Sabiq deputata AĞIR cəza : 12 İL HƏBS verildi
Dünya 06 Noyabr 2026, 09:41
1218
Makaoda keçmiş deputat 12 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib
Citypost.az AFP agentliyinə istinadən xəbər verir ki, Çinin xüsusi inzibati bölgəsi olan Makaoda keçmiş deputat və demokratiya fəalı Au Kam San təxribat və digər cinayətlərdə təqsirli bilinərək 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
69 yaşlı Au Kam San 2023-cü ildə Makaoda milli təhlükəsizlik qanunları əsasında məhkum edilən ilk şəxs olub. O, 1999-cu ildə Portuqaliyanın idarəçiliyindən Çinə qaytarılan Makaoda uzun illər siyasi fəaliyyət göstərib. Keçmiş deputat 1989-cu ildə Pekində Tiananmen meydanında baş verən hadisələrin qurbanlarını anmaq üçün hər il keçirilən tədbirlərin təşkilində də iştirak edib.Məhkəmənin açıqlamasına görə, 2025-ci ilin iyulunda saxlanılan Au Kam San dövlətin siyasi hakimiyyətinə qarşı təxribatda və bir sıra digər cinayətlərdə təqsirli bilinib. Sentyabr ayında üç gün davam edən qapalı məhkəmə prosesində onun xarici düşmən təşkilatlarla əməkdaşlıq etdiyi, dövlət hakimiyyətinə qarşı yönəlmiş siyasi məzmunlu materialların hazırlanmasına və ictimaiyyətə yayılmasına kömək göstərdiyi bildirilib.Məhkəmə həmçinin keçmiş deputatın Çin Xalq Respublikasının Konstitusiyasında təsbit olunmuş dövlət quruluşunu devirmək və zəiflətmək məqsədilə Makao sakinləri arasında Mərkəzi Xalq Hökumətinə qarşı nifrət yaratmağa çalışdığını qeyd edib.
Avropa İttifaqı ötən il Au Kam Sanın həbsini pisləyərək, bu hadisənin Makaoda siyasi plüralizmin zəifləməsi ilə bağlı narahatlıqları artırdığını açıqlamışdı. “Justice Abroad” hüquq müdafiə təşkilatı isə iyul ayında bildirmişdi ki, keçmiş deputatın həbsindən sonra həyat yoldaşı və üç qızına onunla görüşmək və ya telefonla danışmaq imkanı verilməyib. Təşkilatın məlumatına görə, ailəsi həbsdən sonrakı gün onunla bir dəqiqədən az davam edən telefon danışığı apara bilib.Au Kam Sanın qızı Çerri bildirib ki, atası ömrünün 30 ildən çoxunu Makao xalqına xidmət etməyə həsr edib. O, ailənin əsas istəyinin ədalətli məhkəmə prosesi və müvafiq hüquqi prosedurlara riayət olunması olduğunu vurğulayıb. Qızı atasına baş çəkmək və ya heç olmasa onunla əlaqə saxlamaq imkanı yaradılmasını tələb edib.
Həmçinin oxuyun
Qeyd edək ki, ixtisasca müəllim olan Au Kam San 1989-cu ildə Çində baş verən hadisələrdən sonra Makaonun daha açıq və demokratik cəmiyyətə çevrilməsinin vacibliyinə inanaraq siyasətə qoşulub. O, 2024-cü ildə AFP-yə müsahibəsində demokratiya uğrunda mübarizədə ciddi nəticələr əldə edə bilmədiklərini desə də, bu istiqamətdə atılan addımların gələcəkdə dəyişikliklərə zəmin yarada biləcəyinə ümid etdiyini bildirib.
Əli
Ermənistanın sabiq naziri məhkəməyə yenə xərəkdə gətirildi
Ermənistanın sabiq maliyyə naziri Qaqik Xaçatryan yenidən məhkəmə zalına tibbi xərəkdə gətirilib.Citypost.az Modern.az-a istinadən xəbər verir ki, vəkilləri Xaçatryana 2015-ci ildə onurğa kanalı stenozu diaqnozu qoyulduğunu bildiriblər. Müdafiə tərəfi sabiq nazirin qeyri-insani rəftara məruz qaldığını iddia edir.Xaçatryan barəsində dörd cinayət işi başlanıb. İşlər üzrə dövlətə dəydiyi iddia olunan ümumi zərər təxminən 1,5 milyard dollar qiymətləndirilir. Sabiq nazir sentyabrın 2-də həbs edilib....
06 Noyabr 2026, 19:00
Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb, 112 polis yaralanıb
Fransada polis noyabrın 5-dəki genişmiqyaslı etirazlar zamanı 642 nəfəri saxlayıb.Citypost.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.Həmçinin bildirilib ki, iğtişaşlar zamanı hüquq-mühafizə orqanlarının 112 əməkdaşı yaralanıb.
06 Noyabr 2026, 18:44
Ay və Venera rekord həddə bir-birinə yaxınlaşacaq
Noyabrın 7-də səhər saatlarında Ay və Venera 2026-cı il ərzində ən yaxın məsafədə görünəcək.Modern.az “Forbes”ə istinadən xəbər verir ki, noyabrın 6-da Venera nazik Aypara ilə yanaşı müşahidə olunacaq. Növbəti gün isə cəmi 3 faiz işıqlanan Ay Veneradan bir dərəcədən də az məsafədə yerləşəcək.Mütəxəssislər bu mənzərəni Günəş doğmazdan təxminən 45 dəqiqə əvvəl, şərq və cənub-şərq istiqamətində açıq üfüqdən izləməyi tövsiyə edirlər.Noyabrın 17-18-də Leonid meteor yağışının maksimum aktivliyi, noyabrın 21-də Merkurinin qərb elongasiyası, noyabrın 24-də isə super Ay hadisəsi gözlənilir....
06 Noyabr 2026, 18:00
Tramp və Qətər əmiri Yaxın Şərqdə gərginliyin azaldılması üzrə səyləri müzakirə etdilər
Qətər əmiri şeyx Təmim bin Həməd Ali Tani və ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Yaxın Şərqdə gərginliyin azaldılması üzrə diplomatik səyləri müzakirə ediblər.Citypost.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Qətər əmiri ofisinin bəyanatında bildirilib.Tərəflər, həmçinin, iki ölkə arasındakı strateji münasibətləri və onların daha da möhkəmləndirilməsi yollarını nəzərdən keçiriblər.Liderlər İran ətrafında gərginliyin azaldılması üzrə beynəlxalq səyləri, o cümlədən Qətər tərəfindən atılan addımları müzakirə ediblər. Bu addımlara böhranı aradan qaldırmağa, regionda təhlükəsizlik və sabitliyi təmin etməyə imkan verəcək hərtərəfli razılaşmanın əldə olunması məqsədilə maraqlı tərəflərin mövqelərinin yaxınlaşdırılması və danışıqlar prosesinə kömək göstərilməsi daxildir.Qətər əmiri fikir ayrılıqlarının həlli və gərginliyin...
06 Noyabr 2026, 17:55
"Cəhənnəm Necati"nin əsas adamlarından biri həbs edildi - Foto
Türkiyənin Manisa vilayətində "Cəhənnəm Necati" kimi tanınan Necati Arabacının rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qruplaşmanın əsas şəxslərindən biri hesab olunan 39 yaşlı A.P. saxlanılıb.Oxu.Az-ın "Hürriyet"ə istinadən məlumatına görə, axtarışda olan şəxs barəsində artıq qüvvəyə minmiş 15 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası var.Sözügedən əməliyyat İzmir polisinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Kəşfiyyat idarələrinin əməkdaşları tərəfindən birgə həyata keçirilib.İstintaqın məlumatına görə, axtarışda olan şəxs Manisa ərazisində gizlənibmiş. A.P. cinayət törətmək məqsədilə təşkilat yaratdığına görə İzmirin 20-ci Ağır Cinayətlər Məhkəməsi tərəfindən mühakimə olunmuşdu. O, yaxalandıqdan sonra məhkəməyə gətirilib və barəsində həbs qərarı icra olunub.Şəxs cəzaçəkmə müəssisəsinə göndərilib....
06 Noyabr 2026, 14:44
Ərdoğanın müavini həbs edildi
Türkiyənin sabiq ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya fondlarla bağlı aparılan istintaq çərçivəsində həbs edilib.Citypost.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.Bildirilib ki, Kaya prokurorluqda 2 saat 15 dəqiqə dindirildikdən sonra "Kapital bazarı haqqında" qanunun pozulması və cinayət törətmək məqsədilə yaradılan təşkilata üzv olmaqda şübhəli bilinərək məhkəməyə göndərilib.Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.İş üzrə İlyas Kaya və Türkiyənin sabiq Kapital Bazarları Şurasının (SPK) sədri İbrahim Ömər Gönül barəsində isə məhkəmə nəzarəti tədbirləri tətbiq olunub. Məhkəmənin qərarına əsasən, onların hər ikisi mütəmadi olaraq imza atmalı və ölkədən çıxmamalıdır.Xatırladaq ki, Kaya 26 sentyabr 2026-cı ilə qədər...
06 Noyabr 2026, 10:13