Azərbaycanlı həkim uşağın qopmuş ayağını bərpa etdi
Cəmiyyət 08 Fevral 2025, 12:08

611
Tədris Cərrahiyyə Klinikasında ağır əməliyyat uğurla icra olunub
Modern.az-ın məlumatına görə, cərrah Adil Cümşüdov 12 yaşlı uşağın qopmuş ayağını yerinə bərpa edib.
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında ilk dəfə dünyada nadir hesab edilən cərrahi əməliyyat icra olunub. Belə ki, avtoqəza nəticəsində ayağın qopması ilə TCK-ya daxil olan 12 yaşlı Rəmal İsalının ayağı uğurla yerinə bərpa edilib. Əməliyyata klinikanın Plastik cərrahiyyə şöbəsinin müdiri, Ümumi cərrahiyyə kafedrasının assistenti Adil Cümşüdov rəhbərlik edib.
Həmçinin oxuyun
Bu barədə ətraflı məlumat almaq üçün klinikada A.Cümşüdovla görüşdük. Onun sözlərinə görə, avtoqəza nəticəsində xəstənin ayağının amputasiya olunmaq təhlükəsi var imiş: “Çünki xəstəmiz azyaşlı olduğundan damarlarının ölçüləri kiçik idi. Ona görə də bu cür əməliyyatlar, əsasən 16-17 yaşlarda damarların ölçüləri böyüyəndən sonra icra edilir. Xəstənin ayaq damarları ilə əzələ damarının ölçüləri arasında ciddi fərq olduğundan, pasiyentin kiçik damarlarını mikroskop altında 10 dəfə böyüdərək bir-birinə tikə bildik. Əməliyyat 11 saat çəkdi. Çox şükür, əməliyyatdan sonra damarlarda tıxanma halı baş vermədi. Toxuma rahat şəkildə yapışdı, ayaq barmaqları bərpa olundu. Beləcə, ayaq amputasiya olunma təhlükəsindən xilas edildi. Xəstənin ayaq funksiyası 6 aya 90 faiz bərpa olunacaq”.
Əməliyyatın uğurlu keçməsindən çox sevincli olan Rəmalın valideynləri isə həkimə öz minnətdarlıqlarını bildirirdilər.
Atası Mübariz Əliyev məlumat üçün söylədi ki, ötən il dekabrın 28-də “KamAZ” markalı ağır yük avtomobili oğlunun ayağının üstünə çıxıb və əzib: “Ayağı qopduğundan, hansı həkimə müraciət etdiksə, amputasiya olunacağını dedilər. Amma Adil Cümşüdov öz öhdəsinə götürdü. Əməliyyat uğurla həyata keçdi. Oğlumun ayağı kəsilmədi. Mən ona və həkim komandasına özüm və ailəm adından dərin təşəkkürümü bildirirəm. Əgər Adil həkim öhdəsinə götürməsəydi, oğlum ayağını itirəcəkdi. Belə həkimlərimiz var olsun”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı Azərbaycanın BMT-yə məktubu rəsmi sənəd kimi dərc edilib
Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsinin Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar BMT-nin Baş katibinə ünvanladığı məktub BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc edilib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi “X” sosial şəbəkəsində məlumat yayıb.Məktubda vurğulanır ki, Xocalıda törədilmiş cinayətlər təsadüfi deyil, əksinə, etnik və dini nifrət və dözümsüzlük zəminində həyata keçirilən geniş və sistemli siyasətin tərkib hissəsidir.Qeyd olunur ki, ağır cinayətlərə görə məsuliyyət mütləq və qaçılmazdır: “Ağır cinayətlərə görə məsuliyyət mütləqdir və qaçılmaz olmalıdır. Azərbaycan xalqına qarşı törədilən vəhşiliyi heç vaxt unutmayacaq"....
13 Mart 2025, 19:36

Azərbaycanda bu xəstəxanalar ləğv edilir
Nazirlər Kabinetinin “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) tibb müəssisələrinin aidiyyəti dövlət orqanlarının tabeliyinə və sərəncamına verilməsi haqqında 21 avqust 2024-cü il tarixli qərarına uyğun olaraq dəmir yolu xəstəxanalarının ləğv edilməsinə başlanılıb.
13 Mart 2025, 16:36

Obyektini icarəyə verən sahibkarların nəzərinə - Qərar
Azərbaycan Respublikası Ali Məhkəməsi vahid məhkəmə təcrübəsinin müəyyən edən daha bir qərar qəbul edib.
13 Mart 2025, 15:30

XII Qlobal Bakı Forumu çərçivəsində panel müzakirə keçirilib
XII Qlobal Bakı Forumu çərçivəsində “Geosiyasi Dəyişmələr: Məsuliyyətli Tərəfdaşlıq Rəqabətə qarşı” mövzusunda panel müzakirəsi keçirilib.
13 Mart 2025, 14:00

Anasını 57 bıçaq zərbəsi ilə öldürən gəncə hökm oxundu
Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Rəşad Çıraqovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
13 Mart 2025, 13:14

XII Qlobal Bakı Forumunun açılış mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunun açılış mərasimi keçirilib.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edir.
13 Mart 2025, 12:30