Bizə yazın

Baku

-°C

USD

-

Zaur Şükürov: Azərbaycan xalqı Vətən müharibəsində yumruq kimi birləşdi

Siyasət 06 Noyabr 2026, 20:44

307

44 günlük Vətən müharibəsi boyu ölkəmiz Ali Baş Komandanımızın qətiyyətli, müdrik və uzaqgörən siyasətinin, şəhidlərimizin, qazilərimizin misilsiz qəhrəmanlığının, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığının, müasir texnologiyalardan səmərəli istifadənin, düzgün strateji planlaşdırmanın və əsgər-mülki vətəndaş birliyinin nümunəsini göstərdi.

Bu sözləri Milli Məclisin deputatı Zaur Şükürov noyabrın 8-i Zəfər Günü münasibətilə Citypost.az  saytına açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, noyabrın 8-də Azərbaycan xalqı tarixinin ən şanlı və qürurverici günlərindən birini böyük fərəh və iftixar hissi ilə qeyd edir: “Şuşa şəhərinin azad edilməsi ilə işğalçı Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur edən qalib Azərbaycan öz gücünü, qüdrətini, cəsarətini, xalq-iqtidar, xalq-ordu birliyini, Vətən, torpaq sevgisini döyüş meydanında sübut etdi”.

Z.Şükürov vurğulayıb ki, 44 gün davam edən Vətən müharibəsinin Zəfərlə yekunlaşması Azərbaycan xalqının onilliklər ərzində gözləntisinin, ümidlərinin doğrulması, tarixi düşmən üzərində qələbəsinin nümayişi idi: “Bu Zəfər Azərbaycan dövlətinin hərbi, siyasi, diplomatik və strateji qələbəsi, xalqın milli birliyinin və dövlətimizin qüdrətinin zirvəsi kimi tariximizə yazıldı”.

Deputatın sözlərinə görə, Ermənistanın növbəti təxribatının qarşısının alınması məqsədilə 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi, torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüz və suverenliyimizin, beynəlxalq hüququn və tarixi ədalətin bərpası uğrunda aparılan mübarizə idi. O qeyd edib ki, Ermənistanın illərlə davam edən işğalçılıq və terror siyasəti, davamlı təxribatları, danışıqlar prosesini pozması, eləcə də BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirməməsi səbəbindən başlanan 44 günlük Vətən müharibəsi boyu ölkəmiz Ali Baş Komandanımızın qətiyyətli, müdrik və uzaqgörən siyasətinin, şəhidlərimizin, qazilərimizin misilsiz qəhrəmanlığının, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığının, müasir texnologiyalardan səmərəli istifadənin, düzgün strateji planlaşdırmanın və əsgər-mülki vətəndaş birliyinin nümunəsini göstərdi.

Millət vəkili əlavə edib ki, heç şübhəsiz, Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu: “Ulu Öndərin ölkə iqtisadiyyatının dirçəldilməsi, xarici investisiyaların cəlb edilməsi, uzaqgörən enerji siyasəti, ordu quruculuğu sahəsində atdığı addımlar, sonrakı dövrdə həyata keçirilən kompleks tədbirlər, əzmkar və çoxşaxəli fəaliyyət bizi bu hədəfə addım-addım yaxınlaşdırdı”. Z.Şükürovun fikrincə, Prezident İlham Əliyev Ulu Öndərin qoyduğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövlətini qurub. Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olunub, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görülüb. Deputat qeyd edib ki, rəşadətli ordumuz, xüsusən Silahlı Qüvvələrin son 20-30 ildə yetişən fədakar, vətənpərvər gənc nəsli bu müqəddəs missiyanın yerinə yetirilməsinə öz əvəzsiz töhfəsini verib: “Şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin şücaəti, xalqımızın görünməmiş milli həmrəylik nümayiş etdirməsi, öz lideri ətrafında yumruq kimi birləşməsi qələbənin təmin edilməsində mühüm rol oynadı”.

Z.Şükürov bildirib ki, uzun illər işğal altında olan torpaqlarımızın hər qarışı uğrunda igid oğullarımızın 44 günlük Vətən müharibəsi dövründə qəhrəmanlıqla mübarizə aparması, xüsusilə də Şuşanın azad olunması ən nümunəvi əməliyyatlardan biri kimi dünya hərb tarixində yer alıb: “Bu döyüş təkcə hərbi üstünlük deyil, mənəvi gücün, Vətən sevgisinin, xalqın iradəsinin təzahürü idi. Şuşa şəhəri tarixən Azərbaycanın mədəni, ictimai, siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Onun azadlığı həm də milli ruhun azadlığı idi”.

Deputat xatırladıb ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Onun sözlərinə görə, müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi: “Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi. 2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Birmənalı demək olar ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır”. Z.Şükürovun fikrincə, bu möhtəşəm zəfərin memarı Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırıb, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırıb.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev 6 il öncə noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində böyük fəxarət və qürur hissi ilə Şuşa şəhərinin işğaldan azad olunduğunu bəyan edib. Deputat vurğulayıb ki, çıxışında bütün bu illər ərzində Azərbaycan xalqının dəstəyini hiss etdiyini, inamını gördüyünü və bunun ona güc verdiyini bildirən dövlətimizin başçısı “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir!” ifadələri ilə Şanlı Zəfərimizi Azərbaycan xalqının yaddaşına əbədi həkk edib.

Z.Şükürov onu da diqqətə çatdırıb ki, bəziləri düşünürdü ki, Azərbaycan 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatla təsbit edilmiş status-kvonu dəyişmək iqtidarında olmayacaq və Şuşanın azad edilməsi ilə kifayətlənəcək: “Hadisələrin sonrakı gedişi bu cür düşünənlərin yanıldığını göstərdi. 2023-cü ilin sentyabrın 19-20-də Zəfər yürüşünün davamı olan antiterror tədbirləri uğurla nəticələndi və cəmi 23 saat 48 dəqiqə davam edərək, Ali Baş Komandanın qətiyyətini, dəmir yumruğun yerində olduğunu, Ordumuzun gücünü bir daha nümayiş etdirdi. Düşmən 2020-ci ildə olduğu kimi, yenə ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bununla da Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu”.

Deputatın sözlərinə görə, xalqımızın qüdrətinin və milli qürurumuzun rəmzinə çevrilən bu möhtəşəm qələbə Prezident İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirilib. O bildirib ki, Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, noyabrın 8-i Zəfər Günü elan edilib. Z.Şükürov əlavə edib ki, 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaldıb.

Millət vəkili vurğulayıb ki, Zəfər Günü, əslində, təkcə 44 günlük müharibənin yekunu deyil: “Bu, həm də Azərbaycan dövlətçiliyinin müasir mərhələyə qədəm qoymasının təntənəsidir. Bu qələbə ilə Azərbaycan regionda yeni geosiyasi və geoiqtisadi reallıq yaratdı. Zəfərimiz Azərbaycanın beynəlxalq nüfuzunu misilsiz dərəcədə artırdı. Bu gün dövlətimiz təkcə enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və həmin layihələri effektli şəkildə həyata keçirən bir ölkə deyil, eyni zamanda bu Zəfər sayəsində sülh və sabitliyin təminatçısıdır”. Deputat qeyd edib ki, keçən ilin avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşma məhz Azərbaycanın və liderimizin misilsiz diplomatik və hərbi-siyasi uğurunu bir daha nümayiş etdirib.

Z.Şükürovun fikrincə, Azərbaycanın əldə etdiyi Zəfər nəticəsində yaranan yeni geosiyasi və geoiqtisadi reallıq ölkəmizin davamlı inkişafı və beynəlxalq nüfuzunun artmasında mühüm rol oynamaqla yanaşı, ümumilikdə regionumuzda sülh və stabilliyə, inkişaf və rifaha nail olunması üçün qlobal əhəmiyyətli tarixi hadisədir: “Məhz bu Zəfərdən sonra dünyanın aparıcı dövlətlərinin və nüfuzlu beynəlxalq və regional təşkilatların bölgəmizə marağı artmağa başladı. Bu gün hərbi paradda deyil, döyüş meydanında öz hərbi qüdrətini sübut edən, beynəlxalq müstəvidə etibarlı və məsuliyyətli tərəfdaş kimi hörmət qazanan, mesajları və bəyanatları qlobal proseslərə təsir etmək iqtidarında olan, “orta güc” olaraq qəbul edilən qalib Azərbaycanın iştirakı olmadan regionumuzda beynəlxalq nəqliyyat, enerji, rəqəmsal bağlantı layihələrinin həyata keçirilməsi mümkün deyil”.

Deputat bildirib ki, Şanlı Zəfərin əldə edilməsi ilə beynəlxalq hüququn hamılıqla qəbul olunmuş prinsiplərini həyata keçirən, ədaləti bərpa edən Ali Baş Komandan cənab İlham Əliyev bu tarixi fürsətdən təzyiq vasitəsi kimi deyil, regionumuzun gələcək inkişafı naminə istifadə edərək, yüksək humanizm və dünya səviyyəli müdrik liderlik nümunəsi göstərib: “İnanırıq ki, dövlət başçımızın uzaqgörən siyasəti nəticəsində ölkəmiz daha güclü, xalqımız daha firavan olacaq”.

Millət vəkili sonda qeyd edib ki, bu şanlı Zəfər gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi, Zəfər Günümüz isə Azərbaycan xalqının ən böyük qürur simvoludur.

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyev: Biz ədaləti, ləyaqətimizi və haqqımızı bərpa etdik

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi.Citypost.az xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşü zamanı deyib. Dövlət başçısı ədaləti bərpa etdiklərini bildirib:"Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq. Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər. Çünki biz ədaləti bərpa etdik, öz ləyaqətimizi bərpa etdik və döyüş meydanında qan tökərək öz haqqımızı bərpa etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Əminəm, onların yaxınları bilirlər ki, onların qanı yerdə qalmayıb. Onların qisası döyüş meydanında alınıb və bu gün onların əziz...

06 Noyabr 2026, 20:22

Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhuanı qəbul edib.XİN-dən Citypost.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, Azərbaycanın çoxtərəfli diplomatiyaya verdiyi töhfələr, habelə qlobal və regional gündəlikdə duran məsələlər müzakirə olunub.Tərəflər Azərbaycanın BMT ilə əməkdaşlıqda fəal rolunu, habelə qlobal çağırışların həllinə töhfə verilməsi istiqamətində addımlarını məmnunluqla qeyd ediblər. Bu çərçivədə, Azərbaycanın Qoşulmama Hərəkatı, COP29, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA), Ümumdünya Şəhərsalma Forumu...

06 Noyabr 2026, 17:21

Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşdü

Litva xarici işlər naziri Kestutis Budris Vilnüsdə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Kestutis Budris sosial media hesabında paylaşım edib."Litva ilə Azərbaycan enerji, ticarət, xalqlararası əlaqələr, eləcə də Cənubi Qafqazda sülh və rifahın təmin edilməsi daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə ardıcıl irəliləyiş əldə edir",- o bildirib.

06 Noyabr 2026, 16:50

Ceyhun Məmmədov: Zəfər xalq-iqtidar birliyinin nəticəsidir

2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad olundu. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük döyüşlərdə düşməni diz çökdürərək, torpaqlarımızı işğalçılardan təmizləyərək, ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu. Ali Baş Komandanımız Ermənistana və onun himayədarlarına sübut etdi ki, Qarabağ Azərbaycandır!8 Noyabr — Ali Baş Komandanımızın və rəşadətli ordumuzun Şuşanı işğaldan azad etdiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamına əsasən hər il noyabrın 8-i Zəfər Günü kimi qeyd olunur.Bu sözləri Milli Məclisin deputatı Ceyhun...

06 Noyabr 2026, 15:14

Fələstin səfirliyi Azərbaycanın dəstəyinə görə minnətdarlığını bildirib

2026-cı il ərzində Fələstinin Azərbaycandakı iştirakı daha geniş miqyas alıb.Bu barədə Citypost.az-a Fələstin Dövlətinin Azərbaycandakı səfirliyindən daxil olan bəyanatda deyilir.Bəyanatda bildirilib ki, bu fəallıq Fələstin Dövləti ilə Azərbaycan Respublikası arasında mövcud dostluğun təməlində yeni əməkdaşlıq imkanları yaratmağa və münasibətləri daha da inkişaf etdirməyə yönəlmiş ortaq iradəni əks etdirir.Xatırladılıb ki, 2026-cı il avqustun 3-də Prezident İlham Əliyev həmin ilin iyulun 10-da iki ölkənin Xarici İşlər nazirlikləri arasında imzalanmış, Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinə maliyyə yardımının göstərilməsinə dair Protokolun təsdiq edilməsi haqqında fərman imzalayıb: “Bu addım səfirliyin fəaliyyətinin davamlılığına, ikitərəfli əlaqələrin və birgə təşəbbüslərin əlaqələndirilməsini davam etdirmək imkanlarına dəstək kimi qiymətləndirilir”.Qeyd olunub...

06 Noyabr 2026, 11:39

Politoloq: Müsəlman kimliyi ABŞ siyasətçisinin Yaxın Şərq kursunu müəyyən etmir

ABŞ-ın Yaxın Şərqdə və ona bitişik regionlarda mövqelərinin zəiflədiyi bütün dövrlərdə Vaşinqtonun daxili siyasi proseslərində bu regionlarla bağlı olan siyasətçilər meydana buraxılır.Nyu-Yorkun ilk müsəlman meri Zöhran Mamdani və dünən Miçiqan ştatından ABŞ Senatına seçilən ilk müsəlman senator Abdul El-Sayed faktorunu da belə qəbul etmək lazımdır.ABŞ-da siyasətçinin kursunu onun dini və etnik mənsubiyyəti deyil, təmsil olunduğu siyasi qrupun kursu müəyyən edir.Məsələn, müsəlman keniyalının oğlu olan Barak Obamanın prezidentliyi dövründə baş verənləri xatırlamaq kifayətdir.Onun müsəlman kökləri ilə bağlı formalaşdırılan gözləntilərə baxmayaraq, Obama administrasiyası ABŞ-ın ən sərt Yaxın Şərq siyasəti yürüdən administrasiyası oldu.Liviyaya müdaxilə, regionda hər ikinci ölkədə hərbi əməliyyatlar və onların ağır...

06 Noyabr 2026, 00:57