Bizə yazın

Baku

-°C

USD

-

Ülviyyə Həmzəyeva: Kəlağayı sənətini gələcək nəsillərə ötürməliyik

Siyasət 26 Noyabr 2026, 20:04

377

Bu gün, noyabrın 26-da Azərbaycan Kəlağayısı Günüdür. Azərbaycan xalqının yaddaşında, məişətində və mədəni həyatında özünəməxsus yeri olan kəlağayı yalnız qadın baş örtüyü deyil, əsrlərin sınağından çıxmış milli sənət nümunəsi, zərifliyin, zövqün və mənəvi dəyərlərin rəmzidir. Hər naxışında xalqın tarixindən, adət-ənənəsindən izlər daşıyan bu sənət nümunəsi nəsildən nəslə ötürülərək günümüzə qədər gəlib çatıb.2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı sənəti UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu qərar həm kəlağayının dünya miqyasında tanınmasına, həm də onun qorunması və yaşadılması istiqamətində fəaliyyətin daha da genişlənməsinə yol açıb. Bu gün Azərbaycanda kəlağayı ustalarının dəstəklənməsi, ənənəvi sənətkarlığın inkişafı, festivalların, sərgilərin və maarifləndirici tədbirlərin təşkili milli-mədəni irsə olan marağın artdığını göstərir.

Citypost.az xəbər verir ki,Azərbaycan Kəlağayısı Günü ərəfəsində bu sənətin dünənini, bu günü və sabahı barədə fikirlərini Milli Məclisin deputatı, Naxçıvan Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva Oxu24.com-a bölüşüb.

Ülviyyə Həmzəyeva bildirib ki Kəlağayı bizim üçün sadəcə milli geyim nümunəsi deyil. O, Azərbaycan qadınının zərifliyini, xalqımızın estetik dünyagörüşünü, milli kimliyini və əsrlər boyu formalaşmış həyat fəlsəfəsini özündə yaşadan bir sənət əsəridir. Kəlağayının hər naxışında, hər rəngində xalqımızın tarixindən, adət-ənənələrindən və mənəvi dünyasından izlər var.Bir rəssam kimi kəlağayıya rənglərin və naxışların dili ilə danışan, özünəməxsus bədii ifadə vasitəsi olan sənət nümunəsi kimi baxıram. Milli Məclisin deputatı olaraq isə bu irsin qorunmasını, inkişaf etdirilməsini və gələcək nəsillərə ötürülməsini milli-mədəni dəyərlərimiz qarşısında mənəvi məsuliyyətimiz hesab edirəm.

Onun sözlərinə görə, bu gün Azərbaycanda milli-mədəni irsimizin qorunması və inkişaf etdirilməsi dövlətin mədəniyyət siyasətinin mühüm istiqamətlərindən biridir. 2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı sənətinin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsi milli mədəniyyətimiz adına böyük nailiyyətdir. Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın milli-mədəni irsimizin qorunması və dünyada tanıdılması sahəsindəki fəaliyyətini xüsusi vurğulamaq istərdim. Sevindirici haldır ki, son illərdə kəlağayı sənətinin yaşadılması və təbliği istiqamətində bir sıra əhəmiyyətli layihələr həyata keçirilir. Basqalın tarixi-mədəni irsinin bərpası, ənənəvi sənətkarlığın turizm imkanları ilə əlaqələndirilməsi, yerli qadın sənətkarlar üçün təlimlərin və ustad dərslərinin təşkili, kəlağayı festivallarının, sərgilərin və maarifləndirici tədbirlərin keçirilməsi bu sahədə görülən işlərin mühüm nümunələridir. Elə bu günlərdə paytaxtımızda keçirilən Kəlağayı Festivalı və müxtəlif mədəniyyət ocaqlarında təşkil olunan silsilə tədbirlər də milli irsimizə cəmiyyətin artan marağını nümayiş etdirir.Düşünürəm ki, bundan sonrakı əsas vəzifələrimizdən biri kəlağayını gənc nəslə sevdirmək, onu müasir həyatımızın bir parçasına çevirmək olmalıdır. Milli irs o zaman yaşayır ki, insanlar onu sevərək öz həyatlarında yaşadırlar.

Ülviyyə Həmzəyeva vurğulayıb ki, bu gün rəssamlarımızın, modelyerlərimizin və dizaynerlərimizin milli naxışlarımızdan, kəlağayı motivlərindən öz yaradıcılıqlarında istifadə etmələri təqdirəlayiqdir. Ənənə ilə müasirliyin vəhdəti milli sənətimizin yeni ifadə formaları qazanmasına imkan yaradır. Əsas məsələ isə bu yeniliklər fonunda kəlağayının özünəməxsusluğunu, bədii dəyərini və ənənəvi hazırlanma üsullarını qorumaqdır. Təhsil müəssisələrində ustad dərslərinin, yaradıcılıq müsabiqələrinin, sərgilərin və gənclərin kəlağayı ustaları ilə görüşlərinin daha geniş miqyasda təşkili faydalı olardı. Gənclər kəlağayının yalnız gözəlliyini deyil, onun hansı zəhmətlə ərsəyə gəldiyini, naxışlarının və rənglərinin hansı mənaları daşıdığını da bilməlidirlər.Digər mühüm məsələ bu sənəti yaşadan ustaların dəstəklənməsidir. Bu istiqamətdə həyata keçirilən layihələrin davamı olaraq ənənəvi sənətkarlıq emalatxanalarının genişləndirilməsi, usta-şagird ənənələrinin təşviqi, kiçik ailə müəssisələrinin dəstəklənməsi, sənətkarların satış və ixrac imkanlarının artırılması xüsusi əhəmiyyət daşıyır. Kəlağayı sənətinin inkişafını həm də yaradıcı iqtisadiyyatın, regionlarda məşğulluğun və mədəni turizmin inkişafı baxımından dəyərləndirməliyik.

Ü.Həmzəyeva əlavə edib ki,Azərbaycan kəlağayısının beynəlxalq səviyyədə tanıdılması istiqamətində əldə edilmiş nailiyyətlər bizə daha geniş imkanlar açır. Bu imkanlardan istifadə edərək kəlağayını dünya moda sərgilərində, beynəlxalq incəsənət festivallarında və mədəniyyət tədbirlərində daha geniş təqdim edə, xarici dizaynerlərlə birgə layihələr həyata keçirə bilərik. Onun Azərbaycan mənşəyinin, orijinallığının qorunması və vahid milli-mədəni brend kimi mövqeyinin gücləndirilməsi də mühüm istiqamətlərdən biri olmalıdır.İstərdim ki, gələcək nəsillər kəlağayını yalnız muzeylərdə nümayiş etdirilən tarixi eksponat kimi deyil, sevərək istifadə etdikləri, qürurla daşıdıqları milli dəyər kimi tanısınlar. Çünki kəlağayını yaşatmaq xalqımızın yaddaşını, zövqünü və milli kimliyini yaşatmaq deməkdir.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan XİN Misirdə 31 nəfərin öldüyü yanğınla bağlı başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Misirin Giza vilayətində yanacaq daşıyan yük maşınının qəzası nəticəsində baş verən yanğınla bağlı başsağlığı verib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.Nazirlik hadisə nəticəsində həyatını itirənlərin ailələrinə, Misir hökumətinə və xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara isə tezliklə və tam sağalmalarını arzulayıb.Qeyd edək ki, Misirdə neft məhsulları daşıyan sisternin dairəvi yol qovşağında aşmasından sonra baş verən yanğın nəticəsində 31 nəfər ölüb, 21 nəfər xəsarət alıb....

26 Noyabr 2026, 17:00

Alen Simonyan Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan “Sülh körpüsü” təşəbbüsü çərçivəsində keçirilən dəyirmi masa formatında müzakirələrin beşinci raundunda erməni və azərbaycanlı iştirakçılarla görüşüb.Citypost.az APA-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının məlumatında bildirilib.Görüş zamanı iştirakçılar Alen Simonyana onları maraqlandıran sualları ünvanlayıblar.Tərəflər arasında fikir və mülahizələr mübadiləsi aparılıb.Qeyd edək ki, Ermənistanda “Sülh körpüsü” təşəbbüsünün beşinci görüşü başlayıb. Görüşdə Ermənistan və Azərbaycandan ümumilikdə 60 vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edir. “Sülh körpüsü” təşəbbüsü çərçivəsində bu il noyabrın 26–27-də Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə geniştərkibli ikitərəfli dəyirmi masa müzakirəsi keçiriləcək. Müzakirələr 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh...

26 Noyabr 2026, 17:00

Slovakiya Baş nazirinin müavini Azərbaycana səfər edəcək

Slovakiyanın Baş nazirin müavini, mədəniyyət naziri Martina Şimkoviçova dekabrda Azərbaycana işgüzar səfər edəcək."Report" xəbər verir ki, bu barədə o, Azərbaycanın Slovakiyadakı səfiri Vüsal Abdullayev və fəxri konsul Cəlal Qasımovla görüşün yekunlarına dair sosial şəbəkələrdə məlumat verib."Biz Slovakiya-Azərbaycan mədəni əlaqələrinin gələcək inkişaf imkanlarını, eləcə də dekabr ayında Azərbaycana edəcəyim işgüzar səfərin hazırlıqlarını müzakirə etdik. Mədəniyyətin ölkələrimiz arasında inkişaf edən strateji tərəfdaşlığın bir hissəsi olması məni sevindirir. Bizim ümumi məqsədimiz mədəniyyət müəssisələri, incəsənət xadimləri və ekspertlər arasında birbaşa əlaqələr üçün şərait yaratmaq, həmçinin birgə layihələrin həyata keçirilməsinə kömək etməkdir", - o yazıb.Nazir, həmçinin ənənəvi mədəniyyət, incəsənət, kino və mədəni irsin qorunması sahəsində...

26 Noyabr 2026, 14:38

SON DƏQİQƏ! İran səfirliyi həmin görüntülərə belə CAVAB VERDİ

Musavat.com sosial şəbəkələrdə, xüsusilə TikTok platformasında İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəd istiqamətinə ağır hərbi texnika cəmləşdirməsi iddiasıyla bağlı görüntüləri yayımlamışdı.Paylaşılan kadrlarda magistral yolda hərəkət edən hərbi yük maşınları, ağır texnika karvanı və səmada alçaqdan uçan hərbi helikopter əks olunurdu. Həmçinin videonun nə vaxt çəkildiyinin rəsmi mənbələr tərəfindən təsdiqlənmədiyi də vurğlanmışdı. Eyni zamanda xüsusilə qeyd olunmuşdu ki, sosial media seqmentində paylaşılan bu görüntülərin köhnə hərbi təlimlərə aid ola biləcəyi də istisna edilmir.Musavat.com sosial şəbəkələrdə və mediada yayımlanmış iddialarla əlaqədar İran İslam Respublikasının Azərbaycandakı səfirliyinə sorğu ünvanlayıb.Bir neçə saatdan sonra sorğumuza cavab olaraq təqdim olunmuş cavabı oxucularımızın diqqətinə çatdırırıq:“Sözügedən görüntülərin...

26 Noyabr 2026, 14:15

“Bakı yox, ya Gəncə, ya da başqa şəhər...” - Simonyan 

“Ermənistan Konstitusiyasının layihəsi ictimai müzakirəyə məhz insanların təkliflərini təqdim edə bilməsi və bu təkliflərin müzakirə olunması üçün çıxarılıb”​.“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bildirib.Simonyan Azərbaycana planlaşdırılan səfəri haqqında da danışıb. “Bəli, səfər dekabrın əvvəlində baş tutacaq, lakin Bakıya olmayacaq. Ehtimal edirəm ki, ya Gəncə, ya da hər hansı başqa bir şəhər olacaq, amma Bakı yox”, - o deyib. Xatırladaq ki, daha əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın dekabrda Azərbaycana səfər etməyi planlaşdırdığını açıqlamışdı....

26 Noyabr 2026, 13:57

Erməni lobbisinin himayəsində - Əli Kərimli ailəsinin Qərb təmasları

Dekabrın 15-də Britaniya parlamentinin Lordlar Palatasındakı komitə zallarından birində Azərbaycanda insan hüquqları (Əli Kərimlinin işi və parlament dinləməsi) mövzusunda tədbir keçiriləcəyi barədə məlumat yayılıb.Məlumatda bildirilir ki, tədbirin təşkilatçısı Mühafizəkarlar Partiyasının İnsan Hüquqları Komitəsidir. Partiya daxilində yayılan dəvətdə tədbirdə Əli Kərimlinin övladları — Türkel Kərimli və Sezan Kərimlinin iştirak edəcəyi qeyd olunur. Ən diqqətçəkən məqam isə tədbirə keçmiş komitə sədri Tim Lautonun (Loughton) moderatorluq etməsidir.Tim Lauton ilk dəfə 1997-ci ildə Şərqi Uortinq və Şorhem seçki dairəsindən parlament üzvü seçilib və İcmalar Palatada 27 il fəaliyyət göstərib. (2001, 2005, 2010, 2015, 2017 və 2019-cu illərdə yenidən seçilib)Böyük Britaniya Erməni Milli Konqresinin (ANC...

26 Noyabr 2026, 13:30