Rusiyada azərbaycanlı iş adamı ilə meriya arasında qalmaqal böyüyür - Foto
Cəmiyyət 25 Noyabr 2026, 19:28
457
İş adamı və Azərbaycan diasporunun rəhbəri Yusif Xəlilov Voronejdəki "Yardı Superbar" restoranının sökülməsi barədə məhkəmənin qərarını icra etməməkdə ittiham olunur.
Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat verilib.
Qeyd olunur ki, bir il öncə Voronej məhkəməsi restoranı qanunsuz tikili kimi tanıyaraq, onun sökülməsi barədə qərar çıxarıb.
Rusiyada azərbaycanlı iş adamı ilə meriya arasında qalmaqal böyüyür - Foto
"Xəlilovdan bu məsələ ilə bağlı heç bir cavab daxil olmayıb. "Yardı Superbar"ın elektrik enerjisi təchizatı dayandırılıb. Bundan əlavə, restoranın qaz xəttindən də ayrılması barədə məlumat verilib. Bina getdikcə daha da yararsız hala düşür", - deyə bildirilir.
Həmçinin oxuyun
Qeyd olunur ki, azərbaycanlı sahibkar məhkəmə qərarını bundan sonra da icra etməkdən boyun qaçırarsa, obyektin söküntüsü meriya tərəfindən həyata keçiriləcək. Restoranın yerləşdiyi iki torpaq sahəsinin geri alınması ilə bağlı qaldırılan iddiada həmin ərazilərin açıq hərracda satılması nəzərdə tutulur.
Məhkəmə müraciətinə dekabrın ortalarında baxılacaq. Voronej meriyası məhkəmə qərarının icrasının gecikdirildiyi hər gün üçün Xəlilovdan 30 min rubl (təxminən 618 manat) məbləğində cərimə tələb edir. Biznesmenin borcu artıq 6 milyon rubla (təxminən 123 min 628 manat) çatıb. Bundan başqa, şəhər rəhbərliyi Xəlilova məxsus digər obyektin - "Fort" restoranının da qanunsuz hesab olunmasına çalışır. Bu işlə bağlı məhkəmə çəkişməsi onilliklərdir davam edir.
Qeyd edək ki, ötən ilin sentyabrında Yusif Xəlilov rüşvət ittihamı ilə həbs olunub və daha sonra azadlığa buraxılıb.
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən buldirilib.Məlumata görə, noyabrın 26-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.Gəncə, Tərtər, Bərdə, Daşkəsən, Goranboy, Mingəçevir, Naftalan, Yevlax, Şəki, Göyçay, Kürdəmir, Oğuz, Qəbələ, İsmayıllıda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
25 Noyabr 2026, 19:32
“Daşkəsən Dəmir Filiz” MMC kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edib
"Son günlər “Daşkəsən Dəmir Filiz” MMC-nin rəhbər şəxslərinin ad və fotoşəkillərindən istifadə olunmaqla saxta profillərin yaradılması və kiberdələduzluq cəhdləri müşahidə edilir".Citypost.az xəbər verir ki, bu barədə qurumun məlumatında bildirilib.Məlumata görə, naməlum şəxslər bu profillər vasitəsilə özlərini şirkətin rəhbər şəxsləri kimi təqdim edir, müxtəlif şəxslərlə əlaqə saxlayaraq onların adından müraciətlər ünvanlayır və müəyyən tapşırıqların icrasını tələb edirlər:“Daşkəsən Dəmir Filiz” MMC əməkdaşlarını, işgüzar tərəfdaşlarını və ictimaiyyəti bu cür hallara qarşı ehtiyatlı olmağa çağırır. Şübhəli müraciətlərə cavab verməmək, naməlum keçidlərə daxil olmamaq, göndərilən faylları açmamaq, şəxsi və xidməti məlumatları üçüncü şəxslərlə paylaşmamaq tövsiyə edilir. Bu qəbildən olan müraciətlərin həqiqiliyi əvvəlcədən məlum olan rəsmi...
25 Noyabr 2026, 19:25
Murad Süleymanov vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) direktoru Murad Süleymanov işdən çıxarılıb.Citypost.az Teleqraf-a istinadla xəbər verir ki, Murad Süleymanov səhiyyə naziri Anar Bayramovun əmri ilə işdən azad olunub.Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ölkədə dərman vasitələrinin qeydiyyatı, idxalına icazələrin verilməsi, aptek şəbəkəsində dərman dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, eləcə də özəl tibb və əczaçılıq müəssisələrinin fəaliyyətinə nəzarət kimi mühüm funksiyaları həyata keçirən qurumdur.Xatırladaq ki, Murad Süleymanov əvvəllər Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsində rəis müavini vəzifəsində çalışıb....
25 Noyabr 2026, 18:50
ADY: Ordubadda müxtəlif ölçülü suötürücü qurğuların tikintisi başa çatıb
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yenidən qurduğu dəmir yolu xəttində müxtəlif ölçülü suötürücü qurğularının tikintisini başa çatdırıb.Bu barədə Citypost.az-a ADY-dən bildirilib.Məlumata görə, Naxçıvanda dəmir yolu infrastrukturunun layihələndirilməsi, yenidən qurulması və tikintisi işləri davam etdirilir. Dəmir yolu xəttinin ox üzrə uzunluğu 194,2 km, yan yollarla birlikdə 264 km təşkil edir. Layihə çərçivəsində 10 stansiyanın yenidən qurulması, 800-dən mühəndis qurğusunun, o cümlədən körpü, tunel, qalereya və yolötürücülərin, avtomobil, piyada və heyvan keçidlərinin inşası nəzərdə tutulur.Naxçıvan dəmir yolu xəttinin layihələndirilməsi və tikinti işlərinin icrasına Ordubad istiqamətindən başlanılıb. Ərazidə ilk 7 km hissədə köhnə dəmir yolu yatağı sökülüb, rels-şpal...
25 Noyabr 2026, 18:38
Nazir Fərid Əhmədov çinli həmkarı ilə görüşdü
23-25 noyabr tarixlərində Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib.Citypost.az xəbər verir ki, səfər çərçivəsində Azərbaycanın ədliyyə naziri ilə Çin Xalq Respublikasının ədliyyə naziri He Ronq arasında ikitərəfli görüş keçirilib.Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpinin səyləri və siyasi iradələri sayəsində iki ölkə arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb. Qeyd olunub ki, siyasi dialoqun yüksək səviyyəsi müxtəlif sahələrdə, o cümlədən hüquq və ədliyyə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar yaradır. Həmçinin gələn il Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin tamam olacağı...
25 Noyabr 2026, 17:52
Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib
Aqrar Sığorta Fondu (ASF) Hacıqabulda sel nəticəsində zərər görən fermerə 2 931 manat sığorta ödənişi edib.Citypost.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.Məlumata görə, rayonun Rəncbər kəndində yerləşən, fermer Rasim Allahverdiyevə məxsus arpa sahəsində sel-subasma hadisəsi baş verib. Müstəqil aqrar sığorta ekspertinin rəyinə əsasən, fermerin güzəştli şərtlərlə sığortaladığı 5,11 hektar əkin sahəsinə hadisə nəticəsində 82 % zərər qeydə alınıb.Zərərin dərəcəsi və azadolma məbləği nəzərə alınaraq fermerə 2 931 manat ödəniş edilib. Dövlət dəstəyi nəzərə alınmaqla, əkin sahəsinin hər hektarının sığortalanması fermerə 9,7 manata, ümumilikdə bütün əkin sahəsinin sığortası isə 49,6 manata başa gəlib.Ümumilikdə Fond Hacıqabuldakı fermer və təsərrüfatlara 725...
25 Noyabr 2026, 17:40