Bizə yazın

Baku

-°C

USD

-

Şamaxı-Ağsu sərhədində zəlzələ olub

Cəmiyyət 26 Noyabr 2026, 21:46

375

Şamaxı və Ağsu rayonlarının sərhədində 4,3 maqnitudalı zəlzələ baş verib.

Citypost.az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanlar noyabrın 26-da yerli vaxtla saat 20:24-də qeydə alınıb.

Zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 4 bal, episentrə yaxın rayonlarda isə 3 bala qədər hiss olunub.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Leyla Əliyevanın təşəbbüsü ilə “agac.az” mobil tətbiqi istifadəyə verildi

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən yaşıllıqların inventarlaşdırılması layihəsi çərçivəsində “agac.az” mobil tətbiqi istifadəyə verilib.Citypost.az xəbər verir ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2022-ci ildən birgə həyata keçirilən layihə çərçivəsində hazırlanmış mobil tətbiq vətəndaşlara ağaclar haqqında məlumat əldə etmək və onların mühafizəsində birbaşa iştirak etmək imkanı verir.Layihə çərçivəsində ölkə üzrə 212 mindən çox ağacın hər birinə fərdi QR kodlu nişan vurulub. Nişanlama zamanı ağacların yeri, növü, ölçüləri və mövcud vəziyyəti barədə məlumatlar elektron sistemə daxil edilib.İstifadəçilər ağacların yerini interaktiv xəritədə görə və QR kodu oxudaraq...

26 Noyabr 2026, 20:59

Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 26-da Slovakiyaın Baş prokuroru Maroş Jilinka ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.Bildirilib ki, görüşdə Azərbaycan ilə Slovakiya arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif istiqamətlər üzrə daha da dərinləşdirilməsi üçün geniş potensialın mövcud olduğu vurğulanıb.İki ölkənin prokurorluq orqanları arasında əlaqələrin dinamikası yüksək qiymətləndirilib, bu sahədə əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanları müzakirə olunub. Bu baxımdan Azərbaycan və Slovakiyanın baş prokurorluqları arasında bu gün imzalanan əməkdaşlıq proqramının əhəmiyyətinə toxunulub.Görüşdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev də iştirak edib....

26 Noyabr 2026, 19:15

Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı... 

25 noyabr 2026-cı il tarixində Rusiyada yaşayan azərbaycanlı iş adamı “Kiyevskaya ploşad” şirkətlər qrupunun həmsahibi, Qod Nisanov Moskvanın meri Sergey Sobyaninə yeni beşulduzlu “Rossiya” hotel kompleksini təqdim edib. Hotel Moskvanın mərkəzində, Kremldən 500 metr məsafədə yerləşir.Citypost.az xəbər verir ki, bu barədə "RBK Nedvijimost" məlumat yayıb.Qod Nisanov layihənin investoru qismində çıxış edib və inqilabdan əvvəlki memarlıq çertyojları əsasında üç tarixi gəlirli yaşayış binasının bərpasını maliyyələşdirib.Yenidənqurma işləri zamanı binaların tarixi görkəmi bərpa olunub, inqilabdan əvvəlki Moskvanın memarlıq xüsusiyyətləri qorunub saxlanılıb. Layihə bərpa edilmiş tikililəri vahid hotel kompleksində birləşdirib. Kompleks xarici nümayəndə heyətlərinin, işgüzar səfərdə olan şəxslərin və turistlərin qəbulu üçün nəzərdə tutulub.Kompleksin...

26 Noyabr 2026, 19:11

ADY: Xırdalandan Sumqayıta sərnişindaşıma ilin sonuna qədər bərpa ediləcək

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Xırdalan və Sumqayıt stansiyaları arasında sərnişindaşıma ilin sonuna qədər bərpa ediləcək.Bu barədə Citypost.az-a ADY-dən bildirilib.Məlumata görə, hazırda Xırdalan–Biləcəri sahəsində körpünün təmiri davam etdirilir. Təmir işləri tam başa çatdıqdan və müəyyən hazırlıq işlərindən sonra ilin sonuna qədər Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək."Dəmir yollarında sərnişin və yüklərin təhlükəsiz daşınması üçün dəmir yolu xətlərinin vəziyyəti xüsusi diaqnostika qatarı vasitəsilə mütəmadi olaraq yoxlanılır. Yoxlama zamanı aşkar edilən qüsur və çatışmazlıqlar qiymətləndirilir və aradan qaldırılması üçün operativ, planlı tədbirlər görülür. Xırdalan–Biləcəri sahəsində körpünün təmirinə də məhz bu qaydada qərar verilib. Əvvəlki yoxlamalar zamanı körpüdə təcili təmir tələb edən...

26 Noyabr 2026, 18:25

Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb

Ermənistanın Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsi Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayevin həbs müddətini daha 3 ay uzadıb.Bu barədə Ermənistan mediası məlumat yayıb.Məlumata görə, məhkəmə dövlət ittihamçısının vəsatətini təmin edərək Nəsimi Musayevin həbs müddətini daha üç ay uzadıb.Daha sonra qarşı tərəfin vəkili iş materialları ilə tam tanış olmağa vaxt tapmadığını bildirərək iclasın təxirə salınmasını istəyib. Məhkəmə vəsatəti təmin edib və növbəti iclası dekabrın 14-nə təyin edib.Nəsimi Musayev məhkəmə iclasında iştirak edib.Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan Respublikasının Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun itkin düşməsi barədə...

26 Noyabr 2026, 17:15

Millət vəkilinin “Çoban məsuliyyəti” kitabı çapdan çıxdı 

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, fəlsəfə doktoru Fazil Mustafanın “Çoban məsuliyyəti” adlı yeni kitabı gün üzü görüb.Citypost.az xəbər verir ki, Bakıda, “AVE Print” nəşriyyat-poliqrafiya mərkəzində nəfis tərtibatla çıxan kitabda müəllifin son iki ildə qələmə aldığı siyasi-fəlsəfi, elmi-publisistik və kulturoloji səciyyəli yazıları toplanıb.Səkkiz tematik bölmə üzrə sistemləşdirilən nəşrdə Azərbaycan dövlətçiliyinin ideya əsasları, tarixi yaddaş, milli kimlik, Qarabağ Zəfərinin siyasi-mənəvi nəticələri, ictimai düşüncənin çağdaşlaşması, dil və mədəniyyət, din–dövlət münasibətləri, dünyəvilik və vətəndaş məsuliyyəti məsələləri nəzərdən keçirilir.Kitabın “Tarix mirası mövzusunda mülahizələr”, “Qarabağın azadlığı və erməni xəstəliyi”, “Zamanın çağırışları”, “Şəxsiyyətlər və kölgələri”, “Dilimiz – dilçəyimiz”, “Mədəniyyətimiz və milliliyimiz”,...

26 Noyabr 2026, 17:03