Bizə yazın

Baku

-°C

USD

-

Müəllimlərin təhsil səviyyəsi açıqlandı: Ən aşağı göstərici bu fənlərdədir

Cəmiyyət 26 Noyabr 2026, 15:39

415

Azərbaycanda ümumi təhsil müəssisələrində çalışan müəllimlərin təhsil səviyyəsi açıqlanıb.

Citypost.az Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, 1 oktyabr 2025-ci il tarixinə dövlət və qeyri-dövlət ümumi təhsil müəssisələrində, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsil müəssisələri istisna olmaqla, əsas heyətdə göstərilən ixtisaslar üzrə 86 min 348 müəllim çalışır. Onlardan 82 min 601 nəfəri, yəni 95,7 faizi ali təhsilli, 3 min 747 nəfəri, yəni 4,3 faizi isə orta ixtisas təhsillidir.

Rəqəmlər göstərir ki, orta ixtisas təhsilli müəllim problemi bütün fənlərə aid deyil. Problem əsasən iki fənndə cəmləşib. Belə ki, ingilis dili üzrə çalışan 13 min 304 müəllimdən 2 min 554 nəfərinin, yəni 19,2 faizinin ali təhsili yoxdur, orta ixtisas təhsillidir. Bu o deməkdir ki, ingilis dilində hər 5 müəllimdən 1-i ali təhsilsizdir. İnformatika üzrə isə 6 min 219 müəllimdən 777 nəfəri, yəni 12,5 faizi orta ixtisas təhsillidir. Yəni bu fəndə hər 8 müəllimdən 1-nin ali təhsili yoxdur. Ümumilikdə orta ixtisas təhsilli 3 min 747 müəllimin 3 min 331-i, yəni 89 faizi təkcə ingilis dili və informatika müəllimlərinin payına düşür.

Digər fənlərdə vəziyyət tam fərqlidir. Ana dili və ədəbiyyat üzrə çalışan 15 min 74 müəllimdən 241 nəfəri, yəni 1,6 faizi orta ixtisas təhsillidir. Digər xarici dillər üzrə 1 min 124 müəllimdən 27 nəfəri, yəni 2,4 faizi orta ixtisaslıdır. Riyaziyyat üzrə 13 min 323 müəllimdən 53 nəfəri, yəni 0,4 faizi, tarix üzrə 8 min 652 müəllimdən 35 nəfəri, yəni 0,4 faizi orta ixtisas təhsillidir.

Ən yüksək göstərici isə fizika, kimya, coğrafiya və biologiya müəllimlərindədir. Fizika üzrə çalışan 6 min 234 müəllimin 99,9 faizi ali təhsillidir, orta ixtisaslı müəllim demək olar ki, yoxdur. Kimya üzrə 4 min 835 müəllimin də 99,9 faizi ali təhsillidir. Coğrafiya üzrə 5 min 845 müəllimin 99,9 faizi, biologiya üzrə 5 min 961 müəllimin 99,9 faizi ali təhsillidir. Rus dili üzrə vəziyyət də oxşardır. Rus bölməsində rus dili tədris edən 1 min 14 müəllimdən 9 nəfəri, yəni 0,9 faizi, qeyri-rus bölmələrində rus dili tədris edən 4 min 424 müəllimdən 35 nəfəri, yəni 0,8 faizi orta ixtisas təhsillidir. Gürcü dili üzrə isə 339 müəllimdən cəmi 3 nəfəri orta ixtisaslıdır.

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Soyuq Əllər, İsti Ürək” yarmarkası sabah açılacaq

Bakıda Yeni il yarmarkaları noyabrın 27-dən fəaliyyətə başlayacaq.Citypost.az xəbər verir ki, hər il təşkil olunan “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası sabah şəhər sakinlərinin üzünə açılacaq.Yarmarkalar paytaxt sakinləri və turistlər üçün bayram ab-havası, müxtəlif satış stendləri və əyləncə imkanları təqdim edəcək.

26 Noyabr 2026, 15:45

“Azərişıq” ASC-nin təşkilatçılığı ilə Salyanda fermer və sahibkarlarla görüş keçirildi

Fermer, sahibkar və vətəndaşların rahat fəaliyyəti, onların elektrik şəbəkəsinə qoşulması, həmçinin elektrik enerjisindən istifadə qaydaları ilə bağlı məlumatlandırılması məqsədilə "Azərişıq" ASC regionlarda mütəmadi görüşlər təşkil edir. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən belə maarifləndirici tədbirlərdən biri Salyanda baş tutub.Citypost.az xəbər verir ki, tədbirdə “Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktoru İnam Yusifov, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev, Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Elnur Həsənov iştirak edib.Görüş zamanı fermer, sahibkar və vətəndaşlar Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma, əsaslı təmir işləri barədə məlumatlandırılıb. Bildirilib ki, ölkənin bütün...

26 Noyabr 2026, 15:30

Daha 5 məktəbə yeni direktor təyin olundu

Qobustan rayonunun ümumtəhsil məktəblərində yeni direktor təyinatları olub.Citypost.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.Bildirilib ki, vakant direktor vəzifələrinə müsahibə mərhələsindən uğurla keçən namizədlər Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmri ilə təyin olunublar.Belə ki, Aleksey Çernyayevski adına şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinə Ədalət Kamalov, Təklə kənd tam orta ümumtəhsil məktəbinə Gülnar Atamoğlanova, Xilmilli kənd tam orta ümumtəhsil məktəbinə Günel İmaməlizadə direktor təyin edilib.Həmçinin Yaşar Sadiqov adına Çelov kənd ümumi orta ümumtəhsil məktəbinə Şahin İbrahimov, Rasim Hüseynov adına Cəyirli kənd ümumi orta ümumtəhsil məktəbinə isə Buğday...

26 Noyabr 2026, 15:23

Mikayıl Cabbarov Litvanın XİN rəhbəri ilə görüşdü

Azərbaycan və Litva arasında ticarət və investisiya əlaqələrinin inkişafı müzakirə edilib.Citypost.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib."Litvanın xarici işlər naziri Kestutis Budris ilə görüşdük. Azərbaycan və Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaratdığı imkanları nəzərdən keçirdik. İkitərəfli ticarət və investisiya əlaqələrinin inkişafı, Azərbaycanın Avropa İttifaqı ilə ticarət dövriyyəsi, eləcə də energetika, xüsusilə bərpa olunan enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi apardıq", - M. Cabbarov qeyd edib....

26 Noyabr 2026, 15:00

Slovakiya Baş prokuroru Azərbaycana gəlib, əməkdaşlıq proqramı imzalanıb

Slovakiya Respublikasının Baş prokuroru Maroş Jilinkanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.Baş Prokurorluqdan Citypost.az-a verilən məlumata görə, səfər çərçivəsində qonaqlar əvvəlcə Bakı şəhərində yerləşən Zəfər parkına gələrək Zəfər abidəsini, həmçinin Zəfər Muzeyini ziyarət ediblər.Zəfər Muzeyində qonaqlara Azərbaycanın tarixi, Ermənistan-Azərbaycan münaqişəsi, 44 günlük Vətən müharibəsi və əldə olunmuş tarixi Qələbə, eləcə də ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası barədə məlumat verilib.Müasir texnologiyaların tətbiqi ilə yaradılmış səkkiz ekspozisiya zalında nümayiş etdirilən foto və videomateriallar, interaktiv təqdimatlar və eksponatlar vasitəsilə Vətən müharibəsinin mühüm mərhələləri, Şuşanın azad olunması, Azərbaycan hərbçilərinin qəhrəmanlığı və şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, həmçinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı...

26 Noyabr 2026, 14:58

İşğaldan azad edilmiş ərazilərdə 47 əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərdə ilin əvvəlindən 47 əmək yarmarkası keçirib."Report" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.O cümlədən Laçında 12, Cəbrayılda 9, Zəngilanda 8, Xankəndidə 5, Ağdamda 4, Şuşada 3, Füzuli, Xocavənd, Kəlbəcər və Ağdərədə isə 6 əmək yarmarkası təşkil olunub.Bu aktiv məşğulluq tədbirləri vasitəsilə işsiz və işaxtaran şəxslər yaşadıqları ərazi üzrə mövcud olan bütün vakansiyalarla bir məkanda və eyni vaxtda tanış olmaq, vakansiyalar üzrə aidiyyəti işəgötürənlərlə birbaşa ünsiyyət qurmaq və CV-lərini təqdim etmək imkanı qazanıblar. İşəgötürənlərə isə qısa müddətdə müvafiq peşə və ixtisasa malik kadrların seçimi üçün şərait...

26 Noyabr 2026, 14:45