AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb
Cəmiyyət 25 Noyabr 2026, 12:36
494
M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 191,3-cü km-də, Qusar rayonunun Samur qəsəbəsində paytaxt istiqamətində növbəti elektron tərəzi quraşdırılıb.
Bu barədə Citypost.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata əsasən, noyabrın 30-dan bu elektron tərəzi vasitəsilə nəzarət tədbirlərinin həyata keçirilməsinə başlanılacaq.
Qeyd edək ki, avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılması mərhələli şəkildə həyata keçirilir. Elektron tərəzilər yük nəqliyyat vasitələrinin icazə verilən çəki parametrlərinə riayət olunmasına avtomatlaşdırılmış qaydada nəzarət etməyə imkan verir.
Həmçinin oxuyun
Yük nəqliyyat vasitələrinin icazə verilən çəki parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə bağlı inzibati xəta elektron tərəzilər vasitəsilə aşkar edildikdə, bu barədə məlumatlar real vaxt rejimində elektron formada birbaşa mərkəzi informasiya sisteminə ötürülür və inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır.
Daşıyıcılardan qanunvericiliklə müəyyən edilmiş qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərə ciddi riayət etmələri xahiş olunur.
Külək səngiyir, bəs qış necə keçəcək? - Dekabrın hava proqnozu açıqlandı
Azərbaycanda müşahidə olunan güclü külək hava şəraitinə və gündəlik həyata təsirsiz ötüşməyə bilər. Milli Hidrometeorologiya Xidməti küləyin sürətinin təhlükəli həddə çatacağı ilə bağlı sarı və narıncı xəbərdarlıqlar edib, bəzi ərazilərdə mümkün fəsadlara diqqət çəkib. Bəs güclü külək nə vaxta qədər davam edəcək, sürətin normallaşması nə vaxt gözlənilir? Qarşıdan gələn dekabr ayında Azərbaycanda hava şəraiti necə olacaq, qış mövsümü bu il sərt keçəcəkmi?Citypost.az xəbər verir ki, mövzu ilə bağlı "AzPolitika.az"a danışan iqlim məsələləri üzrə ekspert Cavid Hüseynovun sözlərinə görə, hazırda Bakıda və Abşeron yarımadasında müşahidə olunan güclü küləklərin çərşənbə günü gecə saatlarına doğru səngiyəcəyi gözlənilir:"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gün ərzində Abşeron...
25 Noyabr 2026, 12:42
Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib
Azərbaycanda səfərdə olan Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın başçılıq etdiyi parlament nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edib.Citypost.az xəbər verir ki, burada fəxri qarovul dəstəsi düzülüb.Zəfər abidəsinin önünə əklil qoyulub.Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.
25 Noyabr 2026, 12:20
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi sədrinin bəzi fərmanları ləğv edilib.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, Naxçıvan Ali Məclisi sədrinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bir sıra fərmanlarının ləğv edilməsi barədə MR-in Baş naziri Cabbar Musayev qərar imzalayıb.Qərara əsasən, "Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında", "Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında Əsasnamənin təsdiq edilməsi barədə", "Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında", "Naxçıvan Muxtar Respublikası Avtonəqliyyat Dövlət Konserninin yaradılması haqqında", "Naxçıvan Muxtar Respublikası Avtonəqliyyat Dövlət Konserni haqqında", "Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yaradılması haqqında", "Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında...
25 Noyabr 2026, 12:15
Sabahın hava proqnozu açıqlanıb
Bakıda və Abşeron yarımadasında noyabrın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 5-8° isti, gündüz 11-14° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% təşkil edəcək.Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 3-7°...
25 Noyabr 2026, 12:12
"Zəngi" liseyinə yeni direktor təyin olunub
Əkbərova Zəhra Qafil qızı Bakı şəhəri "Zəngi" liseyinə direktor vəzifəsinə təyin olunub.Citypost.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov əmr imzalayıb.Qeyd edək ki, o, pedaqoji fəaliyyətə 2014-cü ildə başlayıb, bu təyinata qədər Bakı şəhəri Cavid Nurməmmədov adına 108 nömrəli tam orta ümumtəhsil məktəbində təlim- tərbiyə işləri üzrə direktor müavini çalışıb.
25 Noyabr 2026, 12:00
Litvanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda səfərdə olan Litvanın xarici işlər naziri Kestutis Budrisin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 25-də Şəhidlər xiyabanını ziyarət edib.Citypost.az xəbər verir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram bildirilib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.“Millətinin gələcəyi uğrunda həyatını itirənlərin xatirəsini ehtiramla yad edirik. Onların fədakarlığı Azərbaycan xalqının dözümlülüyünün və qətiyyətinin əbədi simvolu olaraq qalır”, – Budris "X" hesabında bildirib.O qeyd edib ki, Azərbaycanın ağrısı və dözümlülüyü Litvada da dərindən əks-səda doğurur. Budris Azərbaycan və Litvanın azadlıq və suverenlik uğrunda mübarizə ilə formalaşmış ortaq tarixə malik olduğunu vurğulayıb....
25 Noyabr 2026, 11:40