Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib
Siyasət 05 Noyabr 2026, 18:52
243
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Citypost.az xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Dəyərli qardaşım.
Ölkənizin şanlı bayramı - Zəfər Günü münasibətilə Sizi - əziz qardaşımı və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik etməkdən, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Sizin müdrik və ardıcıl siyasətiniz, yüksək rəhbərlik məharətiniz və Vətənin taleyi naminə göstərdiyiniz əsl fədakarlıq sayəsində Azərbaycan xalqının çoxəsrlik arzu və istəkləri altı il bundan əvvəl tam gerçəkləşərək tarixi ədalətin bərpası və dövlətin ərazi bütövlüyünün təmin edilməsi kimi möhtəşəm nəticələr əldə olundu.
Ölkənin siyasi, diplomatik və hərbi potensialının vahid məqsəd naminə səfərbər edilməsi istiqamətində göstərdiyiniz böyük səylər, həmçinin Azərbaycan xalqının nümayiş etdirdiyi misilsiz qəhrəmanlıq və mətanət bu tarixi Qələbənin mühüm amilləri oldu.
Həmçinin oxuyun
Şübhəsiz ki, bu möhtəşəm bayram ölkənizin sülh və əmin-amanlıq, sabitlik və ardıcıl tərəqqi yolunda irəliləməsinə, gələcək nəsillərin vətənpərvərlik və milli dəyərlərə hörmət ruhunda tərbiyə olunmasına xidmət edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, bu il Bakı, Daşkənd və Buxara şəhərlərində Sizinlə keçirdiyimiz bir sıra önəmli görüşlər, səmərəli danışıqlar və əldə olunmuş mühüm razılaşmalar çoxşaxəli münasibətlərimizin tarixində yeni səhifə açmışdır.
Xüsusilə, Əbədi Dostluq haqqında Müqavilənin imzalanması ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi istiqamətində mühüm praktiki addım olmuşdur.
Əminəm ki, birgə səylərimiz nəticəsində qarşılıqlı faydalı və uzunmüddətli münasibətlərimiz gələcəkdə də tarixən yaxın və qardaş xalqlarımızın ümumi rifahı naminə, mövcud böyük potensialımıza uyğun olaraq ardıcıl şəkildə dərinləşməkdə davam edəcəkdir.
Fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, ailə səadəti və ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və davamlı tərəqqi arzulayıram”.
Ərdoğanı Bakıya gətirən SƏBƏB...
Türkiyə Cumhurbaqşanı Rəcəb Tayyib Ərdoğanın 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak etmək üçün Azərbaycana gəlməsi doğru qərardır.Citypost.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.O bildirib ki, iki müttəfiq arasında hər hansı səbəbdən gərginlik yaranırsa, bunun ortadan qaldırılmasını uzatmaq lazım deyil:"2009-cu ildə də belə olmuşdu. Həmin il Türkiyənin o zamankı xarici işlər naziri Əhməd Davudoğlu “qonşularla sıfır problem” konsepsiyası əsasında Ermənistanla sərhədi açmaq məqsədilə İsveçrədə prokotlları imzaladıqda, bu rəsmi Bakının narazılığına səbəb oldu. Çünki Türkiyə Azərbaycan torpaqlarının işğalı səbəbindən Ermənistanla sərhədi bağlamışdı. Azərbaycanın ərazi bütövlüyü təmin olunmadığı halda Türkiyənin Ermənistanla sərhədi açmağa hazırlaşmasə anlaşılmırdı....
05 Noyabr 2026, 13:59
Ərdoğan Zəfər Günü Azərbaycana GƏLİR
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək.Citypost.az “Oxu.Az”a istinadən xəbər verir ki, səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək.
05 Noyabr 2026, 12:39
Pərvanə Vəliyeva: Zəfər yeni tarixi mərhələnin başlanğıcıdır
8 Noyabr – Zəfər Günü milli birliyimizin, sarsılmaz iradəmizin, Vətən sevgimizin və dövlətimizin qüdrətinin təntənəsini özündə əks etdirən möhtəşəm tarixi gün və Azərbaycan dövlətinin hərbi-siyasi gücünü, Azərbaycan Ordusunun döyüş qabiliyyətini, xalqımızın milli həmrəyliyini və Vətən uğrunda fədakarlığını bütün dünyaya nümayiş etdirən tarixi hadisənin rəmzidir. Azərbaycan xalqının müasir tarixində ən ağrılı və faciəli hadisələrdən biri Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi hərbi təcavüz və torpaqlarımızın işğalı olmuşdur. XX əsrin sonlarında baş verən bu hadisələr nəticəsində Azərbaycan ərazilərinin bir hissəsi işğal edilmiş, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin salınmış, şəhər və kəndlərimiz dağıdılmış, tarixi-mədəni irsimizə ciddi ziyan vurulmuşdur.Bu sözləri Milli Məclisin deputatı Pərvanə...
05 Noyabr 2026, 12:39
Vüqar Rəhimzadə: Şuşa Cənubi Qafqazın siyasi mənzərəsini dəyişən strateji dönüş nöqtəsidir
Coğrafi və strateji baxımdan alınmaz qala olan Şuşanın işğaldan azad edilməsi 44 günlük İkinci Qarabağ müharibəsinin ən parlaq səhifəsi, hərbi-strateji zirvəsi idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin gedişi dövründə xarici mətbuata verdiyi müsahibələrin hər birində bu çağırışı edirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru inamla irəlilədi. Şuşa əməliyyatı dünya hərb tarixində xüsusi yer tutur. 2020-ci il noyabrın 8-də müzəffər ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayaları aşaraq, dərin dərələrdən keçərək düşməni Qarabağın...
05 Noyabr 2026, 11:52
Tapdıq Fərhadoğlu: “ABŞ-də yeni siyasi balans Ukrayna və Azərbaycan üçün ciddi nəticələr doğura bilər”
Jurnalist Tapdıq Fərhadoğlu ABŞ-də keçirilən aralıq seçkilərin nəticələrini və onların beynəlxalq siyasətə, xüsusilə İran, Ukrayna və Cənubi Qafqaz regionuna mümkün təsirlərini təhlil edib.Citypost.az xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında geniş təhlilini paylaşaraq Konqresin hər iki palatasında Demokratların nəzarəti ələ keçirməsinin Donald Tramp administrasiyasının siyasi imkanlarına təsir göstərə biləcəyini bildirib.Tapdıq Fərhadoğlunun fikrincə, yeni siyasi balans Ağ Evin xarici siyasət təşəbbüslərinin həyata keçirilməsində müəyyən çətinliklər yarada bilər. Xüsusilə İranla müharibə, Ukrayna ilə bağlı danışıqlar və Azərbaycan-Ermənistan münasibətlərində Vaşinqtonun vasitəçiliyi baxımından Konqresin mövqeyi əhəmiyyətli olacaq.Təhlildə Ukrayna məsələsinə də geniş yer ayrılıb. Tapdıq Fərhadoğlu ABŞ-nin vasitəçiliyi ilə keçirilməsi planlaşdırılan danışıqların nəticələrinin yeni siyasi...
05 Noyabr 2026, 09:44
Zahid Oruc: 8 Noyabr Azərbaycanın yeni dövlətçilik ideologiyasının təməlidir
İkinci Qarabağ müharibəsinin altıncı ildönümü Qələbənin haqlı emosional təntənəsindən və yeni milli kimliyə duyğusal keçidindən sonra indi daha rasional təhlillər aparmağı tələb edir. Yeni dünya düzəni axtarışı Ermənistan-Azərbaycan hərbi toqquşmasından sonrakı müharibələrin nəticələri ilə müqayisəyə imkan yaradır. Rusiya-Ukrayna arasında beşinci ilini tamamlayan və dünyəvi toqquşmaya çevrilən silahlı konflikt, o cümlədən, İran ətrafında davam edən gərginlik nəticələrə birlikdə baxmaq üçün canlı misallardır. Əgər Azərbaycanın misilsiz uğurunun sirrini bir cümlədə əks etdirmək tələb olunarsa, onda ilk növbədə, məğlubiyyət tarixindən çıxarılan düzgün dərs, savaşın məhdud radiusda aparılması, düzgün zaman seçimi, cəmiyyətin qalibiyyətdən başqa yol görməməsi, eləcə də xarici dövlətlərin regiona silahlı müdaxiləsinin qarşısının...
05 Noyabr 2026, 09:25