun topdansatış qiyməti hazırda 0,9-1 manat arasında dəyişir. Amma bu müvəqqətidir. Qiymət qalxacaq. Çünki yerli kartof tələbatı uzun müddət ödəyə bilməyəcək. Rusiyadan da az miqdarda kartof gəlir. Onun da topdansatış qiyməti 1-1,1 manatdır. Bu da o deməkdir...
24 Noyabr 2026, 11:55
Milli Məclisin iclası başlayıb
Milli Məclisin növbəti iclası başlayıb.Citypost.az xəbər verir ki, iclasın gündəliyinə 10 məsələ daxil edilib.
24 Noyabr 2026, 11:06
Məleykə Abbaszadə rektor təyin olunduğu BDU-ya dekan axtarır
Bakı Dövlət Universitetində (BDU) 9 fakültə üzrə dekan vəzifələrinin tutulması üçün müsabiqə elan olunub.Citypost.az Oxu.az-a istinadən xəbər verir ki, dekan vəzifəsi üzrə müsabiqə fakültələr üzrə Tarix, Biologiya, Mexanika-riyaziyyat, Geologiya, Filologiya, Fizika, Sosial elmlər və psixologiya, İnformasiya və sənəd menecmenti, Jurnalistika fakültələri üzrə elan edilib.Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən şəxslərin sənədləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul ediləcək. Sənədlərin qəbulu bu gündən başlayaraq bir ay müddətində Bakı şəhəri, Akademik Zahid Xəlilov küçəsi, 33 ünvanında aparılacaq.Qeyd edək ki, müsabiqə sözügedən fakültələrdə hazırda fəaliyyət göstərən dekanların səlahiyyət müddətinin başa çatması ilə əlaqədar elan edilib.Xatırladaq ki, noyabrın 19-da Prezident İlham Əliyevin sərəncamı ilə...
24 Noyabr 2026, 10:55
Bakıda ilk dəfə quraşdırılacaq işıqforlar bu qaydada çalışacaq
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxtda ilk dəfə quraşdırılacaq avtobus işıqforlarının hərəkət qaydalarını açıqlayıb.“Qafqazinfo”nun məlumatına görə, NİİM-dən bildirilib ki, yeni avtobus işıqforları ilə bağlı maarifləndirmə işləri davam etdirilir. Onların iş prinsipi, işıq siqnallarının mənası və hərəkət istiqamətləri ilə bağlı zəruri məlumatlar sürücülərin diqqətinə çatdırılır.Mərkəzin hazırladığı bu fotoməlumatlar vasitəsilə avtobus sürücüləri yeni işıqforların işıq siqnalları və onların hər biri üzrə nəzərdə tutulan hərəkət qaydaları ilə tanış ola bilərlər....
24 Noyabr 2026, 10:37