Bizə yazın

Baku

-°C

USD

-

Daha 5 məktəbə yeni direktor təyin olundu

Cəmiyyət 26 Noyabr 2026, 15:23

273

Qobustan rayonunun ümumtəhsil məktəblərində yeni direktor təyinatları olub.

Citypost.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, vakant direktor vəzifələrinə müsahibə mərhələsindən uğurla keçən namizədlər Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmri ilə təyin olunublar.

Belə ki, Aleksey Çernyayevski adına şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinə Ədalət Kamalov, Təklə kənd tam orta ümumtəhsil məktəbinə Gülnar Atamoğlanova, Xilmilli kənd tam orta ümumtəhsil məktəbinə Günel İmaməlizadə direktor təyin edilib.

Həmçinin Yaşar Sadiqov adına Çelov kənd ümumi orta ümumtəhsil məktəbinə Şahin İbrahimov, Rasim Hüseynov adına Cəyirli kənd ümumi orta ümumtəhsil məktəbinə isə Buğday Azadə direktor vəzifəsinə gətirilib.

Yeni təyin olunan direktorlar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Qobustan rayon komitəsinin sədri Mahir Soltanov və Təhsil Sektorunun əməkdaşlarının iştirakı ilə məktəb kollektivlərinə təqdim olunublar.

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Azərişıq” ASC-nin təşkilatçılığı ilə Salyanda fermer və sahibkarlarla görüş keçirildi

Fermer, sahibkar və vətəndaşların rahat fəaliyyəti, onların elektrik şəbəkəsinə qoşulması, həmçinin elektrik enerjisindən istifadə qaydaları ilə bağlı məlumatlandırılması məqsədilə "Azərişıq" ASC regionlarda mütəmadi görüşlər təşkil edir. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən belə maarifləndirici tədbirlərdən biri Salyanda baş tutub.Citypost.az xəbər verir ki, tədbirdə “Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktoru İnam Yusifov, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev, Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Elnur Həsənov iştirak edib.Görüş zamanı fermer, sahibkar və vətəndaşlar Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma, əsaslı təmir işləri barədə məlumatlandırılıb. Bildirilib ki, ölkənin bütün...

26 Noyabr 2026, 15:30

Mikayıl Cabbarov Litvanın XİN rəhbəri ilə görüşdü

Azərbaycan və Litva arasında ticarət və investisiya əlaqələrinin inkişafı müzakirə edilib.Citypost.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib."Litvanın xarici işlər naziri Kestutis Budris ilə görüşdük. Azərbaycan və Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaratdığı imkanları nəzərdən keçirdik. İkitərəfli ticarət və investisiya əlaqələrinin inkişafı, Azərbaycanın Avropa İttifaqı ilə ticarət dövriyyəsi, eləcə də energetika, xüsusilə bərpa olunan enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi apardıq", - M. Cabbarov qeyd edib....

26 Noyabr 2026, 15:00

Slovakiya Baş prokuroru Azərbaycana gəlib, əməkdaşlıq proqramı imzalanıb

Slovakiya Respublikasının Baş prokuroru Maroş Jilinkanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.Baş Prokurorluqdan Citypost.az-a verilən məlumata görə, səfər çərçivəsində qonaqlar əvvəlcə Bakı şəhərində yerləşən Zəfər parkına gələrək Zəfər abidəsini, həmçinin Zəfər Muzeyini ziyarət ediblər.Zəfər Muzeyində qonaqlara Azərbaycanın tarixi, Ermənistan-Azərbaycan münaqişəsi, 44 günlük Vətən müharibəsi və əldə olunmuş tarixi Qələbə, eləcə də ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası barədə məlumat verilib.Müasir texnologiyaların tətbiqi ilə yaradılmış səkkiz ekspozisiya zalında nümayiş etdirilən foto və videomateriallar, interaktiv təqdimatlar və eksponatlar vasitəsilə Vətən müharibəsinin mühüm mərhələləri, Şuşanın azad olunması, Azərbaycan hərbçilərinin qəhrəmanlığı və şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, həmçinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı...

26 Noyabr 2026, 14:58

İşğaldan azad edilmiş ərazilərdə 47 əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərdə ilin əvvəlindən 47 əmək yarmarkası keçirib."Report" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.O cümlədən Laçında 12, Cəbrayılda 9, Zəngilanda 8, Xankəndidə 5, Ağdamda 4, Şuşada 3, Füzuli, Xocavənd, Kəlbəcər və Ağdərədə isə 6 əmək yarmarkası təşkil olunub.Bu aktiv məşğulluq tədbirləri vasitəsilə işsiz və işaxtaran şəxslər yaşadıqları ərazi üzrə mövcud olan bütün vakansiyalarla bir məkanda və eyni vaxtda tanış olmaq, vakansiyalar üzrə aidiyyəti işəgötürənlərlə birbaşa ünsiyyət qurmaq və CV-lərini təqdim etmək imkanı qazanıblar. İşəgötürənlərə isə qısa müddətdə müvafiq peşə və ixtisasa malik kadrların seçimi üçün şərait...

26 Noyabr 2026, 14:45

Ramiz Mehdiyevin şikayətinə baxılıb

Dövlətçilik əleyhinə və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlərdə təqsirli bilinən Ramiz Mehdiyev və onun köməkçisi Eldar Əmirovun apellyasiya şikayəti üzrə ilk məhkəmə iclası keçirilib.Citypost.az Oxu.Az-a istinadən Bakı Apellyasiya Məhkəməsinin hakimi Emin Əliyevin sədrliyi ilə baş tutan iclasda şikayətin dəlilləri araşdırılıb, müvafiq vəsatətlər dinlənilib və ardınca iş baxışa verilib.Qeyd edək ki, uzun illər Prezident Administrasiyasının rəhbəri kimi mühüm posta rəhbərlik etmiş Ramiz Mehdiyevin cinayət əməlləri ötən il ifşa olunub. DTX onun dövlət çevrilişinə cəhd etməsi ilə bağlı səsyazılarını yayıb.Ötən ay çıxarılan hökmlə Mehdiyev hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərdə, dövlətə xəyanətdə, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında və külli...

26 Noyabr 2026, 14:30

Gələn il ətin qiyməti bahalaşacaq

Azərbaycanda qoyun və keçilərin sayının 6,73 milyon başa enərək son 23 ilin minimumuna düşməsi ölkənin ət bazarında həm qoyun, həm də mal ətinin bahalaşması üçün birbaşa zəmin yaradır. Yerli istehsalın azalması fonunda alıcıların alternativ kimi mal ətinə üstünlük verməsi bu seqmentdə də tələbi artıraraq qiymətləri yuxarı çəkir.Citypost.az xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin deputatı Tahir Rzayev Modern.az-a danışıb. O qeyd edib ki, heyvanların sayının azalması birbaşa bahalaşmaya səbəb olmur:"Azərbaycanda son illər xırdabuynuzlu heyvanların sayı xeyli azalıb. Ancaq bu o demək deyil ki, heyvanların sayının azalması mütləq bahalaşmaya səbəb olmalıdır. Bahalaşmada xırdabuynuzlu mal-qaranın sayının azalmasını bir amil kimi götürmək...

26 Noyabr 2026, 14:11