Politico: Trampın Aİ rəsmilərinə məhəl qoymaması Brüssel üçün “soyuq duş” oldu
Dünya 27 Yanvar 2025, 15:24

380
ABŞ prezidenti Donald Trampın Avropa İttifaqının rəhbərliyinə məhəl qoymaması və birbaşa Avropa ölkələrinin başçıları ilə danışıqlar aparması Brüssel üçün əsl problemə çevrilib.
Citypost.az xəbər verir ki, bu barədə “Politico” qəzeti yazır.
Nəşr bildirir ki, AB-nin heç bir yüksək vəzifəli məmuru yanvarın 20-də Trampın andiçmə mərasiminə dəvət almayıb. Üstəlik, Avropa diplomatiyasının rəhbəri Kay Kallasın yanvarın 27-də Aİ xarici işlər nazirlərinin görüşünə ABŞ-ın yeni dövlət katibi Mark Rubioya ünvanladığı dəvət Amerika tərəfdən cavabsız qalıb.
Bu, indi çaşqınlıq içində olan Avropa rəsmiləri üçün soyuq duş idi. Jurnalistlər Trampın komandasının Brüssellə qarşılıqlı əlaqədə maraqlı olmadığını bildirir.
Həmçinin oxuyun
Öz növbəsində, El Pais nəşri diplomatik mənbələrə istinadən yazır ki, Brüssel Vaşinqtonun Ukraynadakı münaqişənin həlli, Aİ və Kiyevi bu prosesdən kənarlaşdırmaqla bağlı Moskva ilə birbaşa razılaşa biləcəyindən ehtiyat edir.
Bundan əvvəl İtaliyanın ANSA agentliyi Trampın Avropadan təxminən 20 min Amerika əsgərini çıxarmaq niyyətində olduğunu bildirmişdi. Bu, bütün Avropadakı ABŞ qoşunlarının beşdə birini təşkil edir.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Sorğu: Zelenski yenidən ukraynalıların populyarlığını qazandı
"Ukraynada prezident seçkiləri indi keçirilsəydi, Kiyev rejiminin hazırkı rəhbəri Volodimir Zelenski qalib gələrdi".
13 Mart 2025, 18:30

"Ukrayna çətin ki, atəşkəsə razı olsun"-Belarus prezidenti
Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, ukraynalılar çətin ki, atəşkəslə razılaşsınlar və Moskvadan imtina gözləyirlər.
13 Mart 2025, 18:18

Kanada Trampın təhdidlərinə baxmayaraq, ABŞ-dan bəzi "HIMARS" almaq istəyir
Kanadanın silahlı qüvvələri ABŞ prezidenti Donald Trampın şimal qonşusunu ABŞ-ın 51-ci ştatı etmək tələblərinə baxmayaraq, ölkə hökumətinə ABŞ-dan bir neçə HIMARS raket buraxılış qurğusu almağı təklif edir.
13 Mart 2025, 18:00

Lukaşenko: "Belarus hələ "Oreşnik"i Rusiyadan almayıb"
Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Minsk hələ ki, Rusiyanın "Oreşnik" raket sistemlərini almayıb.
13 Mart 2025, 17:51

Trampın ritorikası milyarderlərin sərvətini "əritdi"
ABŞ prezidenti Donald Trampın ticarət gərginliyini və qeyri-müəyyənlikləri artıran iqtisadi siyasətləri dünyanın ən zəngin insanlarının ilin əvvəlindən bəri dörddə bir trilyon dollar itirməsinə səbəb olub.
13 Mart 2025, 17:42

Araşdırma: Dünyada bir çox insan keyfiyyətli yuxudan məhrumdur
Həm fiziki, həm də ruhi sağlamlıq üçün əvəzolunmaz olan keyfiyyətli yuxu həyatın müxtəlif sahələrində səmərəliliyi artırsa da, dünyada bir çox insan yuxu rejimini yaxşılaşdırmaqda çətinliklərlə üzləşir.
13 Mart 2025, 17:36