Bizə yazın

Baku

-°C

USD

-

Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - Siyahı

Cəmiyyət 06 Noyabr 2026, 16:11

547

Sosial mediada Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin çevriliş planın baş tutacağıə təqdirdə vəzifə verəcəyi şəxslərin siyahısı yayımlanıb.

Citypost.az Axar.az-a istinadən  sosial şəbəkədə yayılan siyahını təqdim edir:

​Baş nazir: Əli Həsənov (Azərbaycan Prezidentinin İctimai-Siyasi Məsələlər üzrə sabiq köməkçisi);

​Vitse-prezident: Sevil İsmayılova (“Şərq-Qərb” nəşriyyat evinin rəhbəri);

​Daxili işlər naziri: Levon Qurskaya (R.Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın vətəndaş nikahından olan erməni əsilli oğlu, DİN-in sabiq əməkdaşı);

​Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi: Fikrət Əliyev (R.Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşı);

​Ədliyyə naziri: İlham Əliyev (R.Mehdiyevin kürəkəni, sabiq deputat);

​İqtisadiyyat naziri: Abbas Abbasov (Baş nazirin keçmiş müavini, hazırda Rusiyada yaşayır);

​Baş prokuror: Timur Mehdiyev (Ramiz Mehdiyevin oğlu);

​PA rəhbəri: Fatma Abdullazadə (PA-nın sabiq şöbə müdiri);

​PA Ərazi İdarəetmə Şöbəsinin müdiri: Ziya Məmmədov (sabiq nəqliyyat naziri);

​Milli Məclisin sədri: İsa Həbibbəyli (Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti);

​Bakı Şəhər İcra Hakimiyyətinin başçısı: Elton Məmmədov (sabiq deputat);

​Dövlət Gömrük Komitəsinin sədri: Əsabil Qasımov (“Karat” Şirkətlər Qrupunun rəhbəri, sabiq deputat);

​Elm və təhsil naziri: Aqiyə Naxçıvanlı (sabiq deputat);

​Media və Yayım Şurasının sədri: Bəxtiyar Sadıqov (sabiq deputat).

Qeyd edək ki, Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) ilə ittiham edilən Ramiz Mehdiyev məhkəmənin qərarı ilə 14 il azadlıqdan məhrum edilib. Məhkəmə tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və cəzasının şərti tətbiq edilməsi qərara alınıb.

Bundan əlavə, onun əmlakı dövlət nəfinə müsadirə edilib və təltiflərinin alınması üçün müraciət qəbul olunub.

Bunun ardınca AMEA Ramiz Mehdiyevin "akademik" adından məhrum edilməsi barədə qərar verib.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək.Citypost.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Qobustan, Neftçala, Salyan, Qəbələ, İsmayıllı, Göyçay, Ucar, Ağdaş, Ağsu, Kürdəmir, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Qazax, Tovuz, Şəmkir, Gəncə, Samux, Göygöl, Gədəbəy, Şirvan, Yevlax, Tərtər, Ağdam, Bərdədə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək....

06 Noyabr 2026, 16:17

Prezident və birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunda “Sunbeverage” MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər.Citypost.az  xəbər verir ki, “Azərsun Holdinq”in müşahidə şurasının sədri Tahir Gözəl dövlətimizin başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi.Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisədə qazlı və qazsız sular, soyuq çay, meyvə tərkibli, vitaminli və azkalorili içkilər istehsal olunacaq. Ərazisi 10 hektar olan müəssisənin illik istehsal gücü 150 min tondur. Məhsulların daxili bazarla yanaşı, xarici bazarlara ixracı nəzərdə tutulur. Burada İtaliya istehsalı olan müasir avadanlıq quraşdırılıb. İstehsal prosesi suyun təmizlənməsi, şərbət hazırlanması, qarışdırma,...

06 Noyabr 2026, 16:08

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.Citypost.az  xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına və birinci xanıma Soltanlı kəndində görülən işlər barədə məlumat verdi.Soltanlı kəndi 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdi. İşğal dövrünədək əhali əsasən pambıqçılıq, taxılçılıq, baramaçılıq, üzümçülük və heyvandarlıqla məşğul olub. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 19-da kəndi işğaldan azad edib.Ümumi sahəsi 108,5 hektar olan Soltanlı kəndində 420 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi -...

06 Noyabr 2026, 16:07

TƏBİB sədri onu işdən çıxardı - Foto

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının (TTYX) Poliklinika şöbəsinin müdiri Mirnazir Muxtarov tutduğu vəzifədən azad olunub.Citypost.az Nocomment.az-a istinadla xəbər verir ki, bu barədə TƏBİB sədri Bahadur Rzayev müvafiq əmr imzalayıb.

06 Noyabr 2026, 15:42

Zakir Fərəcov və Abdin Fərzəliyev Polad Həşimovun anasını ziyarət etdilər

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycanın Milli Qəhrəmanı şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanı xəstəxanada ziyarət ediblər.Citypost.az xəbər verir ki, icra başçıları səhhətində yaranmış problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilən Səmayə Həşimovanın sağlamlıq vəziyyəti ilə maraqlanıb, ona şəfa diləyiblər.Qeyd edək ki, hazırda Səmayə Həşimovanın müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir....

06 Noyabr 2026, 15:38

İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.Citypost.az xəbər verir ki, sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşüblər.Prezident İlham Əliyev sakinlərə mənzillərin açarlarını təqdim edib.

06 Noyabr 2026, 14:49